
Əfəndiyeva Gülnar Mürşüd 2004-cü ildə Bakı şəhəri 276 nömrəli tam orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya və gigiyena fakültəsinə daxil olmuş, 2008-ci ildə fakültəni “Biologiya” ixtisası üzrə bitirmişdir.
2017-ci ildə ADAU-nun “Bitkilərin xəstəlik və ziyanvericilərdən mühafizəsi” ixtisaslaşması üzrə magistratura pilləsinə qəbul olmuş, 2019-cu ildə magistraturanı fərqlənmə ilə bitirərək magistr elmi-ixtisas dərəcəsi almışdır.
2022-ci ildən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Biokimya” ixtisası üzrə fəlsəfə doktoru proqramı üzrə doktorantıdır.
Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, bir sıra dövlət əhəmiyyətli elmi konfrans, simpozium və forumlarda iştirak etmiş, müvafiq sertifikatlarla təltif olunmuşdur. Yerli və xarici elmi mətbuatda dərc edilmiş 18 elmi əsərin müəllifidir, 7məqalə və 11 tezisi çap olunmuşdur. 19-20 dekabr 2024-cü ildə Bakı Dövlət Universitetinin 105 illik və Biologiya fakültəsinin 90 illik yubileyinə həsr olunmuş “12th International Conference Achievements and Challenges in Biology” beynəlxalq konfransında böyrəklərin xroniki xəstəliyinin gedişində hepsidin və ferroportinin rolu mövzusunda məruzə ilə çıxış etmişdir.
1-3 may 2025-ci ildə keçirilən “3rd International Azerbaijan Laboratory Medicine Congress & Lab Expo” (AZLMC & LAB EXPO 2025) beynəlxalq elmi konfransında xroniki böyrək xəstəliyi zamanı anemiyanın patogenezində ferroportin və laktoferrin zülallarının rolu mövzusunda məruzə ilə çıxış etmişdir.
2025-ci ildə “Nəzəri, Klinik və Eksperimental Morfologiya” jurnalının Vaqif Bilas oğlu Şadlinskinin 85 illik yubileyinə həsr olunmuş konfransında böyrəklərin xroniki xəstəliyi zamanı anemiyanın patogenezində hepsidinin rolu mövzusunda məruzə ilə çıxış etmişdir.
16-18 oktyabr 2025-ci ildə Nukus şəhərində keçirilən “3rd International Conference Conservation of Eurasian Biodiversity: Contemporary Problems, Solutions and Perspectives” beynəlxalq konfransında ingilis dilində, online formatda məruzə ilə çıxış etmişdir. 30 aprel – 2 may 2026-cı il tarixlərində Bakı şəhərində keçirilmiş 4-cü Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi - AZLTK & LAB EXPO 2026-da poster məruzə ilə çıxış etmişdir.
СРАВНИТЕЛЬНЫЙ АНАЛИЗ ПОКАЗАТЕЛЕЙ ОБМЕНА ЖЕЛЕЗА НА ТЕРМИНАЛЬНОЙ И КОНСЕРВАТИВНОЙ СТАДИЯХ ХРОНИЧЕСКОЙ БОЛЕЗНИ ПОЧЕК» adlı məqaləsi «Современные проблемы науки и образования» jurnalının 2025-ci il №5 nömrəsində dərc edilmiş və 15-19 oktyabr 2025-ci il tarixlərində Almaniyada keçirilən 77-ci Frankfurt Kitab Sərgisində (Frankfurter Buchmesse-2025) Təbiətşünaslıq Akademiyası tərəfindən rəsmi şəkildə təqdim olunmuşdur.
2017-ci ildən Azərbaycan Tibb Universiteinin biokimya kafedrasında preparator, 2018-ci ildə laborant, 2019-cu ildən hal-hazıradək baş laborant (1,0 ştat vahidi) vəzifəsində işləyirəm.
1993-2004 Bakı şəhər 276 nömrəli tam orta məktəb.
2004-2008 ADPU-Biologiya- Gigiyena fakültəsi bakalavr.
2017-2019 ADAU Bitkilərin xəstə¬likdən və ziyanvericilərdən mühafizəsi” fakültəsi magistr.
2019-AMEA-nın akademik Abdula Qarayev adına Fiziologiya İnstitutu “Biokimya” ixtisası üzrə doktorantura
1. AMEA-nın müxbir üzvü, ə.e. x., prof. D.V.Hacıyevin anadan olmasının 900 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları, Bakı, 2019, s. 214-218
2. Azerbaijan journal of laboratory medicine, AZLTK&LAB EXPO 2023, 1ST Internationa Azerbaijan congress & lab expo, 3-5 May, Baku, Azerbaijan laboratory medicine
3. AZLTK&LAB EXPO 2023, 1ST International Azerbaijan laboratory medicine congress. Heydar Aliyev 100, 3-5 May, Baku, Azerbaijan
4. 12-ci Beynəlxalq konfrans: “ACB-2024”: Biologiyada nailiyyətlər və çağırışlar, Bakı Dövlət Universitetinin 105 illik və Biologiya fakültəsinin 90 illik yubileyinə həsr olunmuşdur, Bakı, 2024.
5. XX International Eurasian Congress of Hepatogastroenterology and Surgery
6. “Vaqif Bilas oğlu Şadlinskinin 85 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans 2025
7. “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş «Müasir dövrdə fiziologiya və sağlamliq: tədqiqat prioritetləri və perspektivləri» mövzusunda beynəlxalq elmi-praktik konfrans 2025
1. Böyrəyin xronik xəstəlikləri zamanı sidik ifrazat sisteminin fizioloji funksiyalarının pozulmasında dəmir metabolizmi zülallarının rolu.
2. Böyrəklərin müxtəlif xarakterli xronik xəstəlikləri zamanı dəmir metabolizmi zülallarını(hepsidin, laktoferrin, ferroportin) öyrənməklə müşahidə edilən funksional pozulmaların molekulyar mexanizmlərini araşdırılmış.
3. Dəmir metabolizmində iştirak edən zülalların (ferritin, transferrin, haptoqlobin, hepsidin, ferroportin, laktoferrin) kəmiyyət dəyişməsinin, sidik ifrazat sisteminin fizioloji funksiyalarının (dəqiqəlik diurez, yumaqcıq filtrasiya, kanalcıq reabsorbsiyası və s.) pozulmasında rolunu aydınlaşdırılmış.
1. Əfəndiyeva G.M. Определение фетального и А2 фракции гемоглобина с целью выявления причины гиперферремии у больных с ишемической болезнью сердца и гемохроматозом / AMEA-nın müxbir üzvü, ə.e. x., prof. D.V.Hacıyevin anadan olmasının 900 illik yubileyinə həsr olunmuş elmi konfransın materialları, Bakı, 2019, s. 214-218
2. Əfəndiyeva G.M. Neonatal dövrdə tiroid hormonlarının skrininqi və biokimyəvi xüsusiyyətləri / AZLTK&LAB EXPO 2023, 1ST International Azerbaijan laboratory medicine congress. Heydar Aliyev 100, 3-5 May, Baku, Azerbaijan
3. Əfəndiyeva G.M. Yenidoğulmuşlar arasında birləşdirici toxumanın displaziyasının postnatal diaqnostikasında oksiprolinin rolu / AZLTK&LAB EXPO 2023, 1ST International Azerbaijan laboratory medicine congress. Heydar Aliyev 100, 3-5 May, Baku, Azerbaijan
4. Əfəndiyeva G.M. BÖYRƏKLƏRİN XRONİKİ XƏSTƏLİYİNİN GEDİŞİNDƏ HEPSİDİN VƏ FERROPORTİNİN ROLU / 12-ci Beynəlxalq konfrans: “ACB-2024”: Biologiyada nailiyyətlər və çağırışlar, Bakı Dövlət Universitetinin 105 illik və Biologiya fakültəsinin 90 illik yubileyinə həsr olunmuşdur, Bakı, 2024.
5. Əfəndiyeva G.M. Vaqif Bilas oğlu Şadlinskinin 85 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans 2025 / Xroniki böyrək xəstəlikləri zamanı anemiyanın potogenezində hepsidinin rolu.