Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Sariya Quliyeva AMU-nun Oftalmologiya kafedrasının dosentidir. O, peşəkar fəaliyyətini görmə orqanının müxtəlif xəstəliklərinin müalicəsi və profilaktikasına həsr etmişdir. Onun bütün klinik və elmi fəaliyyəti AMU-nun Oftalmologiya kafedrası ilə sıx bağlı olmuşdur. Məhz bu kafedrada o, internatura və klinik ordinatura mərhələlərini keçmişdir.Elm sahəsinə olan dərin marağı və oftalmologiya istiqamətində peşəkar bacarıqlarını daha da təkmilləşdirmək istəyi onu doktorantura təhsilinə yönəltmişdir. Bir neçə il ərzində S. Quliyeva makulyar ödemin etiologiyası və patogenezi problemlərinin elmi tədqiqi ilə məşğul olmuşdur. Onun elmi maraq dairəsinə, həmçinin, müxtəlif göz xəstəliklərinin təbii maddələrlə müalicəsi məsələləri də daxildir. Bu iki elmi istiqaməti birləşdirərək, o, dissertasiya işini uğurla müdafiə etmiş və “Oftalmologiya” ixtisası üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini almışdır.Onun elmi fəaliyyətinin əsashissəsi tüpürcək vəziləri ekstraktının tərkibinə daxil olan təbii bioaktiv maddələrin kataraktanın ekstraksiyasından sonra yaranan makulyar ödemin (İrvine–Gass sindromu) inkişafına və müalicəsinə təsirinin öyrənilməsinə həsr olunmuşdur.

Elmi fəaliyyətini davam etdirərək, AMU-nun Oftalmologiya kafedrasının dosenti kimi S. Quliyeva gələcək həkim-oftalmoloqların hazırlanmasında mühüm rol oynayır. O, zəngin nəzəri bilik və klinik təcrübəsini tələbələrlə bölüşür, onları elmi müzakirələrə və interaktiv dialoqlara cəlb edir, seçdikləri ixtisas üzrə peşəkar uğura nail olmaları üçün düzgün istiqamət verir. Uzun illərdir ki, o, Oftalmologiya kafedrasının Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəridir. Onun rəhbərliyi altında tələbələr elmi konfranslarda fəal iştirak edir, kafedranı və universiteti uğurla təmsil edərək universitet, respublika və beynəlxalq səviyyələrdə nüfuzlu mükafatlara layiq görülürlər

Akademik fəaliyyət

Dosent, ATU, oftalmologiya kafedarası, 2011

Assistent, ATU,oftalmologiya kafedrası1998-2011

Klinik ordinatura, ATU, oftalmologiya kafedrası

İnternatura, ATU, oftalmologiya kafedrası 1991-1992.

Təhsili

Azərbaycan Tibb Universiteti,Aspirantura,1994-1997, Bakı

İnternatura, ATU, oftalmologiya kafedrası 1991-1992, Bakı

N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universiteti I müalicə-profilaktika fakültəsi (Fərqlənmə Diplomu),1985-1991, Bakı

Peşə və pedaqoji inkişaf

1. 2025 Hamiləlik zamanı müşahidə olunan oftalmoloji ağırlaşmalar. Cərrahi və mama-ginekoloji problrmlərə multidissiplinar yanaşmalar.Beynalxalq konfrans 29-30 may 2025, Naxçıvan, Azərbaycan

2. 2024 Effectiveness of Using The “Ruchyok” Device (TAK-6) for Accommodation Training

3. ASO-TROS Joint International Ophthalmology Symposium. Scientific Program. Hall1: 14:00-16:05. Conferences- Ped. Ophthalmology. & Strabismus & Oculoplastics, 25-26 October 2024, Uzbekistan

4. 2025 Gözün optik sistemi və hərəki aparatının xəstəlikləri.Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Ə.Əliyev adina Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu. ŞƏHADƏTNAMƏ, 2025-04-28-2025-05-08, № 0300450

Kitab

1. Kataraktanın ekstraksiyasından sonra inkişaf edən makulanın kistoz ödeminin (İrvin-Gass sindromu)müasir diaqnostika və konservativ müalicəsi Bakı-2012, 66s. Metodik vəsait

2. Refraksiyanın müxtəlif növlərinin klinikası, korreksiyası və müalicəsi Bakı-2014, 132 s. Dərs vəsaiti

 

Məqalə

1. Исследование НLA-антигенов у больных кератоконусом в азербайджанской популяции А.М. Абдуллаева, П.И. Мусаев-ГалбинурТочка зрения Восток-Запад 4/2020  с.47-49

2. Tbilisi International ophthalmology conference//2019 .- 22 desember- “Administration of cerebrum compositum and plasenta compositum preparation by patients suffering from medium myopia”- mövzunda çıxış.

3. Moder approaches to the correction of astiqmatizm Abdullayeva A.,Nasirova V., Aliyeva G. -ELMİ İŞ Beynəlxalq elmi jurnal. İmpakt Faktor: 2.255. 2023 / Cild: 17 Sayı: 3 / 90-94- məqalə DOİ:https://doi.org/10.5281/zenodo.8006767 

4. The effect of atropine with different concentration (0.025% and 0.01%) on myopia programming.Alizade L. Abdullayeva A.- Journal of Life Sciences & Biomedicine, vol. 5(78), No 1, p. 104-106 (2023) Məqalə DOİ:https://doi.org/10.5281/zenodo.8006767

5. Odontogenic infection as a cause of retina detachment.RustamovE.,GurbanovR.Colloquium-journal №33,2034.s.5-9. Məqalə DOİ:https://doi.org/10.5281/zenodo.14259664

6. The influence of focal odontogenic infection foci on inflammatory eye diseases. Kalbiyeva N.,Aliyev V. Norwegian Journal of development of the international Science №145/2024, s.64-70. Məqalə DOİ:https://doi.org/10.5281/zenodo.14236015

7. İnfluence of odontogenic infection onretinal detachment Aliev A.N.,Aliyev M.S.A.Sciences of Europe, Praha. №157. p26-29.2025 Məqalə

8.On the issure of prevention of retina detachment in pregnant women with high myopia American Journal of Biology and Natutal Sciences   Vol/2№11(2025)p. 60-62.Məqalə DOI:10.51699/ajbns.v2i11.1692

9. On the issue of visual funktion and complictions after diskocation of an intraocular lens (İOL) in the capsular bag following cataract extraction Abdullayeva A.M. American Journal of Biology and Natutal Sciences Vol/2№12(2025)p. 7-14.Məqalə DOİ:10.51699/ajbns.v2i11.1725

Üzv olduğum qurum

1. Azərbaycan Oftalmoloqlar Cəmiyyəti

2.Türk Cumhuriyyetləri Oftalmoloji Dernegi