Tibb xidməti polkovnik-leytenantı Təhməzov Hikmət Söhbət oğlu 1998-ci ildə N. Nərimanov adma Azərbaycan Dövlət Tibb Universitetinin Tibbi-Profilaktika fakültəsini bitirmişdir. 2005-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində MN Sanitar Epidemioloji Nəzarət Mərkəzində həqiqi hərbi xidmətə başlamışdır.
2026-cı ilin fevral ayından Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin Tibbi profilaktika kafedrasında baş müəllim vəzifəsinə təyin edilmişdir.
Hərbi Tibb fakültəsinin kursantlarına “Hərbi epidemiologiya”, “Tibbi parazitologiya” fənlərindən mühazirələr və təcrübə məşğələləri aparır.
Azərbaycan Respublikasının Müdafiə nazirinin müvafiq əmrləri ilə “Silahlı Qüvvələrin 90 illiyi” yubiley medalı, “Silahlı Qüvvələrin 95 illiyi” yubiley medalı, “Silahlı Qüvvələrin 100 illiyi” yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif edilmişdir.