
Samirə Həsənli 1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetində Pediatriya üzrə təhsil almışdır. 2003-cü ildə Ə.Qarayev adına Bakı Şəhər Uşaq Kliniki Xəstəxanasında həkim-internatura dövrünü başa vurmuşdur.
Səhiyyənin inzibati idarəetmə sahəsində fəaliyyətini 2012-2013-cü illərdə "Modern Hospital"-da Baş səhiyyə xidməti koordinatoru, 2013-2019-cu illərdə isə "MEGA Sığorta" şirkətində Tibbi koordinasiya üzrə nəzarətçi kimi çalışaraq davam etmişdir.
2019-2023-cü illərdə Almaniyanın Berlin şəhərində Charité Universitetinin Tibb Fakültəsində (Humboldt Universiteti nəzdində) təhsil alaraq, Beynəlxalq Səhiyyə Elmləri üzrə magistr dərəcəsi əldə etmişdir.
2021-2022-ci illərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətində “Fövqəladə hallarda səhiyyənin təşkili” layihəsinin rəhbəri, 2023-2025-ci illərdə isə UNICEF-in Azərbaycan nümayəndəliyində “Uşaqların ətraf mühit amilləri ilə bağlı sağlamlığı” üzrə məsləhətçi kimi ictimai səhiyyə sahəsində çalışmışdır.
2026-cı ilin mart ayından etibarən isə Azərbaycan Tibb Universitetinin Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasında baş laborant olaraq fəaliyyətini davam etdirir.
Beynəlxalq Səhiyyə Elmləri üzrə magistr| Charité Berlin Universiteti Tibb Fakültəsi, Almaniya (Humboldt Universiteti)| 2023
Pediatriya fakültəsi | Azerbaycan Tibb Universiteti, Baku | 2002
"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in təlim paketinin milli tədris proqramına inteqrasiya edilməsinə rəhbərlik edərək, gələcək səhiyyə mütəxəssislərinin bilik və bacarıqlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına töhfə vermişdir.
Könüllü fəaliyyət:
Birgə şəkildə Planetar Sağlamlıq üzrə Lüğətin Hazırlanması Layihəsi (Açıq Tədris Resursu) İyul 2025 -Dekabr 2025
Edinburq Kral Həkimlər Kolleci tərəfindən yerləşdirilən ictimaiyyətə açıq lüğətə məzmunun yaradılması, həmkarlar tərəfindən baxış və əməkdaşlıq vasitəsilə töhfə vermişdir.
• İştirakçı, “İqlim, Sağlamlıq və Ətraf Mühit Əlaqələrinin Araşdırılması”, 26.10.2025, Weill Cornell Medicine, Doha, Qətər
• “Qlobal Kontekstdə Seksuallıq və Sağlamlıq” üzrə Yay Seminarı, 31.08.2024, Charité nəzdində Beynəlxalq Səhiyyə İnstitutu, Berlin, Almaniya
• “Proqramlaşdırmada Uşaq Hüquqlarına Əsaslanan Yanaşma” üzrə Təlimçilər üçün Təlim proqramı, 25.07.2024, UNICEF ECARO, Azərbaycan
• “Tibbi Tullantıların İdarə Edilməsi” üzrə Təlimçilər üçün Təlim Proqramı, 01.03.2023, UNICEF Nümayəndəliyi, Bakı, Azərbaycan
• “Sağlam Yaşlanma” üzrə Təlimçilər üçün Təlim Proqramı, 01.10.2022, IFRC, Tbilisi, Gürcüstan
• “Fövqəladə Vəziyyətlərdə Səhiyyə” üzrə Təlimçilər üçün Təlim Proqramı, 01.04.2022, IFRC, Tbilisi, Gürcüstan
• “İlkin Tibbi Yardım, Sağlam Həyat Tərzi və Yaşlanma” üzrə Təlimçilər üçün Təlim Proqramı, 29.12.2021, KIZILAY, Bakı, Azərbaycan
• Dünya Səhiyyə Sammiti (World Health Summit), 2019, Berlin
• Sığorta, Hüquqi və Normativ Məsələlər (IF1), 29.05.2014, London Sığorta İnstitutu, İngiltərə
• UNICEF Azərbaycan (2023). Azərbaycanda Uşaqların Ətraf Mühit Amilləri ilə bağlı Sağlamlığının Qiymətləndirilməsi. Bakı: UNICEF və Səhiyyə Nazirliyi. [Texniki nəzarət və əlaqələndirici müəllif: Samirə Həsənli]. Mövcuddur: UNICEF UƏMS Bilik Kitabxanası.
• UNICEF Azərbaycan (2023). Azərbaycanda səhiyyə işçilərinin çirklənmə və iqlim dəyişikliyi üzrə bilikləri, bacarıqları və adaptiv davranışları. Bakı: UNICEF, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB). [Texniki nəzarət: Samirə Həsənli]. Mövcuddur: UNICEF UƏMS Bilik Kitabxanası.
Berlində Charité nəzdində Beynəlxalq Səhiyyə İnstitutunda keçirilən “Qlobal Kontekstdə Seksuallıq və Sağlamlıq” mövzusunda DAAD Məzunları Seminarında və Beynəlxalq Səhiyyə Elmləri üzrə Magistr proqramının 25 illik yubiley mərasimində iştirak etmək üçün qrant qazanmışam.
Planet Sağlamlıq Alyansı