
1998-ci ildə Mingəçevir şəhər liseyini bitirib, həmin il Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika fakültəsinə daxil olub.Tələbəlik illərində Mərkəzi Hərbi Klinik Hospitalın Boşluqların zədələnməsi və müştərək travmalar bölməsində gecə növbəsində tibb qardaşı vəzifəsində çalışıb.
2013-cü ildə Erciyes Universitetində elmi tədqiqatlar aparıb, 2008-ci ildə Çorum Dövlət xəstəxanasında, Erciyes Universiteti laboratoriyasında, 2011-ci ildə 19 Mayıs Universitetində və ondan sonra fərqli laboratoriyalrda Tibbi Laboratoriyaların İdarə olunması kurslarında olmuşdur.
2008–2014-cü illərdə Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrasının baş laborantı, 2014–2017-ci illərdə assistent işləyib. 2017-ci ildən isə baş müəllimidir.
2011–2014-cü illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasında həkim, 2014-2023-cü illərdə illərdə ATU-nun Tədris Cərrahi Klinikasının Mərkəzi Laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.
2019-2025-ci illərdə əvvəllər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) nəzdində yaradılmış laborator işçi qrupun, sonradan isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeçiliyində yaradılmış laborator işçi qrup/komissiyanın üzvü kimi ölkə üzrə laboratoriyaların, COVID-19 panemiyası zamanı PZR laboratoriyalarının qurulmasında və işlədilməsində birbaşa iştirak və ya rəhbərlik edib.Dövlət İmtahan Mərkəzinin ekspertidir.
2008-2014 - Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrası, baş laborant
2014-2017 - Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrası, assistent
2017-Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrası, baş müəllim
2011-2014 - Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyası, həkim
2014-2023 - Azərbaycan Tibb Universitetinin Tədris Cərrahi Klinikası Mərkəzi Laboratoriyasının müdiri
1998 – Mingəçevir şəhər liseyi
2003 - Azərbaycan Tibb Universiteti, Tibbi profilaktika fakültəsi
2003-2004 – İnternatura, Respublika Klinik Xəstəxanası
27.01.2015 - tibb üzrə fəlsəfə doktoru (EN No 05480, 2015)
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 15 fevral 2017-ci il tarixli 08 nömrəli qərarı ilə nəşr olunmuş tibb universitetlərinin tələbələri, rezident həkimlər və laborantlar üçün "Klinik Laboratoriya Diaqnostikası" adlı dərslik yazılmışdır.
1. 2009 Avrasiya Klinik mikrobiologiya, İmmunologiya və İnfeksion Xəstəliklər Beynəlxalq Konqresi, Bakı
2. 2012 Azərbaycan-Türkiyə Təcili Tibbi Yardım Simpoziumu, Bakı
3. 2013 Mikrobioloji diaqnostikada avtomatlaşdırma seminarı, İstanbul
4. 2013 Xəstəxanadaxili infeksiyalar, Dezinfeksiya, Antiseptika və Sterilizasiya problemləri simpoziumu, Bakı.
5. 2015 25-ci ECCMID Konqresi, Kopenhagen, Danimarka.
6. 2015 30-cu ANKEM Kongresi, Kipr.
7. 2015 7-ci Avrasiya İnfeksion xəstəliklər Konqresi, Tbilisi.
8. 2016 13-cü "Ulusal Viral Hepatit Konqresi", Türkiyə, Antalya
9. 2016 31-ci "Antibiotiklər və Kimyəvi terapiya" Konqresi, Kipr
10. 2019 1-ci Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi, Heydər Əliyev Mərkəzi, Bakı, Azərbaycan
11. 2019 Amerika Mikrobiologiya Cəmiyyətinin konqresi, San Fransisko, ABŞ
12. 2022 2-ci Azərbaycan Laborator Təbabət Konfransı, Bakı
13. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “1-ci Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi (həmsədr və təşkilat komitəsinin rəhbəri)
14. 2023 IFCC-EFLM EuroMedLab-WorldLab-2023 - Avropa Kliniki Kimya və Laborator Tibb Federasiyası (EFLM) tərəfindən İtaliya Respublikasının Roma şəhərində təşkil olunan Beynəlxalq Laborator Tibb Konqresi
15. 2023 AZKLMİB-in 4-cü regional simpoziumu (Laborator testlərə müasir yanaşma simpoziumu) Lənkəran
16. 2023 Türkiyə Klinik Mikrobiologiya Uzmanlıq Dərnəyinin 7. Ulusal Klinik Mikrobiyoloji Kongresi və 4. Ulusal Viroloji Günleri. Bodrum, Türkiyə. (Konqresin Elmi Komitəsinin üzvü, məruzəçi)
17. 2023 Türkiyə Klinik Biokimya Uzmanlıq Dərnəyinin 2023-cü il Konqresi və 11. Ulusal Laborator Süreçlerin Yönetimi Sempozyumu. Antalya, Türkiyə. (Konqresin Elmi Komitəsinin üzvü, məruzəçi)
18. 2024 “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr edilmiş “2-ci Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi” (həmsədr müavini və təşkilat komitəsinin üzvü)
Səhiyyə xidmətləri ilə əlaqəli infeksiyaların mikrobioloji xüsusiyyətlərinin öyrənilməsi
Antibiotiklərə rezistenlik / Nozokomial infeksiya törədicilərinin molekulyar-genetik xarakteristikası
Viral hepatitlər / Viral yuxarı tənəffüs olu infeksiyaları / Cinsi yolla yoluxan infeksiyalar
Klinik Laborator Diaqnostika. Dərs vəsaiti, Bakı, Şərq-Qərb nəşriyyatı, 2018, 300 səh.
1. Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin sədr müavini.
2. Avropa Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər Cəmiyyətinin (ESCMID European Society of Clinical Microbiology and Infectious Diseases) üzvü.
3. Beynəlxalq Klinik Kimya və Laborator Tibb Federasiyasının (IFCC) üzvü
4. Avropa Klinik Kimya və Laborator Tibb Federasiyasının(EFLM) üzvü
5. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Laboratoriyaların standartlaşdırılması üzrə işçi qrupu”nun üzvü.
6. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində TƏBİB tabeliyində olan dövlət səhiyyə müəssisələrində Mikrobioloji, Biokimyəvi və İmmunoloji laboratoriyaların qurulması üzrə işçi qrupun üzvü. TƏBİB tabeliyində olan dövlət səhiyyə müəssisələrinin tibbi laboratoriyalarının standartlaşdırılması layihəsi üzrə təlimatların və normativ sənədlərin hazırlama qrupunun üzvü.