Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

2003 cü ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə daxil olmuş, 2009 cu ildə həmin fakültəni bitirmişdir.

2009-2010 cı ildə Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasında onkoloq cərrah ixtisası üzrə internatura keçmişdir.

2011-2015-ci illərdə Sumqayıt şəhər 2 nömrəli poliklinikada Həkim-cərrah vəzifəsində çalışmışdır.

2015-ci ildə Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasında doktoranturaya qəbul olmuş, 2018-ci ildə bitirmişdir.

Kəskin Destruktiv xolesistlərin Laparoskopik cərrahiyyəsində lokal ağırlaşmaların profilaktikası mövzusunda namizədlik disertasiyasını müdafiə etmişdir.

2019-cu ildə Lanset klinkasında həkim-cərrah vəzifəsində çalışmış, 2022-2025-ci illərdə City hospitalda həkim-cərrah və şöbə müdiri vəzifəsində çalışmış, 2025-ci ilin iyul ayından əmr ilə Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasına baş laborant vəzifəsinə təyin olunmuşdur.

Akademik fəaliyyət

2025-ci ilin iyun ayından Azərbaycan Tibb Universiteti 2-ci cərrahi xəstəliklər kafedrası baş laborant

Təhsil

Azərbaycan Tibb Universiteti pediatriya fakültəsi 2003-2009

Peşə və pedaqoji inkişaf

2024-cü ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə instutunda təkməlləşmə kursu

Elmi araşdırma sahəsi

2015-2018-ci illərdə Azərbaycan Tibb Universiteti ümumi cərrahiyyə kafedrasında tibb üzrə fəlsəfə doktoru adını almaq üçün Kəskin destruktiv xolesistlərin laporoskopik cərrahiyyəsində lokal ağırlaşmaların profilaktikası mövzusunda müdafiə etmişdir