
1998-ci ildə orta məktəbi bitirdikdən sonra Аzərbаycаn Tibb Universitetinin Müalicə-profilaktika fаkültəsinə dахil оlmuş və 2004-cü ildə fərqlənmə ilə bitirmişdir. 2004-cü ildə Azərbaycan Tibb Universitetində “Cərrahiyyə” ixtisası üzrə aspiranturaya qəbul olmuş və 2007-ci ildə “Qaraciyər exinokokkektomiyalarından sonra ağırlaşmaların profilaktika və müalicəsi» mövzusunda dissertasiya işini uğurla müdafiə etmiş, tibb elmləri namizədi (PhD) alimlik dərəcəsinə layiq görülmüşdür.
2007-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin II-Cərrahi xəstəliklər kafedrasının assistenti vəzifəsinə təyin edilmişdir.
2013-cü ildə “Qaraciyər sirrozu və portal hipertenziyanın müalicəsində kök hüceyrə transplantasiyası” mövzusunda elmi -tədqiqat işinə başlamış və 2016-cı ildə dissertasiya işini uğurla müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsini almışdır.
2018-ci ildən kafedranın dosenti vəzifəsinə təyin edilmiş, 2025-ci ildən kafedranın professoru vəzifəsində fəaliyyətini davam etdirir.
2013-2022-ci illərdə kafedranın tədris hissə müdiri vəzifəsində işləmişdir.
2004-2007-ci illərdə ATU-nun II-Cərrahi xəstəliklər kafedrasında aspirantura.
2007-ci ildə “Qaraciyər exinokokkektomiyalarından sonra ağırlaşmaların profilaktika və müalicəsi” mövzusunda namizədlik dissertasiya işinin rəsmi müdafiəsi.
2016-cı ildə “Qaraciyər sirrozu və portal hipertenziyanın müalicəsində kök hüceyrə transplantasiyası” mövzusunda doktorluq dissertasiya işinin rəsmi müdafiəsi
2018-ci ildən kafedranın dosenti vəzifəsində çalışmışdır.
2025-ci ildən hazırki dövrə qədər kafedranın professoru vəzifəsində fəaliyyətini davam etdirir.
2013-2022-ci illərdə kafedranın tədris hissə müdiri vəzifəsində işləmişdir.
1. Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsi 1998-2004 (Ali baza təhsili)
2. 2004-2007-ci illərdə Azərbaycan Tibb Universitetində “Cərrahiyyə” ixtisası üzrə aspirantura
3. Üst ixtisas:
2007-2008-ci illərdə Hacetteppe Universitetində (Ankara, Türkiyə), 2010-2011-ci illərdə Humboltd Klinikasında (Berlin, Almaniya) Ümumi və Laparoskopik cərrahiyyə üzrə ixtisasartırma
2016-ci il tibb elmləri doktoru (Cərrahiyyə ixtisası üzrə)
2007-2008-ci illərdə Hacetteppe Universitetində (Ankara ş., Türkiyə), 2010-cu ildə Humboltd Klinikasında (Berlin, Almaniya) Ümumi və Laparoskopik cərrahiyyə üzrə ixtisasartırma kurslarında iştirak etmişdir.
2009-cu ildə Pedaqoji fəaliyyətin təkmilləşdirilməsi üçün Azərbaycan Müəllimlər İnstitutunda təlim kurslarında iştirak etmişdir.
2021 və 2026-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə institutunda Ümumi cərrahiyyə üzrə təkmilləşmə kursu keçmişdir.