
1995-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Univeristetinin I-Müalicə Profilaktika Fkultəsinə daxil olmuş və 2001-ci ildə həmin fakultəni bitirmişdir. 2001-2002 ci illərdə ŞOD-də onkoloq ixtisası üzrə internaturanı bitirmişdir. 2002-2004 cü illərdə III- Cərrahi Xəstəliklər Kafedrasında Baş Laborant vəzifəsində çalışmışdır. 2004-2006-cı illərdə Azərbaycan Milli ordusunda Tibb Xidməti Baş leytenantı vəzifəsində xidmət etmişdir.2006-2015 ci illərdə III-cərrahi xəstəliklər kafedrasında baş laborant kimi çalışmış, 2015-ci ildə daxili əmrlə II cərrahi xəstəliklər kafedrasına eyni vəzifəyə(baş laborant) keçirilmişdir. 2017-ci ildə “Peritonit zamanı qarın boşluğunun sanasiyasının qanın mikroelement tərkibinə və böyrəklərin funksional fəaliyyətinə təsiri” mövzusunda dissertasiya işini uğurla müdafiyə edərək, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq ğörülmüşdür. 2018-ci ildən kafedranın assistenti vəzifəsinə təyin edilmiş və hal-hazırda həmin vəzifədə çalışır.
2012-2016-cı illərdə ATU-nun II cərrahi xəstəliklər kafedrasında doktorantura.
2017-ci ildə “Peritonit zamanı qarın boşluğunun sanasiyasının qanın mikroelement tərkibinə və böyrəklərin funksional fəaliyyətinə təsiri” mövzusunda dissertasiya işinin rəsmi müdafiyəsi.
2018-ci ildən kafedranin assistenti vəzifəsində çalışır.
1.Azərbaycan Tibb Universiteti I- Müalicə profilaktika fakultəsi 1995-2001 (Ali baza təhsili).
2.2001-2002-ci illərdə A.Abbasov adına ŞOD-də “Onkoloq” ixtisası üzrə internatura.
3.Üst ixtisas:
2018-ci ildə tibb üzrə fəlsəfə doktoru(Cərrahiyyə ixtisası üzrə).
2022-ci ildə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda Ümumi cərrahiyyə ixtisası üzrə təkmilləşmə.
2022-ci ildə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda Ümumi cərrahiyyə ixtisası üzrə təkmilləşmə.