Bizi izləyin:
Heydər Əliyev
Bioqrafiya

Ə.H.Allahverdiyev 1984-1992 ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə profilaktika fakültəsində təhsil almışdır. 1985-1987 ci illərdə Leninqrad Hərbi Dairəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. 1989-1992 ci illərdə Bakı ş.

Neyrocərrahiyyə xəstəxanasında tibb qardaşı işləmişdir. 1992-1994 cü illərdə Azərbaycan Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında cərrahiyyə ixtisası üzrə kliniki ordinatura təhsili almışdır. 1994-1997 ci illərdə Azərbaycan Tibb Universitetinin

Cərrahi xəstəliklər kafedrasında əyani aspiranturada daxil olmuş və bitirmişdir. 1999 cu ildə "Lipidlərin peroksid oksidləşməsinin mexaniki sarılıqları olan xəstələrin cərrahi müalicə nəticələrinə təsiri və onların korreksiyası" mövzusunda elmi işini müdafiə edərək tibb elmləri namizədi adını almışdır. 1997-1998-ci illərdə ATUnun Cərrahi xəstəliklər kafedrasında assistent vəzifəsində işləmişdir. 1998-2000 ci illərdə Naxçıvan Hərbi Hospitalının Travmatologiya şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 2000-2011 ci illərdə ATU Hərbi Tibb Fakültəsinin Hərbi Səhra Cərrahiyyəsi kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 2011 ci ildə Müdafiə Nazirliyi Tibb Baş İdarəsində baş zabit vəzifəsində xidmət etmişdir. 2014-2015 ci illərdə Naxçıvan Qarnizon Hərbi Hospitalında şöbə rəisi işləmişdir. 2015-2016-cı illərdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda Ordunun Tibb Xidməti rəisi vəzifəsində çalışmışdır. 2016-2019 cu illərdə Naxçıvan Qarnizon Hərbi Hospitalının rəisi vəzifəsində xidmət etmişdir. 2020-2021 ci illərdə Bakı ş. "Medica Hospital" özəl klinikasında icraçı direktor, 2021-2022 ci illərdə Sumqayıt ş. “Qəlb”özəl tibb mərkəzində icraçı direktor vəzifəsində çalışmışdır. 2022-2024 cü illərdə Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-də direktor müavini - baş həkim vəzifəsində işləmişdir. 2025 ci ildə ATUnun II Cərrahi xəstəliklər kafedrasının dosenti vəzifəsinə seçilmişdir. 2025 ci ildə ATU Tədris Cərrahiyyə Klinikasında direktorun müalicə işləri üzrə müavini vəzifəsinə seçilmişdir. Mülki və hərbi olmaqla 12 beynəlxalq və 23 yerli tibbi konfrans və toplantılarda məruzəçi, moderator və iştirakçı

olmuşdur. Azərbaycan Ordusunun ildönümü yubiley medalları, "Qüsursuz xidmətə görə" medalları və "Hərbi xidmətdə fərqlənməyə görə" dərəcəli medalı ilə təltif olunmuşdur. İstefada olan tibb xidməti polkovnikidir.

Akademik fəaliyyət

Ə.H.Allahverdiyev 1986-1992 ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə profilaktika fakültəsində təhsil almışdır. 1992-1994 cü illərdə Azərbaycan Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında cərrahiyyə ixtisası üzrə kliniki ordinatura təhsili almışdır. 1994-1997 ci illərdə Azərbaycan Tibb Universitetinin Cərrahi xəstəliklər

kafedrasında əyani aspiranturaya daxil olmuş və müvəffəqiyyətlə bitirmişdir. 1999 cu ildə "Lipidlərin peroksid oksidləşməsinin mexaniki sarılıqları olan xəstələrin cərrahi müalicə nəticələrinə təsiri və onların korreksiyası" mövzusunda elmi işini müdafiə edərək tibb elmləri namizədi elmi adını almışdır. 1997-1998-ci illərdə ATU-nun Cərrahi xəstəliklər kafedrasında assistent vəzifəsində işləmişdir.

2000-2011 ci illərdə ATU Hərbi Tibb Fakültəsininin Hərbi Səhra Cərrahiyyəsi kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 2025 ci ildə ATU-nun Cərrahi xəstəliklər kafedrasının dosenti vəzifəsinə seçilmişdir. 2025 ci ildə ATU Tədris Cərrahiyyə Klinikasında müalicə işləri üzrə direktor müavini vəzifəsinə seçilmişdir.

Mülki və hərbi olmaqla 12 beynəlxalq və 23 yerli tibbi konfrans və toplantılarda məruzəçi, moderator və iştirakçı olmuşdur. Azərbaycan Tibb Universitetinin Elmi Şurasının qərarı ilə dosent elmi adına layiq görülmüşdür.

 

Təhsil

1986-1992 ci il N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə profilaktika fakültəsində təhsil almışdır.

1992-1994 cü ildə Azərbaycan Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında cərrahiyyə ixtisası üzrə kliniki ordinaturanı bitirərək cərrah ixtisası almışdır.

Nailiyyətlər (adlar)

Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin idarə heyyətinin sədridir. Tibb elimləri namizədidir.

Allahverdiyev Ə.H. namizədlik dissertasiyasının mövzusu: "Lipidlərin peroksid oksidləşməsinin mexaniki sarılıqları olan xəstələrin cərrahi müalicə nəticələrinə təsiri və onların korreksiyası "

 

Elmi araşdırma sahəsi

Hepatobiliyar cərrahiyyə, qastroenteroloji cərrahiyyə, hərbi səhra cərrahiyyəsi