1991-ci ildə orta məktəbi qızıl medalla bitirmiş, 1991–1997-ci illərdə Azərbaycan Tibb Universitetinin 2-ci Müalicə-profilaktika fakültəsində təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildə cərrahiyyə ixtisası üzrə internaturanı keçmişdir.1998–2009-ci illərdə Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasında cərrah kimi fəaliyyət göstərmişdir.
2009–2015-ci illərdə ATU II Cərrahi Xəstəliklər Kafedrasında baş laborant vəzifəsində çalışmışdır. 2015-ci ildən II Cərrahi Xəstəliklər Kafedrasında assistent vəzifəsində fəaliyyət göstərir.
2009–2015 — ATU II Cərrahi Xəstəliklər Kafedrası — baş laborant
2015–indiyədək — ATU II Cərrahi Xəstəliklər Kafedrası — assistent
2009–2015 — Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təkmilləşmə kursu
2025 — Azərbaycan Tibb Universiteti — Pedaqoji Peşəkarlığın İnkişafı kursu
"Qaraciyər sirrozu olan xəstələrdə kolorektal cərrahiyyə müalicəsinin müasir yanaşmaları" mövzusunda dissertasiya işinin müəllifidir.
01.05.2023 tarixində Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın qərarı ilə tibb üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür.