Leyla Süleymanova
Dosent
Leyla Süleymanova

orcid 0009-0003-5210-6296


orcidTibbi biologiya və genetika


orcid [email protected]

Bioqrafiya

Süleymanova Leyla Məhərrəm qızı 1994-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1996-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunda aspiranturanın qiyabi şöbəsində təhsil alıb və 2002-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək biologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2010-2020-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika  kafedrasında Tələbə Elmi Cəmiyyətinin sədri kimi fəaliyyət göstərmişdir. 2018-2024 illərdə kafedra müdirinin tədris işləri üzrə müavini vəzifəsini icra etmişdir. Pedaqoji fəaliyyəti zamanı azərbaycan, rus və ingilis dillərində mühazirə və praktiki məşğələlər aparır. Uzun müddət Universitetin Virtual İmtahan Mərkəzində ekspert kimi fəaliyyət göstərmişdir. 2021-ci ildə Təhsil   Nazirliyi   tərəfindən  təşkil   edilən   hökümətlərarası təqaüd     və     dövlət     proqramları     çərçivəsində     xaricdə     təhsil     məqsədilə keçirilən   müsahibələrdə   səmərəli   və   peşəkar   fəaliyyətinə   görə   cənab   Nazirin müvafiq əmri ilə “Təşəkkürnamə” ilə təltif olunmuşdur. 2021-ci ildə tibb kadrların hazırlanması sahəsində uzunmüddətli və səmərəli xidmətlərinə görə, nümunəvi əməyinə  və universitetin  ictimai  həyatında fəal   iştirakına  görə  Azərbaycan Tibb Universitetinin rektorunun müvafiq əmri ilə Fəxri fərmanla təltif olunmuşdur.

Akademik fəaliyyət

1989-1991-ci illərdə Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrasında laborant,

1991-ci ilin may ayından Tibbi biologiya və genetika kafedrasında laborant,

1994-cü ildən baş laborant,

1999-cu ildən assistent,

2004-cü ildən baş müəllim,

2018-ci ildən hal-hazıradək dosent vəzifəsində fəaliyyət göstərir.

Təhsil

1988-1994 İxtisas: Biologiya, kimya, Təhsil müəssisəsi: Bakı Dövlət Universiteti

1996-2000 Aspiranturanın qiyabi şöbəsi, Elmi müəssisə: AMEA-nın A.T.Qarayev adına Fiziologiya İnstitutu

Peşə və pedaqoji inkişaf

Amerika Birləşmiş Ştatları Dövlət Departamenti dəstəyi ilə “Effektiv strateji planlaşdırma və proqramın qiymətləndirilməsi” (təlim) 06.03.2023-15.05.2023

Amerika Birləşmiş Ştatlarının Fulbrayt proqramı çərçivəsində “Müasir tibb təhsili” (təlim) 17.06.2019-21.06.2019

Kitab

Süleymanova L.M., Abaszadə Z.A. “Hazırlıq şöbəsinin dinləyiciləri üçün biologiya”. Dərslik. Bakı, 2014.

Suleymanova L.M., Abaszadeh Z.A. “Biology for foreign students of preparatory course”. Textbook. Baku, 2014.

Süleymanova L.M., Abaszadə Z.A. “Hazırlıq şöbəsinin dinləyiciləri üçün biologiyadan təcrübi məşğələ albomu”. Dərs vəsaiti. Bakı, 2016.

Suleymanova L.M., Abaszadeh Z.A. “The album for practical lessons on biology for listeners of preparatory course”. Manual. Baku, 2016.

M.Ş.Əminova, V.M.Kərimov, L.M.Süleymanova, R.K.Kərimova, S.A.Əlizadə. “Tibbi biologiya (sxemlər və məsələlər)”. Dərs vəsaiti, 2019.

M.Sh.Aminova, V.M.Karimov, L.M.Suleymanova, R.K.Karimova, S.A.Alizadeh “Medical biology (schemes and problems)”. Manual. 2019.

M.Sh.Aminova, V.M.Karimov, L.M.Suleymanova, R.K.Karimova, S.A.Alizadeh Medical biology (scheme and problems). Manual, 2019.

Əzizov Ə.P., Kərimov V.M., Süleymanova L.M., Hüseynova L.S. “Tibbi biologiya və genetika”.  Dərs vəsaiti, 2022.

Azizov A.P., Karimov V.M., Suleymanova L.M., Huseynova L.S. “Medical Biology and genetics”. Manual, 2022.

Азизов А.П., Керимов В.М., Сулейманова Л.М., Гусейнова Л.С., Махмудова П.А., Велиева Г.А. “Медицинская биология и генетика”. Учебное пособие, 2022.

Əzizov Ə.P., Kərimov V.M., Süleymanova L.M., Hüseynova L.S. “Tibbi biologiya və genetikadan iş dəftəri”. Dərs vəsaiti, 2022.

Azizov A.P., Karimov V.M., Suleymanova L.M., Huseynova L.S. “Medical Biology and genetics workbook”. Manual, 2022.

Азизов А.П., Керимов В.М., Сулейманова Л.М., Гусейнова Л.С., Махмудова П.А., Велиева Г.А. “Рабочая тетрадь по медицинской биологии и генетике”. Учебное пособие, 2022.

Şəkərəliyeva Y.V., Məmmədova S.N. Süleymanova L.M. “Sağlamlıq və xəstəliklər” Bakı, 2024.

Шекаралиева Е.В., Мамедова С.Н., Сулейманова Л.М. “Здоровье и болезни” Баку, 2024.

Şəkərəliyeva Y.V., Süleymanova L.M., Məmmədova S.N. “Sağlamlıq və xəstəliklər fənni üzrə iş dəftəri”. Bakı, 2024.

Шекаралиева Е.В., Сулейманова Л.М., Мамедова С.Н. “Рабочая тетрадь по предмету Здоровье и болезни” Баку, 2024.

Məqalə

Identification of patients with late-infantile or juvenile gangliosidoses. 3rd International Asklepios Congress on Medicine, Nursing, Midwifery, and Health Science. November 09-11, 2024 in Pristina, Kosovo. P. 2177.


orcid DOI

Məqalə

Resistance of the functional activity of dunaliella salina ippas d-294 cells modified with 2,6 di-tert-butyl phenol to the action of acute doses of uv-b radiation under optimal and high salinity conditions. Advances in Biology & Earth Sciences. 2023. Vol.8 No.1.


orcid DOI

Məqalə

Каталазная активность в клетках Dunaliella salina IPPAS D-294, модифицированных 2,6 дитрет-бутил фенолом в условиях высокой солености при оптимальном и низкотемпературном режимах культивирования. Узбекский биологический журнал. Vol 4. Ташкент. 2021. ISSN 1694-660Х


orcid DOI

Məqalə

SARS-CoV-2 genetikası: ədəbiyyat icmalı. Azərbaycan Tibb Universitetinin Jurnalı. Azərbaycan Tibb Universitetinin yaradılmasının 90 illik yubileyinə həsr olunmuş Elmi-Praktiki Konqres. 2021. Volume 2  № 1 e-İSSN 2788-9807


orcid DOI

Məqalə

Биосинтез пигментов в клетках Dunalıella salına IPPAS D-294, модифицированных ионолом, при высокой солености в оптимальном и низкотемпературном режимах культивирования. Международный Журнал Прикладных и Фундаментальных Исследований. Москва «Академия Естествознания». № 2. 2020. Двухлетний ИФ РИНЦ = 0,570 Пятилетний ИФ РИНЦ = 0,277 ISSN 1996-3955


orcid DOI

Məqalə

Оценка эффекта гирудотерапии при облитерации артерии стопы у больных сахарным диабетом типа-2 методом доплерографии. Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı.  Bakı.           2019. e-ISSN:2618-0979 print ISSN:2628-096


orcid DOI

Məqalə

The stability of functional activity in Dunaliella Salina IPPAS-294 cells modified by synthetic antioxidants in conditions of low temperature stress and high salinity. European Journal of Biotechnology and Bioscience. Sep-Oct 2019 Volume 7. Issue 5. Nikhil Gupta Publisher. Impact Factor: RJIF 5.44 ISSN: 2321-9122


orcid DOI

Üzv olduğu qurum

2008-ci ildən “Yeni Azərbaycan Partiyası”