Heydər Əliyev
Bioqrafiya

1976-cı iləd orta məktəbi bitirdikdən sonra N.Nərimənov adına Azərbəycan Tibb Institutunun Müalicə-profilaktika fakultəsinə daxil olmuş və  1982-ci  ildə bu fakultəni  bitirmişdir.

1982-1983-cü illərdə Bakı şəhər 5 saylı Klinik xəstəxanada “Cərrahiyyə” üzrə İnternatura keçdikdən sonra 1983-1985-ci illərdə təyinat üzrə Abşeron rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah  işləmişdir.

1985-1986-cı illərdə akad. M.A.Topçubaşov adına Klinik və Eksperimental Cərrahiyyə İnstitunun Mikrocərrahiyyə şöbəsində həkim-cərrah işləmişdir.

1986-cı ildə Ümumittifaq Elmi Cərrahiyyə Mərkəzinə (Moskva ş.) aspiranturaya daxil olmuş və 1989-cu ildə “Öd yollarının zədələnməsi ilə kəskin xolesistitli xəstələrin cərrahi müalicəsinin taktikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

1989-1990-cı illərdə Kliniki və Eksperimental Cərrahiyyə ETİ-nin Cərrahi Qastroenterologiya şöbəsində kiçik elmi işçi, 1990-cu ildə Qastroenterologiya ETİ-nun Qaraciyər, öd yolları və mədəaltı vəzi cərrahiyyəsi şöbəsində kiçik elmi işçi, 1991-ci ildə isə həmin institutun böyük elmi işçisi vəzifəsinə seçilmişdir.

1997-ci ildə Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasının assistenti vəzifəsinə təyin edilmişdir. 1998-2003-cü illərdə Russiya Elmi Cərrahiyyə Mərkəzində qiyabi doktorantura təhsili almışdır. 2003-cü ildə həmin İnstitutun İxtisaslaşdırılmış Elmi Şurasında “Öd yollarının zədələnməsi ilə müşahidə olunan qaraciyər exinokokkozu” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və həmin il Russiya Fedrasiyasının AAK tərəfindən tibb elmləri doktoru alimlik dərəcəsi nə layiq görülmüşdür.

2003-cü ildə ATU-nun II Cərrahi xəstəliklər kafedrasında dosent, 2007-ci ilin aprel ayında isə Azərbaycan Tibb Universitetinin Elmi şurasında kafedranın professoru vəzifəsinə seçilmişdir.

2005-2012-ci illərdə professor Rauf Ağayev  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadrlar, Elm və Təhsil şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir.

2012-2016-cı illərdə Respublika Diaqnostika-Müalicə Mərkəzinin, 2012-2018-ci illərdə isə Azərbaycan Tibb Universitetinin Baş həkimi vəzifəsində çalışmışdır.

2018-ci ildə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru vəzifəsinə təyin edilmiş və bu günə qədər bu vəzifədə fəaliyyətini davam etdirir.

Akademik fəaliyyət

Assistent, ATU II-Cərrahi xəstəliklər kafedrası, 1997-2004

Dosent, ATU, II Cərrahi xəstəliklər kafedrası, 2004-2007

Professor, ATU, I cərrahi xəstəliklər kafedrası, 2007-dən hazırki dövrə qədər

Kafedra müdiri, ATU, II-Cərrahi xəstəliklər kafedrası, 2018-dən hazırki dövrə qədər

Təhsili

1. Azərbaycan Tibb Universiteti, 1976-1982

2. Azərbaycan Tibb Universiteti, Cərrahiyyə ixtisası üzrə internatura, 1982-1983

3.Ümumittifaq Elmi Cərrahiyyə Mərkəzinə (Moskva ş.) aspirantura (PhD), 1986-1989

4.Russiya Elmi Cərrahiyyə Mərkəzində qiyabi doktorantura, 1997-2003

Nailiyyətlər (adlar)

2014-cü ildə “Səhiyyə əlaçısı” döş nişanı  

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adı  

2020-ci ildə Beynəlxalq Akademiyanın Azərbaycan bölməsinin həqiqi üzvü