Hacıyeva Günel İlham qızı. Baş laborant. 2012-ci ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini bitirmişdir.
Tələbəlik illərində elmi fəaliyyətlə fəal məşğul olmuş, 2010-cu ildə Azərbaycan Tibb Universiteti Stomatologiya Fakültəsi Tələbə Elmi Cəmiyyətinin 38-ci Elmi Konfransının qalibi olmuşdur. Həmin ilin may ayında keçirilən ATU Tələbə Elmi Cəmiyyətinin 79-cu Yekun Elmi Konfransında da qalib adına layiq görülmüşdür.
2011-ci ildə ATU Tələbə Elmi Cəmiyyətinin qalibi kimi Türkiyənin İstanbul Universiteti Diş Həkimliyi Fakültəsinin Ağız, Diş və Çənə Cərrahiyyəsi Anabilim Dalında elmi-praktik təcrübə keçmişdir. Həmin ilin dekabr ayında ATU Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi “İlin ən yaxşı tələbə elmi tədqiqatçısı” müsabiqəsinin qalibi olmuşdur. Tələbə Elmi Cəmiyyətində əldə etdiyi uğurlar nəticəsində məzun olduqdan sonra Azərbaycan Tibb Universitetində akademik və elmi fəaliyyət göstərmək imkanı qazanmışdır.
2014-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin Ağız və Üz-Çənə Cərrahiyyəsi kafedrasında baş laborant vəzifəsində çalışır. Kafedrada elmi-tədqiqat, klinik və tədris fəaliyyəti ilə məşğul olur.
2015-ci ildən “Müxtəlif növ kraniosinostozlu xəstələrdə diş-çənə anomaliyalarının diaqnostikası və müalicəsi” mövzusunda dissertasiya işi üzərində çalışır.
2017-ci ildən professor Çingiz Rəhimov tərəfindən təsis edilmiş Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyəti-nin İcraçı Direktoru vəzifəsini icra edir.
Təşkilati fəaliyyət çərçivəsində 2018-ci ildə AzOMFS-in təqdimat mərasiminə həsr olunmuş Elmi Forumun, 2019-cu ildə AzOMFS-in I Beynəlxalq Konqresinin, 2023-cü ildə AzOMFS-in II Beynəlxalq Konqresinin və 2025-ci ildə International College of Maxillofacial Surgeons-in 33-cü Konqresi çərçivəsində keçirilmiş AzOMFS-in III Beynəlxalq Konqresinin Təşkilat Komitəsinin sədri olmuşdur.
İctimai fəaliyyətlə də fəal məşğul olan Günel Hacıyeva, professor Çingiz Rəhimovun təşəbbüsü ilə həyata keçirilən xeyriyyə layihələrində iştirak etmişdir. Bu fəaliyyətlər çərçivəsində hərbi münaqişənin ilk günlərində ukraynalı həmkarlar üçün tibbi ləvazimatlardan ibarət humanitar yardımın göndərilməsi, həmçinin zəlzələdən zərər çəkmiş Türkiyəyə maddi yardım kampaniyalarının təşkilində və həyata keçirilməsində fəal rol oynamışdır.
Elmi, akademik və təşkilati fəaliyyəti ilə ağız və üz-çənə cərrahiyyəsi sahəsinin inkişafına töhfə verməkdə davam edir.
2014 – indiyədək — Azərbaycan Tibb Universiteti, Ağız və Üz-Çənə Cərrahiyyəsi kafedrası, baş laborant.
2007–2012 — Azərbaycan Tibb Universiteti, Stomatologiya fakültəsi.
2011 — Türkiyə Cümhuriyyəti İstanbul Universiteti Diş Həkimliyi Fakültəsinin Ağız, Diş və Çənə Cərrahiyyəsi Anabilim Dalında ixtisasartırma və elmi-praktik təcrübə proqramı.
2021 — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən “Fəxri Fərman” ilə təltif edilmişdir. Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların həyat və sağlamlıqlarının bərpasında göstərdiyi müstəsna xidmətlərinə görə.
Çıxışlar
1. G.I.Hajiyeva. “Treatment of dental-facial abnormalities in patients with craniofacial deformities”. AÇBİD 2017, 11th İnternational Congress. Antalya, Turkey 19-23 April 2017
2. G.İ.Hacıyeva. “Kəllə-üz deformasiyaları ilə olan xəstələrin, bərpaedici cərrahi müdaxilələrin planlaşdırılmasında 3D sefolametriyanın rolu”. VII International Caspian Conference of Implantologists. Baku, Azerbaijan, 27-29 October 2017
3. G.I.Hajiyeva. “The application of new cephalometric landmarks for orthognatic surgery planning in craniofacial patients”. 12th World Congress of the International Cleft Lip and Palate Foundation. Leipzig, Germany 19-21 April 2018
4. G.İ.Hacıyeva. Frontonazal Displaziya. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan Otorinolarinqologiya üzrə Beynəlxalq Elmi-Praktiki Konqres. Bakı, Azərbaycan, 10 Dekabr 2018
5. G.İ.Hacıyeva Kraniosinostozlar, onların etiologiyası, diaqnostikası və müasir müalicə prinsipləri. Azərbaycan Tibb Universitetinin Uşaq Cərrahlığı kafedrasının yaranmasının 80 illiyinə həsr olunmuş “Uşaq cərrahiyyəsi üzrə Elmi-Praktiki” konfransı. Bakı, Azərbaycan, 9 Fevral 2019
6. G.I.Hajiyeva. “Modern approaches in 3rd planning in reconstructive craniofacial surgery”. 1st International Scientific Congress of AzOMFS. Baku, Azerbaijan, 14-16 March 2019
7. G.I.Hajiyeva. “Assessment of upper airways changes following monobloc advancement in patients with craniofacial abnormalities”. The Scientific Committee of the 25th Congress of the European Association for Cranio Maxillo Facial Surgery virtual congress. Paris, France, 14-16 July 2021
8. G.İ.Hajiyeva. “Assessment of orbital morphology in patients üith craniofacial abnormalities for improvement of outcomes of their surgical managment”. 2nd International Congress of Azerbaijan Society of Oral & Maxillofacial Surgeons. Baku, Azerbaijan. 12-14 October 2023
9. G.İ.Hacıyeva. “Üz-çənə cərrahiyyəsindən kəllə-üz cərrahiyyəsinə doğru inkişafımız”. “Üz-Çənə və Baş-Boyun Patologiyalarına Müasir Yanaşma”mövzusunda elmi-nəzəri konfrans. Bakı, Azərbaycan 30 Mart 2024
10. G.İ.Hajiyeva. Augmented reality.
Planning and navigation in zygoma implantation. II International Scientific Congress organized by Istanbul Aydin University Faculty of Dentistry. Istanbul, Turkey 25-26 April 2025
11. G.İ.Hacıyeva. “Onkoloji xəstəliklərdə diş implantasiyası”. XI International Caspian Conference of Implantologists. Baku, Azerbaijan, 5-6 June 2026
Poster Təqdimatı
1. G.Hajiyeva, C.Rahimov, Davudov “The usage of different flaps in the reconstructive head and neck surgery”. 21st İnternational Conference on Oral and Maxillofacial Surgery. Barcelona, Spain, 21st to 24th October 2013
Elmi və təşkilat komitələrinin işində iştirak
1. “Challanges in Modern Oral and Maxillofacial Surgery” scintific forum. AZOMFS. Baku, Azerbaijan, 29 June 2018
2. “A new minimally inbasibe technique for sinus augmentation” seminar and hands – on course. AZOMFS. Baku, Azerbaijan 14th-16th September 2018
3. “A New Generation Of Tools for Fully Guided Surgery: A Hands – On Course” seminar and hands – on course. Baku, Azerbaijan 28th-29th 2018
4. 1st İnternational Scientific Congress “Building a Better Future” of the Azerbaijan Society of oral and Maxillafacial Surgeons. Baku, Azerbaijan, 14-16 March 2019
5. The 10th International ZAFAR Conference of Implantologists. Shusha, Azerbaijan, 6-7-8 June 2024
6. Live Mentors III Stomatoloji Xeyriyyə Konfransı. Bakı, Azərbaycan, 13 Oktyabr 2024
7. 33rd Congress of International College for Maxillofacial Surgery and 3rd International Congress of Azerbaijan Society of Oral and Maxillofacial Surgery. Baku, Azerbaijan, 9-11 October 2025
8. Live Mentors 4th dental charity conference. Baku,Azerbaijan, 6 December 2025
Beynəlxalq master-klasslar
1. AOCMF Principles Course. Baku, Azerbaijan, 16-18 Mar 2013
2. Flep, Vestibul Derinliği, Serbest dişeti grefti teknikler. Baku, Azerbaijan 4-5 İyul 2014
3. Dental Photo Course & Master Class. Baku, Azerbaijan 9 Nov 2014
4. Pre-Conference Course “Locked Groove-my approach to planning thr face” (BSCOSO 2015) Riga, Latvia 4-7 June 2015
5. “TME Cerrahisinde Temel Prensipler – 2. Uygulamalı Kadavra Kursu”. İstanbul, Turkey, 8 Oct 2016
6. Pre-Conference Live Surgical Workshop on Cleft Lip, Palate & Craniofacial deformities. Chennai, India, 26-28 October 2016
7. Zygoma Implant Konsepti Kadavra Cerrahi Kursu. Istanbul, Turkey, 23 Feb 2018
8. All On 4im Konsepti Kadavra Cerrahi Kursu. Istanbul, Turkey, 24 Feb 2018
9. “Facial Asymmetry” Course by S.O.R.G. Academy held during “IAOMS-AÇBİD Joint Congress” in conjunction with AÇBİD 12th Congress. Antalya, Turkey, 9-13 May 2018
10. Live Surgery lead by Dr Jeong or Dr.Park. Dentium. Seul, Korea, 27 May 2022
Konfranslar
1. IV İnternational Caspian Conference of Oral İmplantologists. Baku, Azerbaijan, 6-8 May 2011
2. V İnternational Caspian Conference of Oral İmplantologists. Baku, Azerbaijan, 21-23 June 2013
3. III Azərbaycan Plastik Cərrahiyyə Günləri & ISAPS Kursu. 31 May – 1 İyun 2014
4. 2nd Baltic Sea Conference on Orthognathic Surgery and Orthodontics (BSCOSO 2015) Riga, Latvia 4-7 June 2015
5. 9th World Congress of the International Cleft Lip and Palate Foundation. Moscow, Russia 4 September 2015
6. PerioBaku2015 – International Congress of Periodontology. Baku, Azerbaijan 25-26 September 2015
7. VI İnternational Caspian Conference of Oral İmplantologists. Baku, Azerbaijan, 6-8 November 2015
8. Design, conduct & management of clinical trials, GCP-Good Clinical Practice. Baku, Azerbaijan, November 2016
9. 10th World Cleft Lip, Palate & Craniofacial Congress. Chennai, India, 26-28 October 2016
10. TAOMS 2017 24th İnternational Scientific Congress. Bodrum, Turkey, 23-27 May
11. CMD/Manual Diagnostics & Aqua Splint Therapy. Baku, Azerbaijan, 14th July 2017
12. 2017 Neobiotech Ukraine Symposium. Kyiv, Ukraine, 7 October 2017
13. “IAOMS-AÇBİD Joint Congress” in conjunction with AÇBİD 12th Congress. Antalya, Turkey, 9-13 May 2018
14. TAOMS 2018 25th İnternational Scientific Congress. Turkish Republic of Northern Cyprus, 13rd-17th May 2018
15. Straumann Pro Arch Seminarı. Bakı, Azərbaycan, 29 Sentyabr 2018
16. 5th İnternational Congress of Lip Cleft and palate Society. Baku, Azerbaijan, 27-28 October 2018
17. 3rd İnternational Congress of Periodontology & Esthetic Dentistry. Baku, Azerbaijan 9-10 November 2018.
18. Peşəkar tibbi birlik və assosiasiyaların tibb elmi və ölkə səhiyyəsinin inkişafına cəlb edilməsi üzrə konfrans. Bakı, Azərbaycan, 19 Dekabr 2018
19. EuroPerio 9. RAİ, Amsterdam, Netherlands, 20-23 June, 2018
20. VIII International Caspian Conference of Implantologists. Baku, Azerbaijan, 17-19 October 2019
21. Digital Dentistry Role in managing Esthetics Around Implant Restoration Dynamic Navigation Implant Surgery. Baku, Azerbaijan, 29 October 2021
22. Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, tibb üzrə elmlər doktoru, professor RƏHİM NURMƏMMƏD OĞLU RƏHİMOVUN anadan olmasının 100 illiyinə həsr edilən Beynəlxalq Elmi-Praktiki Konfrans. Bakı, Azərbaycan, 15 Mart 2023
23. Aesthetic Dentistry Congress. Florence, Italy, 18-19 May 2023
24. International Esthetic Days. Straumann. Vilamoura/Algarve,Portugal,23-25 October 2025
25. “Digital Dentistry. 10 Years of transformation” ODONTOS. Baku, Azerbaijan, 12 April 2025
Kraniosinostozlu xəstələrdə diş-çənə anomaliyalarının diaqnostikası və müalicəsi; kraniofasial anomaliyalar; dental implantologiya; implantoloji reabilitasiya; sümük regenerasiyası və rekonstruktiv çənə cərrahiyyəsi.
1, Rahimov C, Asadov R, Hajiyeva G, Verdiyev N, Novruzov Z, Farzaliyev I. Crouzon syndrome: Virtual planning of surgical treatment by application of internal distractors. Ann Maxillofac Surg. 2016 Jan-Jun;6(1):135-40.
2, Rahimov Ch., Farzaliyev I., Hajiyeva G.. Application of virtual planning for improvement of four-wall orbitotomy in surgical treatment of craniofacial pathologies. SUCHASNA STOMATOLOHIYA, 2019. 5 (99),60-69.
3, Hacıyeva G.İ. Kruzon Sindromu – Azərbaycanda ilk dəfə təsvir olunan patologiya : klinik və radioloji təsviri. Azərbaycan Tibb Jurnalı, 2020, N1, səh.181-185.
4, Rahimov C.R., Ahundov A.A., Hajiyeva G.I., Rahimli R.Ch., Safarov D.A., Farzaliyev I.M. Treatment of extensive tumors of the jaws by hemimandibuloectomy with simultaniouse reconstruction of the mandible, arthroplasty of temporomandibular joint, orthopedic rehabilitation supported by dental im-plants. Opukholi golovy i shei = Head and Neck Tumors 2020;10(3):97–110. (In Russ.)
5, Hacıyeva G.İ. Kraniosinostoz xəstəliyi və onunla bağlı üz və diş-çənə anomaliyaları. Sağlamlıq, 2021, N1, 33-40
6, Rəhimov Ç.R., Fərzəliyev İ.M., Hacıyeva G.İ. Kəllə üz anomaliyalarında göz yuvasının dəyişikliklərinin xüsusiyyətləri. Azərbaycan Oftalmologiya Jurnalı, 2022, N3/cild 42, 59-70
Azrbaycan Ağız və Üz-Çənə Cərrahlar Cəmiyyəti AzOMFS – İcraçı Direktor
Azərbaycan İmplantoloqlar İctimai Birliyi – AzİİB – Elmi və Təşkilat Komitənin üzvü
Beynəlxalq Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin - üzvü
Avropa Kraniomaxillofasial Cərrahlar Cəmiyyətinin - üzvü