Bioqrafiya
Əlizadə Sevda Aydın qızı 1996-cı ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuşdur və 2000-ci ildə həmin universiteti bitirərək bioloq ixtisasına yiyələnmişdir. 2002-ci ildə Bakı Dövlət Universitetinin həmin fakültəsi üzrə fərqlənmə diplomu ilə magistr dərəcəsini almışdır.
Əmək fəaliyyətinə 2002-ci ildə başlayaraq, Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasının baş laborantı, 2004-cü ildən assistenti, 2015-ci ildən 2019-cu ilədək kafedranın baş müəllimi və 2019-ci ildən hal-hazıradək həmin kafedranın dosenti vəzifəsində çalışır.
Pedaqoji fəaliyyəti ilə yanaşı “Azərbaycan kirpiləri (morfologiyası və bioekoloji xüsusiyyətləri)” mövzusunda namizədilik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək biologiya üzrə
fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.
2021-ci ilin 15 noyabr tarixindən hal-hazıradək “Azərbaycan Respublikasının əhalisində mukopolisaxaridoz irsi xəstəliyinin biokimyəvi polimorfizmi, genetik heterogenliyi, gen xəritəsi və profilaktikası” mövzusu üzrə doktorluq dissertasiyası üzərində çalışır.
1 elmi monoqrafiya, 21 ədəd elmi məqalə və 22 ədəd elmi tezis müəllifi və ya həmmüəllifidir. Eyni zamanda Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasının qərarı ilə dərc edilmiş “Tibbi - biologiya və genetikadan mühazirə mövzuları” adlı dərs vəsaitinin müəllifidir. Həmçinin azərbaycan, rus və ingilis dilində dərc olunmuş “Tibbi biologiya və genetika” üzrə laboratoriya məşğələləri və “Tibbi biologiya və genetika” üzrə iş dəftəri dərs vəsaitlərinin müəlliflərindən biridir.
Akademik fəaliyyət
Dosent
Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasında 2019-ci ildən hal-hazıradək. Diplom - DS№ 08542 (Genetika-2409. 01)
Baş müəllim
Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasında 2015-ci ildən 2019-cu ilədək
Assistent
Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasında 2004-cü ildən 2015-ci ilədək
Baş laborant
Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasında 2002-ci ildən 2004-cü ilədək
Təhsil
Bakalavr dərəcəsi
1996-2000-cı il - Bakı Dövlət Universitetinin Biologiya fakültəsi - A№040330 (Biologiya-TEM:050001)
Magistr dərəcəsi
2000-2002-ci il - Bakı Dövlət Universitetinin Biologiya fakültəsi (fərqlənmə diplomu) - MNA№008295 (Mikologiya-TEM:050007)
Fəlsəfə doktoru dərəcəsi (b.ü.f.d.)
2018-2013-cü il AMEA Zoologiya İnstitutu - ED№08581 (Zoologiya-24 01.01)
Elmlər doktoru dərəcəsi
2021-ci ildən AMEA Genetik Ehtiyatlar İnstitutunun doktorantı
Peşə və pedaqoji inkişaf
1. Azərbaycan respublikası əhalisində mukopolisaxaridoz irsi xəstəliyinin genetik heterogenliyi, gen xəritəsi və profilaktikası. 4 th international health sciences and innovation congress. Baku, Azerbaijan. 2021. July 5-6. səh.240. Tezis və məruzə.
2. Əlizadə S.A., Əliyeva K.A., Rəsulov E.M. Azərbaycan respublikasının əhalisində mukopolisaxaridoz irsi xəstəliyinin biokimyəvi polimorfizmi. Professor Tamerlan Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Beynəlxalq konqres “Təbabətin aktual problemləri”. Bakı, Azərbaycan. 2021. 5-6 oktyabr. səh. 295. Tezis və məruzə.
3. Əlizadə S.A. Rəsulov E.M. Sanfilippo sindromlu pasientin genetik tədqiqi. AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutu. Heydər Əliyev və Azərbaycan təbiəti beynəlxalq elmi konfransı. Bakı. Azərbaycan. 2023. 19-20 iyun. səh. 151. Tezis və məruzə.
4.Əlizadə S.A., Əliyeva K.A., Rəsulov E.M., Kərimova R.K., Əliyarbəyli A.Ə., Ənsərova A.H., Məmmədova N.Ç. Eyni yumurta əkizlərində Krabbe lizosom depo xəstəliyi. 2nd international Conference on Conservation of Eurasian Biodiversity. 2-4 september. Ege University, İzmir, Turkey. 2024. səh. 317-320. Tezis və məruzə.
5. Azərbaycan Tibb Universiteti, Tibb və Sağlamlıq elmləri təhsili kafedrası. Bakı. 08.01.2023-15.01.2023
Elmi araşdırma sahəsi
“Azərbaycan Respublikasının əhalisində mukopolisaxaridoz irsi xəstəliyinin biokimyəvi polimorfizmi, genetik heterogenliyi, gen xəritəsi və profilaktikası” mövzusu üzrə doktorluq dissertasiyası üzərində çalışır
Kitab
Tibbi biologiya və genetikadan praktik məşğələ albomu. Dərs vəsaiti. 152 səhifə. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 4 dekabr 2007-ci il tarixli, №1221 əmrinə əsasən Tibb Universitetləri üçün dərs vəsaiti kimi təsdiq edilmişdir. “Müəllim” nəşriyyatı, Bakı. 2015-2018. (azərbaycan və ingilis dillərində).
Azərbaycanın kirpiləri (morfologiyası və bioekoloji xüsusiyyətləri). Monoqrafiya. 128 səhifə. BDU-nin Biologiya fakultəsi Elmi Şurasının 24 aprel 2018-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmişdir. (pr. №6.). “Mütərcim” nəşriyyatı. Bakı. 2018.
Tibbi biologiya (sxemlər və məsələlər). Dərs vəsaiti. 161 səhifə. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 fevral 2019-cu il tarixli 04 nömrəli qərarı ilə dərs vəsaiti kimi təsdiq edilmişdir. Bakı. 2019. (azərbaycan və ingilis dillərində).
Tibbi - biologiya və genetikadan mühazirə mövzuları. Dərs vəsaiti. 424 səhifə. Azərbaycan Tibb Universitetinin Elmi Şurasının 28 iyun 2022-ci il 08 saylı qərarı əsasında təsdiq edilmişdir. Bakı. 2022.
Tibbi biologiya və genetika üzrə laboratoriya məşğələləri. Dərs vəsaiti. 256 səhifə. Bakı, “Zərdabi Nəşr”MMC. 2024. (azərbaycan, rus və ingilis dillərində).
Tibbi biologiya və genetika üzrə iş dəftəri. Dərs vəsaiti. 96 səhifə. Bakı, “Zərdabi Nəşr”MMC. 2024. (azərbaycan, rus və ingilis dillərində)
Məqalə
К изучению питания ежей (Mammalia, Erinaceinae) в Азербайджане. Вестник, ВГУ, серия: химия, биология, фармация. 2014. №3. iyul-sentyabr. səh. 74-78. УДК. 591.2: 599.365
Məqalə
Azərbaycan şəraitində qulaqlı kirpilərin (Hemiechinus auritus G. 1770) makromorfoloji əlamətləri. Nəzəri, klinik və eksperimental morfologiya jurnalı. 2019. Cild 1, №3-4. səh. 39-44.
Məqalə
Genetics of Mucopolysaccharidosis Type IV (Morquio Disorder) in Patients from Azerbaijan. Український журнал медицини, біології та спорту. 2022. Том 7, № 3. (37). p. 99-105. UDC 616-008.939.631-055.5/.7-053.2-07-08.
Məqalə
Генетика мукополисахаридоза III типа (синдром санфилиппо) у детей из Азербайджана. Журнал «Современная наука: актуальные проблемы теории и практики». Серия: Естественные и технические науки. 2022. 2 июль, №7. стр. 5-8.
Məqalə
Первый случай пренатальной диагностики Мукополисахаридоза IV типа (синдром Моркио) в Азербайджанской Республике. Бюллетень науки и практики. 2022. Т. 8. №11. стр. 339-349. Impact-factor RINTs-0,264; Open Academic Journals Index (OAJI)-0.350, Index Copernicus Journals (ICI) Master List database for 2020 (ICV)-98.14 УДК 616-008.9-056.7:616.71 ISSN:2414-2948
Məqalə
Genetıc heterogeneity of iduronate-2-sulfatase in children diagnosed with mucopolysaccharidosis type II in Azerbaijan. Georgian Biomedical News. 2023. Volume 1, issue 1, January - March. p. 56-58.
Məqalə
Molecular study of IDUA, IDS, GALNS, GLB1 genes in Azerbaijan Republic. Advanced Studies in Biology, Vol. 16, 2024, no. 1, 201-209. DOI: https://www.doi.org/10.12988/asb.2024.91966