Bioqrafiya
Cəlilov Vaqif Çingiz oğlu 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin “Tibbi profilaktika” fakultəsini bitirmişdir. 2004-2007-ci illərdə ayrı-ayrı özəl klinikalarda və Respublika QİÇS-lə Mübarizə Mərkəzində tibb qardaşı kimi çalışmışdır. 2008-2010-cu illərdə Respublika QİÇS-lə Mübarizə Mərkəzində həkim kimi fəaliyyət göstərmişdir. 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Tibbi biostatistika və Epidemiologiya kafedrasında baş laborant işləmişdir. 2013-cü ildən Azərbaycan Güləş Federasiyasında gənclərdən ibarət milli komandada həkim kimi çalışır. 2017-18-ci illərdə İdman Tibbi və Reabilitasiyası üzrə magistratura təhsili almış, 2018-ci ildə University College of London-da (UCL), Institute of Sport Exercise and Health-də magistratura təhsili çərçivəsində dövlət hesabına “İdman reabilitasiyası” üzrə 1 aylıq kursda olmuşdur. 2019-2022-ci illərdə ATU-nun Tibbi biostatistika və epidemiologiya kafedrasında dissertanturaya daxil olaraq tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Hal-hazırda Azərbaycan Tibb Universitetinin Fizioterapiya və tibbi reabilitasiya kafedrasında assistent və İctimai Səhiyyə fakultəsində “Fizioterapiya və tibbi reabilitasiya” ixtisası üzrə koordinator vəzifəsində çalışır.
Akademik fəaliyyət
Təhsil
Peşə və pedaqoji inkişaf
2024-cü ildə - Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda “Uşaq və yeniyetmələrin xəstəliklərinin tibbi reabilitasiyası. Cərrahi profilli xəstələrin fizioterapiyası və tibbi reabilitasiyası” mövzusunda ixtisaslaşma kursu
Məqalə