Bioqrafiya
ATU-nun dermatovenerologiya kafedrasında 1991–ci ildən assistent vəzifəsində işləyir. 1991-ci ildə Moskva şəhəri SN METDZ-da “İkincili sifilisin penisillinin novokain duzu və solusulfon ilə müalicəsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və tibb elmləri namizədi elmi dərəcəsi və diplomu almışdır. Dermatovenerologiya üzrə təcrübə dərslərini müasir ədəbiyyatlardan geniş istifadə etməklə yüksək səviyyədə aparir,tədris yükünü sistematik olaraq, artıqlaması ilə yerinə yetirir və tədris-metodik işlərə çox böyük diqqət göstərir.İxtisasını təkmilləşdirmək məqsədilə öz üzərində müntəzəm çalışır.Kafedranın plan üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsində çox aktiv iştirak edir.Mərkəzi elmi nəşriyyatda çap olunmuş 30-dan çox məqalənin müəllifidir. Balakişiyeva F.İ. səhiyyə müəssisələrinə müalicə məsləhəti verir və köməklik göstərir. Tələbələr arasında ideoloji-tərbiyəvi işlər aparır. Həmçinin kafedranın ictimai işlərində fəaliyyət göstərir. Rezidentlərlə müntəzəm məşğul olur.Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində yaradılmış Dermatovenerologiya üzrə ixtisaslaşdırılmış 03.041 saylı Dissertasiya Şurasının üzvüdür.1992-ci ildən 2019-cu ilə kimi kafedranın Həmkarlar İttifaqının qrupporqu olmuşdur. 2019-cu ildən kafedra müdirinin tədris işlər üzrə müavini vəzifəsinə təsdiq edilmişdir.
Akademik fəaliyyət
1. 1972-1977-ci illərdə Bakı şəhər Dəri-zöhrəvi dispanserində həkim-ordinator.
2. 1977-1989-cu illərdə Bakı şəhər Dəri-zöhrəvi dispanserində müalicə üzrə baş həkimin müavini.
3. 1989-1991-ci illərdə Bakı şəhər Dəri-zöhrəvi dispanserində həkim-ordinator.
4. 1991-ci ildən indiyə kimi ATU-nun Dermatovenerologiya kafedrasında assistent.
5. 2019-cu ildən kafedra müdirinin tədris işlər üzrə müavini vəzifəsinə təsdiq edilmişdir.
Təhsil
1.1966-cı ildə Bakı şəhəri 174№-li orta məktəbi bitirib
2.1972-ci ildə N.Nərimanov adına ATİ-nun müalicə-profilaktika fakultəsini bitirib
3.1991-ci ildə “Лечение больных вторичным рецидивным и ранним скрытым сифилисом новокаиновой солью бензилпенициллина в сочетании с солюсульфоном” movzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, t.e.n. elmi dərəcəsini almışdır.
Peşə və pedaqoji inkişaf
1.1973-cü ildə Bakıda Ə.Əliyev adına AzDHTİ-nun dermatovenerologiya kafedrasında kurs.
2. 1979-cu ildə Moskva şəhər Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu “Dermatovenerologiya, sosial gigiena, dermatoveneroloji yardımın təşkili”.
3. 1986-cı ildə Moskva şəhər Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu.
4. 30-31 yanvar 2023-cü ildə Bakı şəhərində USAID-in maliyyə dəstəyi ilə ÜST-nin Ölkə Ofisinin həyata keçirdiyi “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində “Çoxseçimli testlərin hazırlanması, tətbiqi və analizi” mövzusunda təlim
5. 06 mart-15 may 2023-cü ildə Bakı şəhərində koordinator Humanitar elmlər magistri Tiffany Tilmanın rəhbərliyi ilə “Effektiv strateji planlaşdırma və proqramın qiymətləndirilməsi” kursu
6. 31.05.2022-09.06.2022-ci il tarixində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən “Təməl Tədrisçi İnkişafı Proqramı” üzrə təlim
7. Bakı, 30-31 yanvar, 2023 USAID-in maliyyə dəstəyi ilə ÜST-nin Ölkə Ofisinin həyata keçirdiyi “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində “Çoxseçimli testlərin hazırlanması, tətbiqi və analizi” mövzusunda təlim
Kitab
1. F.R.Mahmudovun rəhbərliyi altında //Venerologiya – “Dəri-zöhrəvi xəstəliklər II”, Dərslik, Bakı, 2020, 260s.
2. F.R.Mahmudovun rəhbərliyi altında //Dermatologiya-“Dəri-zöhrəvi xəstəliklər-I”, Dərslik, Bakı, “APOSTROF-A”nəşriyyatı, 2022, 405s
3. F.R.Mahmudov və İ.A.Əmirovanın rəhbərliyi altında Дерматовенерология «Кожные и венерические болезни» //Dərslik (rus dilində), Bakı, “APOSTROF-A”nəşriyyatı “Victory” mətbəəsi, 2023, 498 s.
4. F.R.Mahmudovun rəhbərliyi altında //Dermatology "Dermatovenerology-I"(ingilis dilində) Dərslik, Bakı, “Təbib” nəşriyyatı, 2024, 351s.
Məqalə
1. Mahmudov F.R., Məmmədova G.S., Məmmədxanova İ.A, Balakişiyeva F.İ. “Ureaplazma infekiyasinin diaqnostikasinda biorezonans life expert-aparatının effektivliyinin öyrənilmasi” //“Sağlamlıq” jurnalı,Bakı, 2020, s.127-128
2. Mahmudov F.R., Balakişiyeva F.İ., Hacıyeva X.A., Məmmədova X.E “Болезнь Гоффмана” //Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor M.M.Davatdarovanın 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları, Bakı, 2020, s.136-140
3. Balakişiyeva F.İ., Hacıyeva X.A., Quliyev S.B. “Cовременные взгляды на этиологию и патогенез грибовидного микоза”/синдрома Сезари – самой распространенной формы Т-клеточной лимфомы кожи//Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor M.M.Davatdarovanın 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları, Bakı, 2020,s.122-127
4. Mahmudov F.R., Balakişiyeva F.İ., Məmmədova G.S., Məmmədxanova İ.A. “Современная диагностика и лечение уреаплазменной инфекции” //“Sağlamlıq” elmi-praktik jurnal, Bakı, 2020, Cild 15, №2, s.127-130
5. Mirzəyev Y.A. Fərəcova G.Z., Balakişiyeva F.İ., Məmmədova G.S.“Роль провоцирующих факторов в течении истинной акантолитической пузырчатки” //Görkəmli elm xadimi, professor Tamerlan Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri” mövzusunda Beynəlxalq Konqresin məcmuəsi, 6-8 oktyabr 2021, Bakı, elektron jurnalda
6. Məmmədova G.S., Məmmədxanova İ.A., Balakişiyeva F.İ., Abbasova Y.A “Kandidozun etiologiyası, patogenezi, müayinə və müalicəsinin müasir aspektləri, ağız böşluğu kandidozunun müalicə xüsusiyyətləri.” //“Azərbaycan təbabətinin müasir nailiyyətləri”, Bakı, 2022, №1, s.221-224.
Üzv olduğu qurum
1.Kafedra Həmkarlar Komitəsi
2. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində yaradılmış Dermatovenerologiya üzrə ixtisaslaşdırılmış 03.041 saylı Dissertasiya Şurası