Bioqrafiya
1972-1982-ci illərdə Bakı şəhəri, Səbail rayonu 6 saylı məktəbdə orta təhsil almışdır. 1982-1988-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda ali təhsil almışdır. 1988-1989-cu illərdə Respublika Dəri-zöhrəvi dispanserində internatura keçmişdir.1989-1990-cı illərdə Abşeron rayon MRX-da, 1991-2005-ci illərdə Respublika Dəri-zöhrəvi dispanseri həkim-dermatoveneroloq vəzifəsində çalışmışdır. Paralel olaraq 1997-1999-cu illərdə Respublika SES-də Tibbi-konsultant; 1998-2000-ci illərdə Qırmızı Aypara Cəmiyyəti NGO-da həkim-konsultant; 1999-2000-ci illərdə Trainer in UNİSEF-program on “Preventing STD and HİV/AİDS” həkim-dermatoveneroloq kimi çalışmışdır.1999-2002-ci illərdə Respublika Dəri-zöhrəvi dispanserində Uroloji şöbənin müdiri vəzifəsində faliyyət göstərib. 2005-ci ildən indiyə kimi ATU-nun dermatovenerologiya kafedrasında assistent vəzifəsində çalışır. Paralel olaraq 2006-2007-ci illərdə UNİSEF “Yeniyetmələrin sağlamlığı üçün Tibbi xidmətlər Dostluq klinikası”, ACQUAİRE “COPE” və ACQUİRE –Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması lahiyəsi “Dəstəkverici Rəhbərlik və Liderlik”-də; 2006-2008-ci illərdə “Qlobal Fond”beynəlxalq təşkilatının proqramı çərçivəsində RS/AP üzrə Milli Ofisin “İİV/QİÇS infeksiyasının anadan dölə və yenidoğulmuşa vertikal transmissiyası” proqramında həkim-dermatoveneroloq kimi fəaliyyət göstərmişdir.2019-cu ildən tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün “Azərbaycan Respublikasında qazanılmış sifilisin latent formalarının xüsusiyyətləri və seroloji diaqnostika alqoritminin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işi üzərində işləyir.III kurs müalicə-profilaktika, hərbi-tibb, stomatologiya, IV kurs ictimai səhiyyə fakültəsi tələbələrinə müasir ədəbiyyatlardan geniş istifadə etməklə dermatovenerologiya üzrə təcrübə dərslərini aparır. İxtisasını təkmilləşdirmək məqsədilə öz üzərində müntəzəm çalışır.Kafedranın plan üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsində çox aktiv iştirak edir. Xəstələrə müalicə məsləhəti verir və köməklik göstərir. Tələbələr arasında ideoloji-tərbiyəvi işlər aparır. Kafedranın ictimai işlərində fəaliyyət göstərir.
Akademik fəaliyyət
1.1988-1989-cu illərdə Respublika Dəri-zöhrəvi dispanserində internatura
2. 2005-ci ildən indiyə kimi ATU-nun dermatovenerologiya kafedrasında assistent
Təhsil
1. 1972-1982-ci illərdə Bakı şəhəri, Səbail rayonu 6 saylı məktəbdə orta təhsil
2. 1982-1988-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda ali təhsil
3. 1988-1989-cu illərdə Respublika Dəri-zöhrəvi dispanserində internatura
Peşə və pedaqoji inkişaf
1.1995-cü ildə Bakı şəhər Kosmetoloji klinikasında stasionar təcrübə kursu
2. 28.XII.2006-cı ildə Bakı ş.“Qlobal Fond”beynəlxalq təşkilatının proqramı çərçivəsində RS/AP üzrə Milli Ofisin “İİV/QİÇS infeksiyasının anadan dölə və yenidoğulmuşa vertikal transmissiyası” proqramın təlimi kursu
3. 25-27.IX.2000-ci ildə Bakı ş. Albert Şveyser İnstitutun nəzdində “Tibbi etikada tədris metodları”
4. 2004-cü ildə Bakı ş. Ə.Əliyev adına AzDHTİ-nun dermatovenerologiya kafedrasında kurs
5.12-20 sentyabr Bakı ş. ACQUİRE–“COPE” Fasilitatorları üçün təlim
6. 26-30.VI.2006-cı ildə Bakı ş. Yeniyetmələrin sağlamlığı üçün Tibbi xidmətlər “Dostluq” klinikaları
7. 11-15.XII.2006-cı ildə Bakı ş. UNİSEF –“Orientasion Programme “Adolescent Health” for Healthcare Providers
8. IV.2007-ci il Bakı ş. ACQUİRE –Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması lahiyəsi “Dəstəkverici Rəhbərlik və Liderlik” təlimi
9. IV.2007-ci il Bakı ş. “Yoluxucu xəstəliklərin diaqnostika və müalicəsində müasir nailiyyətlər” elmi-praktik seminar- Həkim-dermatoveneroloq
10. 19-25.II.2008-ci il Tiflis ş. Tbilisi şəhərində “Etika üzrə proqram” NGO
11. 28-29 fevral 2008-ci ildə Dermatovenerologiya üzrə kurs
12.2011-ci “Təhsil əsasları” pedaqogika və psixologiya ilə bağlı təlim kursu
Kitab
1. F.R.Mahmudovun rəhbərliyi altında Venerologiya- “Dəri-zöhrəvi xəstəliklər-II”// Dərslik, «Zərdabi Nəşr», Баку, 2020,260с
2. F.R.Mahmudovun rəhbərliyi altında Dermatologiya-“Dəri-zöhrəvi xəstəliklər-I” //Dərslik (azərbaycan dilində), Bakı, “APOSTROF-A”nəşriyyatı, 2022, 405s
Məqalə
1.Mahmudov F.R., Bəylərova R.F. "Динамика скрытых форм приобретенного сифилиса в Азербайджанской Республике”// Международная научная конференция посвященная 85-летию заслуженного деятеля науки, доктора медицинских наук, профессора М.М.Даватдаровой, Баку, 2020, с.140-141
2. Mahmudov F.R., Bəylərova R.F. “Динамика скрытых форм приобретенного сифилиса в общей структуре сифилитической инфекции в Азербайджанской Республике 2015-2019 гг.”// “Sağlamlıq”jurnalı, №5, Bakı, 2020, s.104-108
3. Mahmudov F.R., Bəylərova R.F. “О состоянии кожных покровов у больных при системной красной волчанке”//ATU-nun yaradılmasının 90 illiyi, Bakı, 2020, s.222
4. Mahmudov F.R., Əmirova İ.A., Bəylərova R.F. “Особенности иммунного ответа при поздних скрытых/неуточненных формах сифилиса (клинический случай)”// Görkəmli elm xadimi, professor Tamerlan Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri” mövzusunda Beynəlxalq Konqresin məcmuəsi, 6-8 oktyabr 2021, Bakı, ATU-nun elektron jurnalına çapa verilib
5. Bəylərov R.O., Şıxəliyeva A.S., Bəylərova R.F. “Uşaqlarda xroniki qlomerulonefritin patogenezində antimikrob peptidlərin rolu”// Görkəmli elm xadimi, professor Tamerlan Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri” mövzusunda Beynəlxalq Konqresin məcmuəsi, 6-8 oktyabr 2021, Bakı, s.138
6. Mahmudov F.R., Əmirova İ.A., Bəylərova R.F. “Динамика скрытых форм приобретенного сифилиса в Азербайджане”// Azərbaycan Respublikasında “Şuşa ili”nə həsr olunmuş “Təbabətin aktual problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans materialları, 24-25 may 2022, Bakı, Azərbaycan, s.230-231
7. Əmirova İ.A., Əhmədova S.C., Bəylərova R.F., Məmmədxanova İ.A., Mahmudov V.F. “Новый подход в терапии пемфигуса (истинной акантолитической пузырчатки)”// Ümummilli Lider H.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri” Beynəlxalq elmi-praktik konqres, 3-6 may 2023; s.252
8. Əhmədova R.M., Məmmədxanova İ.A., Bəylərova R.F., Nəsibov Ə.A. “Социально-демографическая характеристика беременных женщин с сифилитической инфекцией”// Ümummilli Lider H.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri” Beynəlxalq elmi-praktik konqres, 3-6 may 2023; s.254
9. Mahmudov F.R., Əmirova İ.A., Bəylərova R.F. “Оценка результатов комплексного лабораторного скрининга (ПЦР в комбинации с нетрепонемными cерологическими тестамии РМП, РПР) у больных с разными формами сифилиса”// “Təbabətin aktual problemləri” mövzusunda Beynəlxalq Konqresin materialları 6-8 may, Bakı, 2024, №1
10. Mahmudov F.R., Bəylərova R.F. , Adilova X.M., Nəsibov Ə.A. “Применение лазерных технологий в лечении ксантелазм”// “Ömrün müdrik fəsli”. ATU-nun Patoloji fiziologiya kafedrasının müdiri, əməkdar elm xadimi, t.e.d., professor S.C.Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları, 2024, s.194-195
Üzv olduğu qurum
1.YAP
2. Kafedra Həmkarlar Komitəsi