Xırdaxanım Hacıyev
Assistent
Xırdaxanım Hacıyev

orcidDermatovenerologiya kafedrası


orcid [email protected]

Bioqrafiya

1995-2001-ci illərdə ATU-nun müalicə-profılaktika fakültəsində ali təhsil almışdır. 2001-2002-ci illərdə Respublika Dəri-zöhrəvi Dispanserində internatura keçmişdir. 2003-2019-cu illərdə ATU-nun Dermatovenerologiya kafedrasında baş laborant vəzifəsində çalışıb. 2019-cu ilin sentyabr ayından indiyə kimi Dermatovenerologiya kafedrasında assistent vəzifəsində çalışır. III kurs müalicə-profilaktika, hərbi-tibb, stomatologiya, IV kurs ictimai səhiyyə fakültəsi tələbələrinə müasir ədəbiyyatlardan geniş istifadə etməklə dermatovenerologiya üzrə təcrübə dərslərini aparır.  İxtisasını təkmilləşdirmək məqsədilə öz üzərində müntəzəm çalışır. Kafedranın plan üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsində çox aktiv iştirak edir. Xəstələrə müalicə məsləhəti verir və köməklik göstərir. Tələbələr və rezidentlər arasında ideoloji-tərbiyəvi işlər aparır. Kafedranın ictimai işlərində fəaliyyət göstərir.  Çap olunmuş 3 dərsliyin, 6 məqalənin  həmmməüllifidir.

Akademik fəaliyyət

 1. 2001-2002-ci illərdə Respublika Dəri-zöhrəvi Dispanserində internatura keçmişdir.

2. 2003-2019-cu illərdə ATU-nun Dermatovenerologiya kafedrasında baş laborant vəzifəsində çalışıb.

3. 2019-cu ilin sentyabr ayından indiyə kimi Dermatovenerologiya kafedrasında assistent vəzifəsində çalışır.

Təhsil

1. 1985-1995-ci illərdə 30№-li məktəbdə orta təhsil almışdır.

2. 1995-2001-ci illərdə ATU müalicə-profılaktika fakültəsində ali təhsil almışdır.

3. 2001-2002-ci illərdə Respublika Dəri-zöhrəvi Dispanserində interna keçmişdir.

Peşə və pedaqoji inkişaf

1.2019-cu ildə Ə.Əliyev adına AzDHTİ-da dermatovenerologiya ixtisası üzrə pedaqoji kurs Коd № 1150859

2.08.01-16.01.2025-ci il tarixində “Pedaqoji Peşəkarlığın İnkişafı”təlimi iştirak etmişdir.

Sertifikat №2025-026-081625-455

Kitab

1. F.R.Mahmudovun rəhbərliyi altında Dermatologiya-“Dəri-zöhrəvi xəstəliklər-I” //Dərslik (azərbaycan dilində), Bakı, “APOSTROF-A”nəşriyyatı, 2022, 405s

2. F.R.Mahmudov və İ.A.Əmirovanın rəhbərliyi altında  Дерматовенерология «Кожные и венерические болезни» //Dərslik (rus dilində), “APOSTROF-A”nəşriyyatı, 2023, 499s.

3. F.R.Mahmudovun rəhbərliyi altında   Dermatology "Dermatovenerology-I"  //Dərslik (ingilis dilində), Bakı, “Təbib” nəşriyyatı 2024,362s.

Məqalə

1. Mahmudov F.R., Balakişiyeva F.I., Hacıyeva X.A., Məmmədova X.E. “Болезнь Гоффмана” //Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor M.M.Davatdarovanın 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans, Bakı, 2020; s. 136-140

2. Əliyeva S.A., Hacıyeva X.A., Obeidat M.A., Hacıyev K.M. “Клинический случай парапсориаза у детей” //Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor M.M.Davatdarovanın 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans, Bakı, 2020; s. 88-93

3. Məmmədova G.S., Məmmədxanova İ.A., Hacıyeva X.A., İsmayılova M.E. “Ekssudativ – hiperemik formalı qırmızı yastı dəmrovun  antioksidativ müalicəsi”//“Azərbaycan təbabətinin müasir nailiyyətləri” rüblük elmi-praktik jurnal, №1, 2021

4. Məmmədova G.S., Məmmədxanova İ.A., Hacıyeva X.A., Nəsibov Ə.A., Abbasova E.,İsmayılova M.E. “Korona virusun dəridə rast gəlinən klinik əlamətləri”// ELMİ İŞ elmi beynəlxalq jurnal, 1.518 Yüksək İmpakt faktorlu, 2021/C:15, №6 SCIENTIFIC WORK international scientific journal 1.518 With High Impact Factor, 2021/V.15, Issue:6; p.30-33

5. Hacıyeva X.A., Nəsibov Ə.A., Adilova X.M., İbrahimova L.V.  “Атопический дерматит у детей раннего возраста при нарушениях желудочно-кишечного тракта”  //Görkəmli elm xadimi, professor Tamerlan Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri” mövzusunda Beynəlxalq Konqresin məcmuəsi, 6-8 oktyabr 2021, Bakı, ATU-nun elektron jurnal

6. Balakişiyeva F.İ., Hacıyeva X.A., Kərimbəyova G.N., Novruzov E.M. «Особенности клинического течения кожного лейшманиоза» //Ümummilli Lider H.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri” Beynəlxalq elmi-praktik konqres, 3-6 may 2023;  s.258

6. Mahmudov F.R.  Mirzəyev Y.A.  Cavadzadə T.Z. Hacıyeva X.A. “Norveç qoturluğu və diaqnostik səhvlər”// “Azərbaycan təbabətinin müasir nailiyyətləri” elmi-praktik jurnal, №1, 2024, s.285-289

Üzv olduğu qurum

1.YAP

2. Kafedra Həmkarlar Komitəsi