Bioqrafiya
1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsində ali təhsil almışdır.
2005-2006-cı illərdə RDZD-də internatura keçmişdir.2006-2008-ci illərdə ATU-nun Dermatovenerologiya kafedrasında ordinaturanı keçmişdir. 2011-2019-cu illərdə Dermatovenerologiya kafedrasında baş laborant vəzifəsində çalışıb. 2019-cu ilin sentyabr ayından Dermatovenerologiya kafedrasında assistent vəzifəsinə seçilmişdir.Çalışdığı müddət ərzində kafedranın tədris-metodik işlərində fəal iştirak etmişdir. Assistent keçdiyi vaxtdan müalicə-proillaktika, hərbi-tibb, stomatologiya fakültəsi tələbələrinə təcrübə məşğələləri aparır. Məşğələləri müasir ədəbiyyatlardan geniş istifadə etməklə yüksək səviyyədə metodik tövsiyyələrə əsasən aparır. Öz ixtisasını təkmilləşdirməklə daim məşğuldur.Kafedranın plan üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsində çox aktiv iştirak edir. Tələbələr arasında ideoloji-tərbiyəvi işlər aparır. Rezidentlərlə müntəzəm məşğul olur. Kafedranın ictimai işlərində fəaliyyət göstərir. Kafedranın Həmkarlar İttifaqının sədridir.Mərkəzi elmi nəşriyyatda çap olunmuş 2 dərsliyin, 11 məqalənin, 1 sillabusun həmmmüəllifidir. Nəsibov səhiyyə müəssisələrinə müalicə məsləhəti verir və köməklik göstərir.
Akademik fəaliyyət
1. 2006-2008-ci illərdə ATU-nun Dermatovenerologiya kafedrasında həkim-ordinator
2. 2011-ci ildən 2019-cu ilə qədər Dermatovenerologiya kafedrasında baş laborant
3. 2019-cu ilin sentyabr ayından indiyə kimi Dermatovenerologiya kafedrasında assistent
Təhsil
1.1989-1999-cu illərdə orta məktəbi bitirib.
2. 1999-2005-ci illərdə ATU-nun müalicə-profılaktika fakultəsində ali təhsil almışdır.
3. 2005-2006-cı illərdə Respublika Dəri-zöhrəvi Dispanserində internaturanı keçmişdir.
Peşə və pedaqoji inkişaf
30.05.2024-07.06.2024-cü il tarixində “Pedaqoji Peşəkarlığın İnkişafı”təlimi Sertifikat 2024-021-300706-330
Kitab
1. F.R.Mahmudovun rəhbərliyi altında //Dermatologiya-“Dəri-zöhrəvi xəstəliklər-I”, Dərslik, Bakı, “APOSTROF-A”nəşriyyatı, 2022, 405s
2. F.R.Mahmudov və İ.A.Əmirovanın rəhbərliyi altında Дерматовенерология «Кожные и венерические болезни» //Dərslik (rus dilində), Bakı, “APOSTROF-A”nəşriyyatı “Victory” mətbəəsi, 2023, 498 s.
Məqalə
1.Əmirova İ.A., Əhmədova S.C. Əhmədov Ə.A., Ağayeva N.A.Современные состояние проблемы поверхностных микозов кожи//Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor M.M.Davatdarovanın 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları, Bakı, 2020, s.32-38
2.Balakişiyeva F.İ. Əhmədov Ə.A., Quliyev S.B.Cовременные взгляды на этиологию и патогенез грибовидного микоза/синдрома Сезари – самой распространенной формы Т-клеточной лимфомы кожи// Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor M.M.Davatdarovanın 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları, Bakı, 2020, s. 122-127
3. Mahmudov F.R., Əmirova İ.A., Nəsibov Ə.A., Əhmədova R.M. Динамика сифилиса в Азербайджанской Республике за 25-летний период (1996-2020 гг.)//Görkəmli elm xadimi, professor T.Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri - 2021” elmi-praktik konqres, Bakı, 2021
4. Məmmədova G.S., Məmmədxanova İ.A., Hacıyeva X.A., Nəsibov Ə.A., Abbasova Y., İsmayılova M Korona virusun dəridə rast gəlinən klinik əlamətləri//ELMİ İŞ elmi beynəlxalq jurnal, 1.518 Yüksək İmpakt faktorlu, 2021/C:15, №6; SCIENTIFIC WORK international scientific journal 1.518 With High Impact Factor, 2021/V.15, Issue:6; p.30-33
5. Hacıyeva X.A. Nəsibov Ə.A., Adilova X.M., İbrahimova L.V. “Атопический дерматит у детей раннего возраста при нарушениях желудочно-кишечного тракта” //Görkəmli elm xadimi, professor Tamerlan Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri” mövzusunda Beynəlxalq Konqresin məcmuəsi, 6-8 oktyabr 2021, Bakı, ATU-nun elektron jurnal
6.Əhmədova R.M., Məmmədxanova İ.A., Nəsibov Ə.A., Bəylərova R.F. Социально-демографическая характеристика беременных женщин с сифилитической инфекцией//Ümummilli Lider H.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri” Beynəlxalq elmi-praktik konqres, 3-6 may 2023; s.254
7. Mahmudov F.R., Adilova X.M., Nəsibov Ə.A., Bəylərova R.F. “Применение лазерных технологий в лечении ксантелазм”//”Ömrün müdrik fəsli”. ATU-nun Patoloji fiziologiya kafedrasının müdiri, əməkdar elm xadimi, t.e.d. professor S.C.Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları, 2024, s.194-195
8. Əhmədova S.C., Novruzov E.M., Nəsibov Ə.A., Əlizadə N.H. “Pemfiqus xəstəliyində terapiyanın klinik xüsusiyyətləri və optimallaşdırılması”//“Ömrün müdrik fəsli”. ATU-nun Patoloji fiziologiya kafedrasının müdiri, əməkdar elm xadimi, t.e.d., professor S.C.Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları, 2024,s.119
9. Əmirova İ.A. Əhmədova S.C.Cavadzadə T.Z., Nəsibov Ə.A. Сравнительная характеристика заболеваемости поверхностными микозами кожи в районах города Баку за 2010-2022 г.г.//T.e.d., professor Ə.T.Ağayevin 80 illik yubileyinə həsr edilmiş konfransın materialları, dekabr, 2024
10. Əmirova İ.A., Əhmədova S.C. Cavadzadə T.Z., Nəsibov Ə.A. Результаты клинико-эпидемиологического анализа распространенности дерматомикозов в Нахичеванской Автономной Республике //T.e.d., professor Ə.T.Ağayevin 80 illik yubileyinə həsr edilmiş konfransın materialları, dekabr, 2024
11. Mahmudov F.R, Adilova X.M., Nəsibov Ə.A. Себорейный кератоз. сравнительная оценка методов удаления себорейного кератоза //T.e.d., professor Ə.T.Ağayevin 80 illik yubileyinə həsr edilmiş konfransın materialları, dekabr, 2024, s.264-267
Üzv olduğu qurum
1.Kafedra Həmkarlar Komitəsinin rəhbəri