Xeyransa Adilova
Baş Laborant
Xeyransa Adilova

orcid 0009-0004-8045-7314


orcidDermatovenerologiya kafedrası


orcid [email protected]

Bioqrafiya

1991-2001-ci illərdəBakı şəhərində 83 saylı məktəbdə orta təhsil alıb. 2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali təhsil almışdır. 2008-2009-cu illərdə Respublika Dəri-zöhrəvi Dispanserində dermatoveneroloq ixtisası üzrə internatura keçmişdir. 2013-cü ildən bu günə kimi ATU-nun dermatovenerologiya kafedrasında baş laborant vəzifəsində çalışır.  X.M.Adilova III kurs müalicə-profilaktika, hərbi-tibb, stomatologiya, IV kurs ictimai səhiyyə fakültəsi tələbələrinə müasir ədəbiyyatlardan geniş istifadə etməklə dermatovenerologiya üzrə təcrübə dərslərini aparır.  İxtisasını təkmilləşdirmək məqsədilə öz üzərində müntəzəm çalışır.Kafedranın plan üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsində çox aktiv iştirak edir. Xəstələrə müalicə məsləhəti verir və köməklik göstərir. Kafedranın ictimai işlərində fəaliyyət göstərir.  

Akademik fəaliyyət

1. 2008-2009-cu illərdə Respublika Dəri-zöhrəvi Dispanserində dermatoveneroloq ixtisası üzrə internatura keçmişdir.

2. 2013-cü ildən bu günə kimi ATU-nun dermatovenerologiya kafedrasında baş laborant vəzifəsində çalışır. 

Təhsil

1.1991-2001-ci illərdə Bakı şəhərində 83 saylı məktəbdə orta təhsil alıb.

2. 2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali təhsil almışdır.

3. 2008-2009-cu illərdə Respublika Dəri-zöhrəvi Dispanserində dermatoveneroloq ixtisası üzrə internatura keçmişdir.

Peşə və pedaqoji inkişaf

1. 17 mart 2015-ci il tarixindən 12 iyun 2015-ci il tarixinədək Rusiya Federasiyası Səhiyyə Nazirliyinin “İ.İ.Meçnikov adına Şimal-Qərb Dövlət Tibb Universiteti” dövlət büdcəli ali peşə təhsili müəssisəsində ixtisasartırma kursu keçmiş və diplom almışdır.

2. 02.04.2019 tarixindən 15.02.2019 tarixinə qədər Rusiya Federasiyası Səhiyyə Nazirliyinin "Akademik İ.P. Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universiteti" ali təhsil federal dövlət büdcəli təhsil müəssisəsində əlavə peşəkar klinik patofiziologiya və “Dermatoskopiyanın əsasları” proqramı üzrə Patofizyologiya kafedrasında ixtisas kursu keçmiş və təkmilləşmə vəsiqəsi almışdır.

Kitab

M.Abbasov, X.Adilova, Ş.Quliyev, M.M.Abbasov, K.Süleymanov, D.Məmmədəliyeva, R.Soltanov “İlk yardım” //Müəllimlər üçün vəsait, 2017, “Printland” MMC-nin mətbəəsində çap olunmuşdur.

Məqalə

1. Hacıyeva X.A., Nəsibov Ə.A., Adilova X.M., İbrahimova L.V. “Атопический дерматит у детей раннего возраста при нарушениях желудочно-кишечного тракта”  //Görkəmli elm xadimi, professor Tamerlan Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri” mövzusunda Beynəlxalq Konqresin məcmuəsi, 6-8 oktyabr 2021, Bakı, ATU-nun elektron jurnal

2. Mahmudov F.R., Adilova X.M., Nəsibov Ə.A., Bəylərova R.F.“Применение лазерных технологий в лечении ксантелазм”//”Ömrün müdrik fəsli”. ATU-nun Patoloji fiziologiya kafedrasının müdiri,  əməkdar elm xadimi, t.e.d., professor S.C.Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları, 2024, s.194-195

3. Mahmudov F.R, Adilova X.M., Nəsibov Ə.A. “Себорейный кератоз. сравнительная оценка методов удаления себорейного кератоза” //T.e.d., professor Ə.T.Ağayevin 80 illik yubileyinə həsr edilmiş konfransın materialları, dekabr, 2024, s.264-267

Üzv olduğu qurum

1.YAP

2. Kafedra Həmkarlar Komitəsi