Bioqrafiya
1991-2001-ci illərdə 158 saylı məktəbdə orta təhsil alıb. 2001-2007-ci illərdə Odlar Yurdu Universitetinin Müalicə-profilaktika fakültəsində ali təhsil almışdır. 2007-2008-ci illərdə Respublika Dəri-zöhrəvi Dispanserində dermatoveneroloq ixtisası üzrə internatura keçmişdir. 2012-ci ildən bu günə kimi ATU-nun dermatovenerologiya kafedrasında baş laborant vəzifəsində çalışır. Eyni zamanda 2023-cü ildən hazırkı vaxta kimi ATU-nun I Müalicə-profilaktika fakültəsinin dekanlığında akademik-məsləhətçi vəzifəsində fəaliyyət göstərir. L.V.İbrahimova III kurs müalicə-profilaktika, hərbi-tibb, stomatologiya, IV kurs ictimai səhiyyə fakültəsi tələbələrinə müasir ədəbiyyatlardan geniş istifadə etməklə dermatovenerologiya üzrə təcrübə dərslərini aparır. İxtisasını təkmilləşdirmək məqsədilə öz üzərində müntəzəm çalışır.Kafedranın plan üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsində çox aktiv iştirak edir. Xəstələrə müalicə məsləhəti verir və köməklik göstərir. Həmçinin kafedranın ictimai işlərində fəaliyyət göstərir.
Akademik fəaliyyət
1. 2007-2008-ci illərdə Respublika Dəri-zöhrəvi Dispanserində dermatoveneroloq ixtisası üzrə həkim-intern
2. 2012-ci ildən bu günə kimi ATU-nun dermatovenerologiya kafedrasında baş laborant
Təhsil
1. 1991-2001-ci illərdə 158 saylı məktəbdə orta təhsil almışdır.
2. 2001-2007-ci illərdə Odlar Yurdu Universitetinin Müalicə-profilaktika fakültəsində ali təhsil almışdır.
3. 2007-2008-ci illərdə Respublika Dəri-zöhrəvi Dispanserində dermatoveneroloq ixtisası üzrə internatura keçmişdir.
Məqalə
Hacıyeva X.A., Nəsibov Ə.A., Adilova X.M., İbrahimova L.V. “Атопический дерматит у детей раннего возраста при нарушениях желудочно-кишечного тракта” // Görkəmli elm xadimi, professor Tamerlan Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Təbabətin aktual problemləri” mövzusunda Beynəlxalq Konqresin məcmuəsi, 6-8 oktyabr 2021, Bakı, ATU-nun elektron jurnalında çap olunub
Üzv olduğu qurum
1.YAP
2. Kafedra Həmkarlar Komitəsi