Bioqrafiya
1985-1995-cı illərdə Bakı şəhəri, Xətai rayonu 95 saylı orta məktəbdə orta təhsil almışdır. 1995-2001-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun I müalicə-profilaktika fakultəsində ali təhsil almışdır. 2001-2010-ci illərdə dermatovenerologiya kafedrasında baş laborant, 2010-2013-cü illərdə assistent vəzifəsində çalışmışdır. 2013-cü ildən hazırkı dövrə qədər dosent vəzifəsində fəaliyyət göstərir. 2008-ci ildə “Kişilərin urogenital yolunun iltihabi xəstəliklərinin inkişafında anaerob mikrofloranın rolu” mövzusunda dissertasiya işini müdafiə etmiş və tibb elmləri namizədi elmi dərəcəsi və diplomu almışdır. 2013-cü ildə “Dəri və selikli qişaların kandidozlarının törədicilərinin etioloji strukturunun vəziyyəti, onların diaqnostikası, müalicəsinə yanaşmanın qiymətləndirilməsi və profilaktikasının sosial-epidemioloji əsasları” doktorluq dissertasiya işimin mövzusu təsdiqlənmiş və hazırda elmi iş üzərində çalışır. 2015-ci ildə dosent elmi adı və diplomunu almışdır. 2010-2017-ci illərdə ATU Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.2019-cu ildən ATU-nun I Müalicə-profilaktika fakültəsinin dekanı vəzifəsində çalışır. Dərc olunmuş 40-dan çox elmi işin, o cümlədən 3 dərsliyin həmmüəllifidir.III kurs müalicə-profilaktika, hərbi-tibb, stomatologiya və IV kurs ictimai-səhiyyə fakültəsi tələbələrinə müasir ədəbiyyatlardan geniş istifadə etməklə dermatovenerologiya fənni üzrə təcrübə dərslərini yüksək səviyyədə aparir və mühazirələr oxuyur.Kafedrada tədris yükünü sistematik olaraq yerinə yetirir və tədris-metodik işlərə çox böyük diqqət göstərir. Kafedranın plan üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsində çox aktiv iştirak edir. Universtet tələbələri və əməkdaşları arasında aparılan təlim-tərbiyə işlərinin təşkilində aktiv iştirak edir. Səhiyyə müəssisələrinə müalicə məsləhəti verir və köməklik göstərir.
Akademik fəaliyyət
1.2001-2010-cu illərdə ATU-nun dermatovenerologiya kafedrasında baş laborant
2. 2010-2013-cü illərdə ATU-nun Dermatovenerologiya kafedrasında assistent
3. 2013-cü ildən indiyə kimi ATU-nun Dermatovenerologiya kafedrasında dosent
4. 2019-cu ildən indiyə kimi paralel olaraq ATU-nun I Müalicə-profilaktika fakültəsinin dekanı
Təhsil
1.1995-cı ildə Bakı şəhəri, Xətai rayonu 95 saylı orta məktəb bitirib
2. 2001-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun I müalicə-profilaktika fakultəsini bitirib.
3. 2008-ci ildə “Kişilərin urogenital yolunun iltihabi xəstəliklərinin inkişafında anaerob mikrofloranın rolu” mövzusunda dissertasiya işini müdafiə etmiş və tibb elmləri namizədi elmi dərəcəsi və diplomu almışdır.
4. 2013-cü ildən “Dəri və selikli qişaların kandidozlarının törədicilərinin etioloji strukturunun vəziyyəti, onların diaqnostikası, müalicəsinə yanaşmanın qiymətləndirilməsi və profilaktikasının sosial-epidemioloji əsasları” mövzusu doktorluq dissertasiyası üzərində çalışır.
Peşə və pedaqoji inkişaf
1. Mart-2015-ci ildə Türkiyə, Bursa 8 Uludağ Dermatokosmetoloji günləri - Uludağ Katılım kursu
2. 2020-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin keçirdiyi sertifikasiya
Kitab
1. Z.H. Fərəcovun rəhbərliyi altında Dermatologiya//Dərslik-rəhbərlik (azərbaycan dilində), Bakı, 2014, 600s.
2. F.R.Mahmudovun rəhbərliyi altında “Venerologiya” – Dəri-zöhrəvi xəstəliklər-II//Dərslik, azərbaycan dilində, Bakı, “Zərdabi Nəşr” MMC Nəşri, 2020, 260 s
3. F.R.Mahmudovun rəhbərliyi altında “Dermatologiya” - Dəri-zöhrəvi xəstəliklər-I// Dərslik, azərbaycan dilində, “APOSTROF-A”nəşriyyatı, Bakı, 2022, 405s
Məqalə
1. Mahmudov F.R., Novruzov E.M., Mahmudov V.F. Клиническая эффективность бальзама «Айсида» при псориазе волосистой части головы //Professor Z.A.Zeynalovanın 90 illik Yubileyinə həsr olunmuş elmi konfransın materialları, “Elm və təhsil” nəşriyyatı, Bakı, 2023, s.233-235
2. Əhmədova S.C., Novruzov E.M., Balakişiyeva F.İ., Əlizadə N.H. Skleroatrofik lixenin dermatoskopik diaqnoz imkanlari//Ümummilli Lider H.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri” Beynəlxalq elmi-praktik konqres, 3-6 may 2023; s.147
3. Balakişiyeva F.İ., Novruzov E.M., Hacıyeva X.A., Kərimbəyova G.S. Особенности клинического течения кожного лейшманиоза//Ümummilli Lider H.Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin aktual problemləri” Beynəlxalq elmi-praktik konqres, 3-6 may 2023; s.258
4. Əhmədova S.C., Novruzov E.M., Nəsibov Ə.A., Əlizadə N.H. “Pemfiqus xəstəliyində terapiyanın klinik xüsusiyyətləri və optimallaşdırılması”//“Ömrün müdrik fəsli”. ATU-nun Patoloji fiziologiya kafedrasının müdiri, əməkdar elm xadimi, t.e.d., professor S.C.Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları, 2024,s.119
5. Balakişiyeva F.İ., Novruzov E.M., Egin A.Ö. “Rozasealı xəstələrdə demodeks infestasiyası arasındakı əlaqələrin qiymətləndirilməsi”//“Ömrün müdrik fəsli”. ATU-nun Patoloji fiziologiya kafedrasının müdiri, əməkdar elm xadimi, t.e.d., professor S.C.Əliyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları, 2024, s.114
Üzv olduğu qurum
1.YAP
2. Kafedra Həmkarlar Komitəsi