Dünyamalıyeva Hürü
Assistent
Dünyamalıyeva Hürü

orcidII Uşaq xəstəlikləri kafedrası


orcid

Bioqrafiya

Doktor Dünyamalıyeva Hürü 1983-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinin məzunu İnstitutu bitirdikdən sonra Bakı şəhər, Ana və Uşaqları mühafizə elmi tədqiqat institutunda pediatriya ixtisası üzrə internatura keçmişdir. 1984-1991-ci illərdə 10 saylı Uşaq poliklinikasında sahə həkimi, 1991-1994-cü illərdə Bakı şəhər ATU-nun bazası Elmi Tədqiqat Pediatriya İnstitutu neonatologiya kafedrasının baş laborantı, 1994-2016-cı illərdə Bakı şəhər ATU-nun bazası “Ş. Ələsgərova adına 5 nömrəli Doğum Evi”, Neonatologiya kafedrasının assistenti, 2016-cı ildən həmin bazada II Uşaq xəstəlikləri kafedrasının assistenti vəzifəsində çalışır. 1994-cü ildə “Qeyser kəsiyi əməliyyatı ilə çıxarılmış yenidoğulanlarda hüceyrədaxili metobalizmin vəziyyəti və onun pozulmalarının korreksiyası “ mövzusunda dissertasiya işi müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsi adını almışdır. Çalışdığı müddətdə H. Dünyamalıyeva kafedranın tədris, tədris-metodik, elmi-tədqiqat işlərində aktiv fəaliyyət göstərmişdir. Eyni zamanda 55-dən çox elmi işi (məqalə və tezis) “Azərbaycan Tibb jurnalı”, “Sağlamlıq jurnalı” kimi elmi jurnallarda və konfrans materiallarında dərc olunmuş, bir neçə beynəlxalq yerli və xarici konfranslarda məruzələrlə çıxış etmişdir. Doktor H. Dünyamalıyeva işlədiyi müddətdə daimi öz üzərinə çalışan elmi işçi, çalışqan müəllim və ixtisaslaşmış həkimdir.

Akademik fəaliyyət

Asistent * Azərbaycan Tibb Universiteti * 2016-cı ildən-hal-hazıradək

Təhsil

N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsi*1977-1983

Bakı şəhər, Ana və Uşaqları mühafizə elmi tədqiqat institutu pediatriya ixtisası üzrə internatura* 1983-1984

Peşə və pedaqoji inkişaf

Birgə Avropa Neonatal Cəmiyyətlərinin (JEANS) 1-ci Konqresi

*Budapeşt, 16-20 sentyabr, 2015

“Səhti aktiv maddələrin dəyişdirilməsi üzrə 31-ci Beynəlxalq Seminar”

*Neapol, 3-4 iyun, 2016

Elmi araşdırma sahəsi

Qeysər kəsiyi əməliyyatı ilə çıxarılmış yenidoğulanlarda hüceyrədaxili metobalizmin vəziyyəti və onun pozulmalarının korreksiyası

Məqalə

  1. XIV ÜMUMDÜNYA BÖYÜK GÜNÜNƏ həsr olunmuş “MÜASİR NEFROLOGİYANIN AKTUAL PROBLEMLƏRİ “ adlı elmi-praktik konfrans materialları// Yenidoğulanlarda erkən neonatal dövrdə mədə-bağırsaq selikli qişası fəaliyyətinin optimizasiyası// Səh. 34-36
  2. Fizioloji hamiləlikdən doğulan sağlam uşaqlarda adaptasiyanın kliniki təzahürləri və sitokimyəvi göstəricilər arasında korelyativ əlaqələr// Azərbaycan pediatriyanın aktual problemləri. Bakı 2001// Səh. 11-13
  3. Hamiləliyin gec toksikozlarının yenidoğulanların neytrofillərinin hüceyrədaxili metobalizminə təsiri// Azərbaycanda pediatriyanın aktual problemləri. Elmi əsərlər toplusu. Bakı 2002// Səh. 55-56:
  4. Hamiləliyi neyropariya ilə təzadlaşan qadınların yenidoğulanlarında erkən adaptasiya dövrünün kliniki-sitokimyəvi xarakteristikası// Sağlamlıq jurnalı 2002// Səh. 20-26
  5. Azərbaycan Respublikası regionu üçün yenidoğulanların fiziki inkişaf göstəriciləri// Azərbaycan Tibb jurnalı 2003// Səh. 94-96
  6. Təkrari qeyser kəsiyi ilə çıxarılmış yenidoğulanlarda sitokimyəvi dizadaptasiya və onun xarakteri// Azərbaycan mama-ginekoloqlarının III qurultayının məqalələr toplusu. Bakı 2003// Səh. 300-302
  7. Təkrari qeyser kəsiyi ilə çıxarılmış yenidoğulanlarda adaptasiyanın kliniki xüsusiyyətləri// Elmi-tibbi informasiya mərkəzi, Azərbaycanda tibb elmi və praktik səhiyyənin müasir nailiyyətləri. Elmi əsərlər toplusu. Bakı 2004// Sən. 61-63
  8. Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası və Tibb terminologiya kafedrasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Praktik konfrans materiallarının toplusu// Ензиматическая адаптация внутриклеточного метаболизма нейтрофилов у здоровых новорожденных. Баку 2019// СТ, 117-118
  9. Yeni doğulanlarda tənəffüs adaptasiyasının gediş xüsusiyyətləri// Müasir ginekologiya və perinatologiyanın aktual məsələləri. Bakı 2018// Səh. 36-40
  10. Erkən yaş dövründə psixomotor inkişaf pozulmaları olan uşaqların neonatal dövrdə endotel funksiyası göstəriciləri// Azərbaycan perinatologiya və pediatriya jurnalı. Bakı 2016// Səh. 31

Üzv olduğu qurum

“Beynəlxalq Humanistika institutu “ İB nin üzvü, ÜSF nın üzvü, Sülh Səfiri