Töhfə Əliyeva
Assistent
Töhfə Əliyeva

Bioqrafiya

Əliyeva Töhfə 1968-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu nun pediatriya fakultə- sinə qəbul olmuş və 1974 -cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra 1974-1975-ci illərdə Ə.Qara- yev adına Uşaq kliniki xəstəxanasında pediatri- ya üzrə internatura keçmişdir.1975-cı ilin avqust ayından Ə.Qara- yev adına Uşaq kliniki xəstəxanasında  həkim- lik fəaliyyətinə başla- mışdır. 1988/90- cı illər də Azərbaycan Dövlət Tibb İnstitutunun I Uşaq xəstəlikləri  kafedrasının və Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Moskva pediatriya və uşaq  cərrahiyyəsi elmi-tədqiqat institutunun dissertantı olmuşdur.  1990-ci ildə Moskva şəhərində “Erkən yaşlı uşaqlarda kəskin pnev- moniyanın ağır formalarında lipidlərin peroksidləşməsinin korreksiyasının patoge- netik əsaslandırılması” mövzusunda namizədlik dissertasiyası müdafiə edib tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.1991-ci ildən I Uşaq xəstəlikləri kafedrasında assistent vəzifəsinə seçilmişdir. Daha sonra  kafedralar birləşdikdən sonra II Uşaq Xəstəlikləri” kafedrasına assistent vəzifəsinə keçirilmiş və 2005-ci ildən hal hazıradək həmin kafedrada assistent vəzifəsində çalışır. Çalışdığı müddət ərzində T.Əliyeva kafedranın tədris-metodik, elmi-tədqiqat və müalicə işində aktiv iştirak etmiş, Tələbə Elmi Cəmiyyətinə bir cox tələbə hazırlamış- dır. O, eyni zamanda bir neçə rezidentlərin kuratoru olmuşdur. Bir sıra müxtəlif elmi-tibbi məqalələrin müəllifidir. Töhfə xanım işlədiyi müddət ərzində özünü nizam- intizamlı, əmək- sevər, təcrübəli həkim və müəllim kimi tanıtmış və kafedranın rəğbətini qazanmışdır.

Akademik fəaliyyət

Assistent Az.Tibb Universiteti 1991-ci ildən hal-hazıra kimi.

Təhsil

N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu. Pediatriya fakultəsi 1968-1974-ci illər.

Həkim intern Ə.Qara- yev adına Uşaq kliniki xəstəxanası 1974-1975.

Azərbaycan Dövlət Tibb İnstitutunun I Uşaq xəstəlikləri  kafedrasının və Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Moskva pediatriya və uşaq  cərrahiyyəsi elmi-tədqiqat institutunun dissertantı olmuşdur.  1988/90- cı illər.

Nailiyyətlər (adlar)

Tibb elmləri namizədi

Peşə və pedaqoji inkişaf

1. Eksperimental kəskin pnevmoniyanın kompleks müalicəsində limfogen bitki təbabəti .B.M.Maxmudbəyo -vun 100 illik yubileyinə həsr olunmuş elmi praktiki konfransın materialları, s.117-118.

2. Ağır kəskin pnevmoniya ilə xəstə uşaqların kompleks müalicəsində qlisiramın rolu.VII Beynəlxalq konqresin mfterialları. Sankt-Peterburq 2003. s.134.

3. Gənc uşaqlarda kəskin pnevmoniyanın patogenezin -də lipidlərin peroksidləşmə proseslərinin aktivləşdiril -məsi. T.Kadırovanın 75 illik yubileyinə həsr olunmuş mat. Bakı 2003.s.98.

4 Revmatik və qeyri-revmatik miokarditli uşaqların immunoreabilitasiyasının prinsipləri.Z.Məmmədovun 100 illiyinə həsr olunmuş konfrans.Bakı 2003.s.129-130.

5. Kəskin pnevmoniyanın patogenezində lipidlərin peroksidləşməsinin aktivləşməsi 100 illiyinə həsr olunmuş K.A.Balakişiyev 2006.s.55-58.

6.Eksperimental kəskin pnevmoniya zamanı lipidlərin peroksidləşməsinin fəallaşması və immun statusun vəziyyəti. T.Ə.Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş respublika elmi konfransının materialları. Bakı.2011.s.225.

7.Erkən yaşlı uşaqlarda bronxoobstruktiv sindromunun səbəblərinə müasir yanaşma.Azərbaycan -Türkiyə Allerqoloq və İmmunoloqlarının I Beynəl -xalq konfransı.2024.

8.Erkən yaşlı uşaqlarda kəskin obstruktiv sindromunun bronxitin residivləşməsinin əsas səbəbləri. Azərbaycan -Türkiyə Allerqoloq və İmmunoloqlarının I Beynəlxalq konfransı. 2024.

Elmi araşdırma sahəsi

Erkən yaşlı uşaqlarda kəskin pnevmoniyanın ağır formalarında lipidlərin  peroksidləşməsinin korreksiyasının patoge- netik əsaslandırılması”

Məqalə

  1. Kəskin pnevmoniyanın müalicəsində limphotrop immunostimulyasiya. Jurnal Allerqologiya və immunologiya.Mockva ş.2001.T2.№2.s.100
  2. Kəskin pnevmoniyanın kompleks müalicəsində limphotrop fitoterapiyasının immunostimulyasiyaedici və antioksidant təsiri.  Jurnal Allerqologiya və immunologiya.Mockva ş.2006.T7.№33.s.296.
  3. Qliseramin immunomoduləedici təsir mexanizmləri.Y.Interyftion Yonal on Immunoreabilitation.Moskva 2002/T4 №1.s.75.
  4. Eksperimental xroniki böyrək çatışmazlığında qan və limfanın ferment tərkibi. Jurnal Allerqologiya və immunologiya. 2011.T12.№1.s.50.
  5.  Xroniki böyrək çatışmazlığında qan və limfanın laxtalanmasının və ürəyin limfodrenajının vəziyyəti. Jurnal Allerqologiya və immunologiya. 2012.T12.№3.s.134.
  6. Kəskin pnevmoniyanın müalicəsində limfotrop fitoterapiyanın immunstimuləedici və antioksidant təsiri. Jurnal Allerqologiya və immunologiya.Mockva ş.2007.T7.№33.s.296.
  7. Biyan bitkisinin erkən yaşlı uşaqlarda timomeqaliyanın müalicəsində eksperimental klinik əsasları.Журнал Научные труды.Баку2000.с.98

Üzv olduğu qurum

2001-ci ildən Yeni Azərbaycan Partiyasının  üzvüdür