Aysel Həşimova
Baş müəllim
Aysel Həşimova

Bioqrafiya

Həşimova Aysel Rafiq qızı, 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin bakalavriatura pilləsində təhsil almışdır.2004-cü ildən 2015-ci ilədək Ağdaş şəhərində Dəhnəxəlil kənd orta məktəbində Biologiya müəllimi vəzifəsində çalışmışdır. 2012-2016-cı illərdə  Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Magistratura pilləsində təhsil almışdır. 2015-2021-ci illərdə ATU-nun Tibbi biologiya və genetika kafedrasında baş laborant vəzifəsində çalışmışdır.2020-2021-ci illərdə ATU-nun Stomatologiya fakültəsində akademik məsləhətçi, 2021-ci ildən hal-hazıradək həmin fakültədə dekan müavini vəzifəsində çalışır. 2023-cü ildə Biologiya elmləri üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür. 2021-2024-cü illərdə ATU-nun Normal fiziologiya kafedrasında müəllim, 2024-cü ildən hal-hazıradək həmin kafedrada baş müəllim vəzifəsində çalışır, MPF və Stomatologiya fakültəsinin Azəbaycan və ingilis bölməsinin tələbələrinə Normal fiziologiya fənnini tədris edir.Kafedranın, eləcə də Universitetin elmi-tədqiqat və ictimai işlərində fəal iştirak edir. Tələbə Elmi Cəmiyyətinin xətti ilə tələbə elmi işlərinə rəhbərlik etmişdir. Baş müəllim A.R.Həşimova hazırlıqlı, zəhmətsevər, təşəbbüskar və peşəkar müəllimdir.O, öz pedaqoji səviyyəsini qaldırmaq üçün həm yerli, həm də beynəlxalq təlimlərdə iştirak edərək innovativ tədris metodlarını  öyrənir və  tədris prosesində tətbiq edir.

Azərbaycan, ingilis, türk, rus dillərini bilir.

Akademik fəaliyyət

Biologiya müəllimi / Ağdaş rayon Dəhnəxəlil kənd orta məktəbi* 2004-2015

Baş laborant / Azərbaycan Tibb Universiteti, Tibbi biologiya və genetika kafedrası*2015-2021

Müəllim /  Azərbaycan Tibb Universiteti, Normal fiziologiya kafedrası* 2021-2024

Baş müəllim /  Azərbaycan Tibb Universiteti, Normal fiziologiya kafedrası* 2024-hal-hazıradək

Dekan müavini /   Azərbaycan Tibb Universiteti Stomatologiya fakültəsi* 2021-dən hal-hazıradək

Təhsil

Bakı Dövlət Universiteti (Bakalavriatura)

Bakı Dövlət Universiteti (Magistratura)

Azərbaycan Tibb Universiteti (Doktorantura)

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (Management)

Nailiyyətlər (adlar)

Biologiya üzrə fəlsəfə doktoru

Peşə və pedaqoji inkişaf

1.DNA izolyasyon, jel elektroforez, PCR,RFLP VE DNA sekans dizileme çalışmaları Ege üniversitesi Tıp fakültesi Çocuk Sağlığı ve Hastalıkları İzmir, Türkiye 2017

2.European Human Genetics Conference“Psychosocial Aspects of Genetics” Milan, Italy 2018

3.Modern Medical Education Prof.Nadeem Fasal, Chicago State University   Azərbaycan Tibb UniversitetiBakı 2019

4.English as a Medium of Instruction and English for Academic Purposes University of Leicester   Azərbaycan Memarlıq və İnşaat universiteti  Bakı, 2019

5.English Communication for Healthcare Professionals-virtual Massive Open Online Course (MOOC)  American English E-Teacher Program 2020

6.“Təməl Tədrisçi İnkişafı Proqramı” üzrə təlimçilərin təlimi Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi Bakı, 2022

7.“Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə meyarları “ üzrə təlim   Təhsildə keyfiyyət təminatı agentliyi Bakı, 2023

8.“Effective strategic planning and program evaluation” workshop Tiffany Tillman, the expert of USA Embassy in Azerbaijan 2023

9.Working for health 2030:Building Health Workforce Leadership Programme workshop World Health Organization Baku Azerbaijan 2024-2025

Elmi araşdırma sahəsi

Abşeron Yarımadasının urbanlaşmış ərazilərinin müasir herpetofaunası

Məqalə

1.İnsan fəaliyyəti nəticəsində sürünənlərin sümük və əzələ toxumasında yüksək toksiki təsirli mikroelementlərin toplanması. Proceedings of the first İnternational Scientific Practical Virtual Conference Human Genetics and genetic diseases:Problems and development perspectives. Bakı, Azərbaycan 2020

2. Biochemical screening for serum blood markers. Təbabətin aktual problemləri Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinə həsr olunmuş elmi-praktiki konqres Bakı, Azərbaycan  2020   

3.The anthropogenic adaptation index of reptiles. Ambiance in life (İnternational Scientific Journal in medicine of Southern Caucasus) Georgia,Tbilisi  2021  №1

4. M694V, R761H, E148V mutations in Azerbaijanian children with idiopathic arthritis.Proceedings of the 12th İnternational Scientific and practical conference Tokyo, Japan   2022    №124

5.Genetic organization of nervous system. Proceedings of the 3rd İnternational Scientific and Practical Conference

Science and education in progress Dublin, İreland 2023   №184  

6.Molecular analysis of the CFTR gene in Azerbaijanian patients with cystic fibrosis 7 th İnternational New York academic research congress on life, engineering, and applied sciences proceedings book New York, Albany 2023

7. The study of biological rhythms 15th international Istanbul scientific research congress on health sciences Istanbul, Turkiye  2023

8.Study of the physiological effect of genes on protoplasm  Proceedings of the 3rd International Scientific and Practical Conference “İnnovative Development in the Global Science”Boston, USA  2024

Üzv olduğu qurum

1. Yeni Azərbaycan Partiyası

 2. Azərbaycan Fizioloqlar Cəmiyyəti

Magistr

1.Azərbaycan Dövlət İqtisad Universiteti “Reabilitasiya Tibbi Xidmətlərinin Təşkili” Mövzusunda Magistr Dissertasiya İşi İxtisasın Şifri Və Adı: 060409 Biznesin İdarəedilməsi (Səhiyyənin İdarə Edilməsi) İxtisaslaşma: Mba-Biznesin İdarə Edilməsi

2. Azərbaycan Dövlət İqtisad Universiteti  “Səhiyyə Sistemində Qadın Liderlərin İdarəçilik Üslubları” Mövzusunda Magistr Dissertasiya İşi İxtisasın Şifri Və Adı: 060409 Biznesin İdarəedilməsi (Səhiyyənin İdarə Edilməsi İxtisaslaşma: Mba-Biznesin İdarə Edilməsi