Bioqrafiya
Cəfərova Aygün Mirdamət qızı 2000-ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsində təhsil almışdır. 2006-2007-ci illərdə Bakı ş. Ə.İ.Qarayev adına 2 saylı klinik uşaq xəstəxanasında həkim-interna kimi çalışmışdır. 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasına baş laborant vəzifəsində işə daxil olmuş, 2010-cu ildə isə müsabiqə yolu ilə assistent vəzifəsinə seçilmişdir. Hal-hazırda həmin kafedrada azərbaycan, rus və ingilis dillərində müxtəlif fakültələr üzrə dərslər aparır. 2018-2021-ci illərdə Normal fiziologiya kafedrasının Tədris işləri üzrə müdir müavini vəzifəsində çalışmış, 2017-2018-ci illərdə isə həmin kafedranın Tələbə Elmi Cəmiyyətinə rəhbərlik etmişdir. 2017-ci ildən etibarən indiyədək DİM-də rezidentura sektoru üzrə ekspert vəzifəsində çalışır. Beynəlxalq əlaqələr şöbəsinin kafedra üzrə koordinatorudur. O, Azərbaycan Tibb Universitetinin tarixində ilk dəfə yazılan “Tibbi fiziologiya”dan izahlı atlas dərs vəsaitinin müəllifidir.A.M. Cəfərova kafedranın elmi-tədqiqat və ictimai işlərində yaxından iştirak edir. Elmi fəaliyyəti dövründə bir çox yerli və beynəlxalq təlimlərdə iştirak etmiş ("Müasir Tibb Təhsili" Fulbright Çikaqo Dövlət Universiteti; "HMX Fundamentals Physiology", Harvard Tibb Məktəbi, Boston; "Uşaq Yuxu Təbabəti", Uşaq Sağlamlığı Departamenti, Missuri Universiteti və s.), Tokyo, Nyu-York, Çin, Pakistan, Türkiyə, Rusiya və s. kimi şəhər və ölkələrdə çoxsaylı beynəlxalq konqres və konfranslarda şifahi məruzələrlə çıxış etmişdir. A.M. Cəfərovanın Web of Science, PubMed, Scopus bazalarına daxil olmuş elmi jurnallarda bir çox məqalə və tezisləri dərc olunmuşdur. O, dəfələrlə ATU-ni Azərbaycan televiziyasında təmsil etmişdir. 27.05 -31.05. 2024 tarixlərində “Erasmus+ Müəllim Heyətinin Mobilliyi” layihəsi üzrə qrant təqaüdü qazanaraq Litva Sağlamlıq Elmləri Universitetində mühazirə oxumuşdur. İşlədiyi illər ərzində, o hər zaman professor müəllim heyyətinin və tələbələrin dərin rəğbətini qazanmışdır. Öz pedaqoji səviyyəsini mütamadi olaraq artırır, yenilik elementlərini, müasir proqramları tədris prosesində tətbiq edir. Amerika Fizioloqlar Cəmiyyətinin üzvüdür.
Akademik fəaliyyət
Assistent / Azərbaycan Tibb Universiteti, Normal fiziologiya kafedrası, 2010 -hal-hazıradək
Baş laborant / Azərbaycan Tibb Universiteti, Normal fiziologiya kafedrası, 2008-2010
Təhsil
Azərbaycan Tibb Universiteti, pediatriya fakultəsi 2000-2006
Nailiyyətlər (adlar)
Azərbaycan fizioloqlarının A.İ.Qarayev adına Fiziologiya İnstitutunun 50 illiyinə həsr edilmiş V Qurultay: ”Исследования психофизиологических и дисперсионных ЭКГ показателей индикатора миокарда на фоне психоэмоционального напряжения человека». Bakı, 2017
Azərbaycan xalq cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Otorinolarinqologiya üzrə Beynəlxalq Elmi-Praktiki Konqres: “ Emosional reaksiyaların yaranmasında baş beyinin opioid sistemləri ilə monoaminergik sistemlərin qarşılıqlı əlaqələri”. Bakı, 2018
Müasir Elmlərin İnnovativ Tədqiqatlarının 5-ci Beynəlxalq Konfransı.“Correlation indicators of EEG potentials of various brain formationes in a conditiones of a “non-signal” situation- factor of randomity”. Tokyo-Yaponiya, 2022,
Interdissiplinar tədqiqat və təcrübələrdə inkişaf edən tendensiyalar üzrə 7-ci beynəlxalq konfrans. “Correlation indicators of EEG spatio-temporal analysis of various brain formations in a condition of a “non-signal” and “signal” situation”. Nyu York, 2022
Azərbaycan Fiziologiya Jurnalı. “Functional relationships of the cerebral cortex with subcortical structures in emotionally stressful conditions”.2023;38(2):26-31.
BIO Web of Conferences 100, 01022 (2024)
IFBioScFU. “Functional relationships of the cerebral cortex with subcortical structures in emotional stressful conditions”. 2024.
“Диабетические микроангиопатические осложнения и их коррекция”, Nəzəri, klinik və eksperimental morfologiya jurnalı Cild 5 № 1, 2025. Bakı.
Peşə və pedaqoji inkişaf
"Modern Medical Education" Fulbright Azərbaycan Tibb Universiteti, 2019
"HMX Fundamentals Physiology" Harvard Tibb Məktəbi. BostonŞ ABŞ, 2020
"Pediatric Sleep Medicine" Uşaq Sağlamlığı Departamenti. MU Qadın və Uşaq Xəstəxanası. Missuri Universiteti. ABŞ, 2020
"Chinese Medicine and Health Care Technique" Çinin Gansu universiteti, 2021
"Effective curriculum/syllabus design" İngilis Dili Təqaüdçüsü. ABŞ Dövlət Departamenti. Azərbaycan Tibb Universiteti, 2023
“Erasmus+ Teaching Staff Mobility” Litva Sağlamlıq Elmləri Universiteti. Litva, 2024
“Pedaqoji peşəkarlığın inkişafı” Azərbaycan Tibb Universiteti, 2024
Elmi araşdırma sahəsi
Emosional gərgin şəraitdə beyinin EEQ zaman-məkan göstəriciləri ilə vegetativ göstəricilərin korrelasiyası və korreksiyası
Kitab
”Tibbi fiziologiya”dan izahlı atlas dərs vəsaiti, Bakı, 2023
An explanatory atlas textbook on "Medical Physiology", Baku, 2023
Толковый атлас-учебник по «Медицинской физиологии», Баку, 2023
Məqalə
“Correlation indicators of EEG spatio-temporal analysis of various brain formations in a condition of a “non-signal” and “signal” situation. 7th international New York conference on evolving trends in interdisciplinary research and practices. Nyu York, 2022, page.740-746
“Aviadispetçerlərin psixofizioloji göstəricilərinin tədqiqi”. III. International Congress of Applied Sciences “Year of Shusha – 2022”. June 7-10, 2022. Proceeding book volume – II. Səh 245-250.
“Пространственно-временные кросскорреляционные ЭЭГ взаимоотношения корково-подкорковых структур мозга при эмоциональном напряжении”. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və gökəmli alim, akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş Görmənin fiziologiyası və peşə patalogiyaları: Fundamental və tətbiqi aspektlər mövzusunda Beynəlxalq konfrans və Azəbaycan fizioloqlarının VI konqresi 30-31 oktyabr 2023, Bakı Azərbaycan
“Pilotlarin psixofizioloji, koqnitiv və sadə görmə-motorreaksiyalarininsimulyatorlarda telemetrik qeydi”. International Innovation Management and TRIZ Conference. December 7-10. Səh.23-32. 2023-cü il
Məqalə
“Functional relationships of the cerebral cortex with subcortical structures in emotionally stressful conditions”. Azerbaijan Journal of Physiology. 2023;38(2):26-31
Məqalə
“Functional relationships of the cerebral cortex with subcortical structures in emotional stressful conditions”. BIO Web of Conferences 100, 01022 (2024) IFBioScFU. 2024.
Xarici qrantlar
“Erasmus+Teaching Mobility” lahiyəsi, 2024
Üzv olduğu qurum
Amerika fizioloqlar cəmiyyəti