Aidə Bəndəlieva
Baş müəllim
Aidə Bəndəlieva

orcid 0000-0003-3481-6510


orcidƏczaçılıq texnologiyası və idarəçiliyi kafedrası


orcid abendeliyeva@amu.edu.az

Bioqrafiya

Aidə Bəndəlieva N.Nərimanov adına Azərbaycan Tibb Institutu 1985-1991 Əczaçılıq fakültəsini provizor ixtisası N.Nərimanov adına ATU-nun 1987-1991 Ictimai-peşələr fakültəsini, jurnalistika ixtisası üzrə bitirb. N.Nərimanov adına ATU-da 1992-1995 Dərman formalarının texnologiyası ixtisası üzrəaspiranturasında təhsil alıb.1990-1991 ATU–nun Dərman formalarının texnologiyası kafedrasında  laborant, 1991-1992 eyni adlı kafedrada baş laborant,1993-1995 aspirant, 1995-1996 asissent, 1996-2000  eyni adlı kafedrada baş müəllim işləyib. 1992-1997-ci illərdə ATU əməkdaşlarının Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifəsində işləyib. 1997-1998 Bakı şəhər 349 saylı və 1998-2004-cü illərdə Bakı şəhər 269 saylı apteklərin müdiri vəzifəsində işləyib. 2010-2016 AMEA-nin Insan Huquqları Elmi-Tədqiqat Institutu Bioetika və Tibbi Hüquq şöbəsində kiçik elmi işçi, 2016-2022-ci ildə isə böyük elmi işçi vəzifələrində işləyib. 2000-ci ildən etibarən ATU Əczaçılığın texnologiyası, təşkili və iqtisadiyyati kafedrasında (hazırkı, Əczaçılıq texnologiyası və idarəçiliyi) baş müəllim vəzifəsində işləyir

Akademik fəaliyyət

“Orta əsr Azərbaycan təbabərində bioetika problemlərinin araşdırılması”mövzusuna dair ətraflı elmi araşdırmaların aparılması. Azərbaycan üçün qiymətli bitki xammalı olan başlıqotu bitkisinin endemik növləri üzərində fitokimyəvi və texnoloji tədqiqatların aparılması.Təhsil və pedaqoji istiqamətdə yeni dərsliklərin hazırlanması.

Təhsil

N.Nərimanov adına Azərbaycan Tibb Institutu 1985-1991 Əczaçılıq fakültəsini provizor ixtisası

N.Nərimanov adına ATU-nun 1987-1991 Ictimai-peşələr fakültəsini, jurnalistika ixtisası üzrə 

N.Nərimanov adına ATU-da 1992-1995 Dərman formalarının texnologiyası ixtisası üzrə aspiranturasında 

Nailiyyətlər

Azərbaycan Tibb Işçiləri Həmkarlar Ittifaqının, Azərbaycan Tibb Universitetinin fəxri mükafatları, Respublika Jurnalistlərinin Həmkarlar Ittifaqının “Qızıl Qələm»,  “Xalqın nüfuzlu ziyalısı”, “İlin vətənpərvər xanımı” mükafatlarının sahibi

Peşə və pedaqoji inkişaf

1993, 1998 sentyabr, iyun “Dərman bitkilərinin fitokimyəvi tədqiqinə dair” məşğələlər Türkiyə Respublikası, Istanbul şəhəri.

2012 avqust YUNESKO nun Bioetika və Tibbi hüquq kafedrasının AMEA-nin IH Institutu ilə birlikdə təlim kursu. Fevral 2013-2014 Bakı şəhəri Amerika mütəxəssislərinin təşkil etdiyi ATƏŞ xarici dil təlim kursunun müdavimi. Bioetika, sağlamlığın qorunması, o cümlədən tibbi hüquq, təbabət, dərman­şünaslığın tarixinə həsr olunmuş beynəlxalq və respublika əhəmiyyətli elmi-praktik konfranslarda, o cümlədən “Təbii mənşəli dərman vasitələri”nə həsr olunmuş simpozium, Türkiyə, İstanbul 3-5 sentyabr 1993-cü il, Azərbaycan tibb elminin tarixi problemləri I Respublika elmi konfransı, 1-2 fevral, 2005, Bakı; ATU-da Ə.Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş elmi konfrans, 2011,  Bakı;  AMEA  İnsan Hüquqları İnstitutu, Beynəlxalq tərkibli konfrans, 14-15 noyabr 2012, Bakı, YUNESKO-nun Dünya (2 İnternational Conferense of  Ethics Education, Ankara, Türkey 21-23 may 2014, Amerika və Avropa Tibbi Hüquq Assosiasiyalarının və “İnternational Karabakh Applied Sciences Conference” (17-19 iyun, 2021, Bakı) Beynəlxalq konfranslar və s.ATU-nun, BDU-nun və UNEC-in təşkil etdiyi beynəlxalq və respublika səviyyəli xeyli sayda elmi simpozium və konfranslarda əyani, Rusiya, ABŞ, Türkiyə, Almaniyada təşkil olunan bir çox elmi seminar və konfranslarda onlayn iştirak edib.

Elmi araşdırma sahəsi

1. "Fitomənşəli dərman preparatlarının alınması"

2. "Əczaçılıq tarixinin öyrənilməsi"

3. "Bioetika, deontologiya və əczaçılıq"

Kitab

1. “Əczaçılığın tarixi” dərs vəsaiti 2014-cü il

2. ”History pharmacy”  dərs vəsaiti, 2024

3. “Biofarmasiya və farmakokinetika” dərslik, 2024

Məqalə

1.“ Medical worldwide in the creation of famous poets and thinkers of ancient Azerbaijan “The scientific heritage”

2. « Nasıreddın Tusı was a medıeval Azerbaıjanı doctor and scıentıst.” 

3.” Orta əsrlərdə əczaçılığın xarakterık xüsusıyyətlərının örənılməsı” UOT 60:94

4.” Nigahdan əvvəl genetik müayinənin bioetik və hüquqi aspektləri” ISSN :2073-2651

5.” Scientifi c contribution of medical scientists in middle ages in Azerbaijan” 

6.” İbn Sina yaradıcılığı, onun Azərbaycan təbabət və dərmanşünaslığının inkişafında rolu” UOT: 61(091)

7.” Medical and bioethical issues in the works of Nizami Ganjavi” 

8. “ Famous doctors of the ancient east and Azerbaijan” 

9. “The role of bioetics in education and practice of medicine and pharmacy” ISSN 3572 2436

10. “The synthesis of the silver nanodrugs in the medicinal plant baikal skullcap (scutellaria baicalensis georgi) and their antioxidant, antibacterial activity”  Advances in Biology & Earth Sciences Vol.5, No.2

Üzv olduğu qurum

Azərbaycan Respublikası Tibb tarixçilər Birliyinin üzvü

2014-cü ildən YUNESKO –nun Bioetika Beynəlxalq Müəllimlər Forumunun üzvü

2015-ci ildən Dünya Tibbi Hüquq Assosasiyasının üzvü

2017-ci ildən Azərbaycan Tibb Universiteti Rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının sədr müavini, ATU-nun Elmi Şurasının üzvü

“Fitoterapevtlər” İB-nin təşkilat komitəsinin sədri,