Bioqrafiya
Mansurova Leyla Nadir qızı Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsini 1995-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin Əczaçılığın təşkili və iqtisadiyyatı kafedrasına baş laborant vəzifəsinə daxil olmuşdur. 2007-ci ildə Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının assistenti, 2011-ci ildə baş müəllimi, 2014-cü ildə isə dosent vəzifəsinə seçilmişdir və hal hazırda bu vəzifədə çalışır. Leyla Mansurova bakalavr pilləsinin II, III, IV kursda təhsil alan tələbələrə bir neçə fənn üzrə mühazirə və təcrübə dərsləri azərbaycan, rus və ingilis dillərində tədris edir. Eini zamanda əczaçılıq fakültəsi və ictimai sağlamlıq fakültəsində magistr dərəcəsini alan tələbələrə azərbaycan və ingilis dillərində dərs aparır. Həmin fənlər üzrə tədris proqramı, silabus, təqvim-mövzu planı, imtahan sualları və testlərin hazırlanmasında iştirak edir. ATU-nun və British Council ilə birlgə müəllim heyəti arasında aparılmış attestasiya nəticəsi əsasında ingilis dili üzrə “Upper intermediate” dərəcəsini qazanmışdır. Leyla Mansurova magistraturanın “Əczaçılığın təşkili” və “Əczaçılıq menecmenti” ixtisasları üzrə buraxılış işlərinin müdafiəsi üzrə Dövlət attestasiya komissiyasının üzvüdür. Magistrantlardan məcburi və seçim fənlər üzrə imtahan qəbul edir. Eyni zamanda L.Mansurova Əczaçılıq fakültəsinin həmin ixtisaslar üzrə magistr dərəcəsini alan tələbələrə rəhbərlik edir, işlərinə rəy verir, oponentlik edir. Azərbaycan Tibb Universitetinin Tələbə-Elmi Cəmiyyətinin (TEC) yarışlarında çıxış edən tələbələrə rəhbərlik edir, bir neçə dəfə TEC-in Yekün Konfransında münsiflər heyətinin üzvü seçilmişdir. Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin Elmi Şurasının və Elmi Problemlər üzrə Komissiyasının üzvüdür. Eyni zamanda Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən BFD 4.18 Birdəfəlik Dissertasiya Şurasının üzvüdur. Leyla Mansurova 2005-ci ildə “Azərbaycan respublikasında müalicə-profilaktika və əczaxana müəssisələrinin psixotrop dərman vasitələri ilə təchizatının öyrənilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş, 15.00.01 (Əczaçılıq texnologiyası, əczaçılıq işinin təşkili) qrifi altında əczaçılıq elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 2008-2015-ci illərdə AR Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi”ndə tapşırıq müqaviləsi əsasında ekspert –analitik və ekspert-farmakoloq kimi xidmət göstərmişdir.Yerli və xarici jurnallarda çap olunmuş 45 məqalə və tezis, 3 tədris-metodiki vəsaitin, 2 dərs vəsaitinin, 1 metodik tövsiyyə və bir çox tədris proqramının müəllifidir. İşlədiyi müddətdə özünü əməksevər, təşəbbüskar, kreativ bir işçi və diqqətli müəllim kimi tanıtmışdır.
Akademik fəaliyyət
1999-2007 - baş laborant, Azərbaycan Tibb Universiteti, Əczaçılıq texnologiyası, təşkili və iqtisadiyyatı kafedrası
2007-2011- assistent, Azərbaycan Tibb Universiteti, Əczaçılıq texnologiyası, təşkili və iqtisadiyyatı kafedrası
2011-2014 - baş müəllim, Azərbaycan Tibb Universiteti, Əczaçılıq texnologiyası, təşkili və iqtisadiyyatı kafedrası
2014-hal hazıradək - dosent, Azərbaycan Tibb Universiteti, Əczaçılıq texnologiyası, təşkili və iqtisadiyyatı kafedrası
Təhsil
Əczaçılıq fakültəsi
Azərbaycan Tibb Universiteti 1990-1995
İnternatura (Bakı şəhəri 27 saylı aptek) 1995-1996
Peşə və pedaqoji inkişaf
1.“Təhsilin əsasları” fənni bazasında hazırlanmış müasir pedaqogika və psixologiya ilə bağlı təlim kursu, Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutu
2.“Çoxseçimli testlərin hazırlanması, tətbiqi və analizi”, Azərbaycan Tibb Universiteti
3.“Pedaqoli peşakarlığin inkişafı”, Azərbaycan Tibb Universiteti
4.“Core principles of biostatistics and epidemiology” Boston Children’s Hospital and National Mental Health Center
5.“Epidemiologiya və biostatistika üzrə təlim”Azərbaycan Tibb Universiteti, AR Səhiyyə Nazirliyi və İSİM
Elmi araşdırma sahəsi
Əczaçılıq işinin təşkili, əczaçılıq marketinqi, əczaçılıq yardımı, psixotrop dərman vasitələrinin istehlak xüsusiyyətləri, farmakoepidemioloji tədqiqatlar
Kitab
1. Vəliyeva M.N, Cəlilova K.İ, Zülfüqarova N.S., Mansurova L.N. Əczaçılıq menecmentinin əsasları Bakı, “Təbib”, 2017 204s. - Dərs vəsaiti
2. Zülfüqarova N.S., Cəlilova K.İ., Mansurova L.N. Dərman vasitələrinin çeşid strukturunun marketinq analiz metodikasının işlənib hazırlanması Bakı, “Tərəqqi”, 2019 31s. - Metodiki tövsiyyə
3. Cəlilova K.İ, Zülfüqarova N.S., Mansurova L.N., Quliyeva E.A. Əczaçılıq işinin təşkili fənni üzrə mühazirə və təcrübə dərslərinə dair metodiki göstərişlər Bakı, “Tərəqqi”, 2021 47s. - Metodiki vəsait
Magistr
Azərbaycan Tibb Universiteti, Əczaçılığın təşkili və Əczaçılıq menecment ixtisasları üzrə magistr