0000-0001-9311-8742
yjOJR8UAAAAJ&hl=en
Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası
keliyeva1@amu.edu.az
Bioqrafiya
Əliyeva Kubra Yasar qızı 1988-ci ildə N.Nərimanov adina Azarbaycan Dövlət Tibb Institutunun əczaçılıq fakültəsini bitiribdir. 1988-1994-cü ilə qədər Bakı səhəri 379 №-li aptekdə provizor- texnoloq, 1994-cü ildən Azarbaycan Tibb Universitetinin Darman formalarinin texnologivasi kafedrasina bas laborant, 1995-1998-ci ilə qədər stajçı müəllim, 1998-2009-cu illər ərzində assistent; 2009-cu ildən Əczacılıq texnologiyası və təskili kafedrasında bas müəllim, 2011-ci ildən hal hazıradək Əczacılıq texnologiyası və idarəçiliyi kafedrasında dosent vəzifəsində çalışır.2006-cı ildə «Barium-sulfat əsasında bitki polisaxaridləri ilə rentgenokontrast vasitələrin alınması və tədqiqi» mövzusunda dissertasiya isini müdafiə edib və 15.00.01 - "Dərmanların texnologiyası, əczaçılıq isinin təskili" ixtisasına müvafiq əczaçılıq elmlar namizədi alimlik dərəcəsinə layiq görülübdür. 2024-cü il 5 dekabr tarixində isə “Pektin kompleksi əsasında hidrofel sistemlərin işlənib hazırlanma texnologiyası” mövzusunda doktorluq dissertasiyasını başa çatdıraraq kafedralararası ilkin müzakirəsini keçiribdir. Çalışdığı müddət ərzində 100-ə yaxın elmi işin, 2 dərs vəsaitinin və 2 metodik vəsaitin müəllifidir. Dissertasiya və tədqiqat işinin ayrı-ayrı aspektləri bir sıra konfranslarda dinlənilibdir.Pedaqoji fəaliyyətində əczaçılıq fakultəsinin II, III kurs bakalavr tələbələrinə və I, II kurs magistrantlar üçün azərbycan və rus dillərində məşğələ və mühazırələr aparır. Kubra Əliyeva magistraturanın “Əczaçılıq texnologiyası” ixtisası üzrə buraxılış işlərinin müdafiəsində Dövlət attestasiya komissiyasının üzvüdür. Magistrantlardan məcburi və seçim fənlər üzrə imtahan qəbul edir. Eyni zamanda Əczaçılıq fakültəsinin Əczaçılıq texnologiyası üzrə magistratura pilləsində təhsil alan magistrlara rəhbərlik edir, işlərinə rəy verir. ATU-nun Əczaçılıq və Kimya üzrə Problem komissiyasının üzvüdür. Dosent Əliyeva Azərbaycan Tibb Universitetinin Tələbə-Elmi Cəmiyyətinin elmi yarışlarında çıxış edən tələbələrə rəhbərlik edir, eyni zamanda TEC-in Yekün Konfransında münsiflər heyətinin üzvü kimi də iştirak edir. K.Y.Əliyeva mədani, əməksevər, bacarıqlı va diqqətli müəllim kimi əczacılıq fakültəsinin professor-müəllim heyətinin rəğbətini qazanıbdır. Kafedranin kollektivi arasında nüfuz va hörmətə malikdir. Əliyeva K.Y. müasir səviyyədə tədris prosesini aparır, imtahan test suallarının tərtibi və yoxlanılması üzrə ekspert kimi fəaliyyət göstərir.
Akademik fəaliyyət
Azərbaycan Tibb Universiteti, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası 1994-cü ildən hal-hazıradək
Təhsil
Əczaçılıq fakültəsi
Azərbaycan Tibb Universiteti *1983-1988
Peşə və pedaqoji inkişaf
Çoxseçimli testlərinhazırlanması, tətbiqi vəanalizi.ATU, Tibb və sağlamlıq elmləri təhsili kafedrası *2023
Elmi araşdırma sahəsi
Əczaçılıq texnologiyası, təbii mənşəli müasir dərman formalarının işlənib hazırlanma texnologiyası, bioəczaçılıq tədqiqatları.
Kitab
Dərs vəsaiti:
Metodik vəsait:
Məqalə
https://www.azpharmjournal.org/en/jurnal/investigation-therapeutec-potential-benidipine
Məqalə
Evaluation of the protective effects of curcumin-rich turmeric (Curcuma longa) extract against isotretinoin-induced liver damage in rats. // Journal - TOXICOLOGY MECHANISMS AND METHODS 2024, Volume 18 (2), p.122-129, United Kingdom, İF-3,4, Category Quartile - Q2
Patentlər
https://old.eapo.org/ru/publications/publicat/viewpubl.php?id=029829
https://old.eapo.org/ru/publications/publicat/viewpubl.php?id=040133&i21=201900178
https://old.eapo.org/ru/publications/publicat/viewpubl.php?id=043222&i21=202100043
Üzv olduğu qurum
Ali təhsilli peşəkar kadrların yetişdirilməsində iştirak edir.
Magistr
Azərbaycan Tibb Universiteti, Əczaçılıq texnologiyası ixtisası üzrə magistr (7)