Bioqrafiya
Naibov Nizami 1978-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini bitirmişdir. İnstitutu bitirdikdək sonra Səhiyyə nazirliyinin təyinatı ilə Baş Apteklər İdarəsinin Lənkəran rayonlar arası şöbəsinə əczaçı-inspektor vəzifəsinə göndərilmişdir. Bu vəzifədə 4-il işlədikdən sonra 1982-ci il dekabrın 31-də Azərbaycan Dövlət Tibb İnstitunun Əczaçılığın təşkili və iqtisadiyyatı kafedrasına aspiranturaya qəbul olunmuşdur. 1986-cı ilin fevral ayında Pyatiqorsak Əczaçılıq İnstitunun nəzdində fəaliyyət göstərən Xüsusiləşdirilmiş Şurada namızədlik dissertasiyasını müdafiə edərək əczaçılıq elmləri namizədi elmi dərəcəsini almışdır. 1986-cı ildən Əczaçılığın təşkili və iqtisadiyyatı kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1992-94cü illərdə Səhiyyə Nazirliyində aparıcı mütəxəssis vəzifəsində işləmişdir. Sonrakı illərdə Baş Apteklər İdarəsinin şöbələrində müxtəlif vəzifələrdə çalışmışdır. 1997-ci ildən əczaçılığın təşkili və iqtisadiyyatı kafedrasında müəllim, dosent vəzifələrində çalışmışdır. 2002-ci ildə dosent elmi adını almışdır. Hal-hazırda əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasında dosent vəzifəsində çalışır. O, universitetdə çalışdığı müddətdə müxtəlif illərdə kafedranın tədris hissə müdiri, fakültənin elmi şurasının elmi katibi, fakültənin dekan müavini vəzifələrini icra etmişdir. Nizami Naibov magistr pilləsinin I və II kurs tələbələrinə əczaçılığın tarixi və metodologiyası, əczaçılıqda audit xidməti, texnoloji proseslərdə validasiya, etibarlı istehsalat təcrübəsi, farmakoiqtisadiyyat fənlərindən əczaçılıq fakültəsinin bakalavr pilləsində təhsil alan I, II, III, IV kurs tələblərinə əczaçılıq qanunvericiliyi, əczaçılığın tarixi və deontologiyası, əczaçılıq menecmenti, əczaçılıq texnologiyası fənlərindən azərbaycan dilində mühazitə və təcrübə məşğələləri aparır. Həmin fənlər üzrə tədris proqramı, silabus, təqvim-mövzu planı, imtahan sualları və testlərin hazırlanmasında iştirak edir. Dosent Naibov. N hal-hazıra qədər əczaçılığın təşkili, iqtisadiyyatı, əczaçılıq menecmenti, marketinqi sahələri üzrə 80-ə yaxın çap olunmuş məqalə və tezisin, 8 tədris proqramının, 4 tədris metodiki vəsaitin və 4 təcrübədə tətbiq olunmuş təklifin müəllifidir.
Akademik fəaliyyət
Assistent - Azərbaycan Tibb Universiteti, Əczaçılıq texnologiyası, təşkili və iqtisadiyyatı kafedrası 1986-1992
Baş müəllim - Azərbaycan Tibb Universiteti, Əczaçılıq texnologiyası, təşkili və iqtisadiyyatı kafedrası 1992-1997
Dosent - Azərbaycan Tibb Universiteti, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası 2002-2025
Təhsil
1973- 1978 - Əczaçılıq fakültəsi Azərbaycan Tibb Universiteti
Elmi araşdırma sahəsi
Əczaçılığın təşkili, iqtisadiyyatı, əczaçılıq menecmenti, marketinqi.
Məqalə
1. Aptek təşkilatlarında insan modelləşdirilməsinin istiqamətlərinin müəyyənləşdirilməsi. Naibov N.M., Mehtizadə N.S. Azərbaycan Təbabətinin müasir nailiyyətləri №2, 2021, s 133-135
2. Aptek təşkilatlarında əczaçıların üstünlük verdikləri xarici marketinq informasiyası mənbələri. Naibov N.M., Hüseynova A.B. Azərbaycan təbabətinin müasir nailiyyətləri. № 2, 2022. s. 101-103.
3. Aptek təşkilatlarında daxili marketinq informasiyası haqqında bəzi fikirlərin formalaşmasına dair. Naibov N.M. Hüseynova A.B. Sağlamlıq №4 2022. Bakı s. 105-109.
4. Aptek təşkilatlarında iqtisadi münasibətlər (İM) sisteminin bəzi tərkib hissələrinin öyrənilməsi. Naibov N.M., Ağayeva L.A. Azərbaycan təbabətinin müasir nailiyyətləri. № 1, 2023. s. 158-161.
5. Əczaçılıq müəssisələrində iqtisadi münasibətlərin proqnozlaşdırılması və planlaşdırılmasına təsir edən amillərin öyrənilməsi. Naibov N.M., Hüseynova A.B., Ağayeva L.A. “Azərbaycan təbabətinin müasir nailiyyətləri” elmi-praktik jurnal, № 3 Bakı, 2023, s. 155 -157.
6. Aptek təşkilatında sahibkarın üzləşdiyi iqtisadi münasibətlərin öyrənilməsi. Naibov N.M., Hüseynova A.B., Ağayeva L.A. “Azərbaycan təbabətinin müasir nailiyyətləri” elmi-praktik jurnal, № 4 Bakı, 2023, s. 214-216
7. Aptek təşkilatlarında istehlakçı məmnunluğnun təmin edilməsinin bəzi məsələləri. Naibov N.M., Hacıyeva E.M. Sağlamlıq № 3, 2024 s 260-263.
8. Əhalinin özünü müalicəyə münasibətinin öyrənilməsi . Naibov N.M. Hüseynova A.B. “Azərbaycan təbabətinin müasir nailiyyətləri” elmi-praktik jurnal, № 1 Bakı, 2024, s. 260-263
9. Əhalinin özünü müalicəyə münasibətinin öyrənilməsi. Naibov N.M. Hüseynova A.B. “Azərbaycan təbabətinin müasir nailiyyətləri” elmi-praktik jurnal, № 1 Bakı, 2024, s. 260-263
10. Korporativ sosial məsuliyyət fəaliyyətinin şirkətlərə verdiyi üstünlüklərin öyrənilməsi. Naibov. N.M., Hüseynova A.B., İsmayılov Ü.S. “Azərbaycan təbabətinin müasir nailiyyətləri” elmi-praktik jurnal, № 3 Bakı, 2024, s. 118-120
11. Aptek təşkilatlarının dayanıqlı inkişafı naminə nəzarətin aparılmasının əhəmiyyəti. Naibov. N.M., Qulizadə V.A. Azərbaycan təbabətinin müasir nailiyyətləri. № 2, 2024. s. 144-147.