Bioqrafiya
Kərimova Sevinç Nadir qızı 1997-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsinə daxil olmuş və 2003-cü ildə universiteti “fərqlənmə” diplomu ilə başa vurmuşdur. 2003–2004-cü illərdə A.Abbasov adına Onkoloji Dispanserdə həkim-intern, 2004–2007-ci illərdə isə həmin Dispanserdə onkoloq vəzifəsində çalışmışdır. 2007–2010-cu illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında həkim-onkoloq kimi fəaliyyət göstərmişdir.
2010-cu ildə Mamaluq-Ginekologiya kafedrasında baş laborant, 2013-cü ildən isə assistent vəzifəsinə seçilmişdir. 2012-ci ildə “Uzunmüddətli sonsuzluğu olan cütlüklərdə fertilliyin bərpasında ekstrakorporal mayalanma metodunun klinik əhəmiyyəti” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir.
Kafedrada işlədiyi müddət ərzində S.N.Kərimova özünü intizamlı, işgüzar, məsuliyyətli və kollektivdə yüksək nüfuza malik əməkdaş kimi göstərmişdir. O, tələbələrə qarşı qayğıkeş münasibəti, dərslərin müasir səviyyədə aparılması və elmi biliklərin tədrisi ilə seçilmişdir. Praktik həkim kimi o, eyni zamanda mamalıq və ginekologiya fənni üzrə praktik dərslərin aparılmasında fəal iştirak edir. Müalicə və profilaktika işlərinə, xəstələrin vəziyyətinə fərdi və diqqətli yanaşması ilə fərqlənir. Onun keçirdiyi dərslər tələbələr tərəfindən yüksək qiymətləndirilir.
Hal-hazırda S.N. Kərimova “Sonsuzluq probleminin diaqnostika və müalicəsinin təkmilləşdirilməsi yolları; reproduktiv texnologiyaların tətbiqinə göstərişlər” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.
O, doğum evinin işində, doğuşlarda və poliklinika fəaliyyətində fəal iştirak edir. Hazırda ATU-nun Tədris Cərrahiyyə Klinikasının mamalıq-ginekologiya şöbəsində elmi-praktik fəaliyyət göstərir. Kafedrada rezidentlərin rəhbərliyini həyata keçirir. Ümumilikdə Kərimova S.N. 30-dan çox elmi iş, azərbaycan və ingilis dillərində dərs vəsaitinin müəllifidir. Aparılmış elmi tədqiqatların nəticələri yerli və beynəlxalq konfranslarda təqdim və müzakirə olunmuşdur.
Akademik fəaliyyət
Dosent / Azərbaycan Tibb Universiteti 2022 – hal-hazıradək
Assistent / Azərbaycan Tibb Universiteti 2013 – 2022
Baş laborant / Azərbaycan Tibb Universiteti 2010
Təhsil
Azərbaycan Tibb Universiteti 1997-2003
Nailiyyətlər (adlar)
T.ü.f.d elmi dərəcəsi diplomu 2012
Dosent attestatı 2022
Peşə və pedaqoji inkişaf
Mamalıq və Ginekologiya – Azərbaycan Tibb Universiteti - 2008
Attended a course of study in English Language (EFL) at
Mamalıq və ginekologiyada endokrinoloji problemlər - Ə.Əliyev adına ADHTİ *2024
Kitab
Kərimova S.N., Əliyeva E.M. Uzunmüddətli sonsuzluq hallarında ekstrakorporal mayalanmadan istifadə, 2019