Bioqrafiya
1981-ci ildə 5 saylı Kimya-Biologiya təmaüllü liseyi qızıl medalla bitirib, həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutunun II Müalicə-prafilaktika fakültəsinə daxil olmuşam. Mən, 1987-ci ildə İnstitutu “Müalicə işi” ixtisası üzrə bitirmişəm. İnternaturanı 1988-ci ildə Bakı şəhər Onkoloji dispanserində keçmişəm. Təyinatla 1987-ci ildən 1991-ci ilə kimi Sumqayıt “Sintez Kauçuk” İstehsalat birliyinin Tibbi sanitar hissəsində həkim-ginekoloq işləmişəm. Bu dövr ərzində Bakıda və Moskvada “Mamalıq və Ginekologiya” ixtisası üzrə ixtisaslaşma və təkmilləşmə kursları keçmişəm. Mən, 1991-ci ildən Bakı şəhər 16 saylı Tibbi sanitar hissəsində Həkim-ginekoloq olaraq çalışmışam.Mən 1993-1996-cı illərdə Azərbaycan Tibb İnstitutu, “Mamalıq və ginekologiya” ixtisası üzrə aspiranturada təhsil almışam. “Listerioz infeksiyalı hamilələrdə orqanizmin immun-reaktivliyinin sistemli təhlili” mövzusunda elmi işi başa çatdırıb, 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisiyası tərəfindən tibb elmləri namizədi alimlik dərəcəsi almışam. ATU-nun I Mamalıq-ginekologiya kafedrasında baş laborant olaraq 1997-ci ildə işə qəbul olunmuşam. 1998-ci ildən assistent və 2022-ci ildən dossent vəzifəsinə keçirilmişəm. Hal-hazırda bu kafedrada dossent olaraq çalışıram. Mən, 1999-2000-ci illərdə Türkiyənin Qazi Universitetində “Kadın hastalıkları ve doğum” bölümündə bilik və bacarıqlarımı artırmışam. 2016-cı ilin Oktyabrında Erasmus proqramı çərçivəsində Finlandiyanın “Saima” Universitetində “Saima is calling” bilik həftəsində iştirak edərək, pedoqoji fəaliyyətimi Baloniya sisteminə uyğun olaraq təkmilləşdirmişəm. 2018-ci ildə Moskvada akademik Kulakov adına Rusiyanın Milli-Tibbi-Tədqiqatlar Mamalıq-ginekologiya və Perenatal mərkəzində “Mamalıqda təxirəsalınmaz vəziyyətlər” mövzusunda ixtisas artırma kursu keçmişəm. ATU-nun klinik bazası olmuş Respublika doğum evində və 1 saylı Bakı şəhər doğum evində 2012-ci ilə kimi praktik həkim kimi fəaliyyət göstərmişəm. Mən, 2013-cü ildən bugünə kimi ATU-nun Cərrahi Tədris Klinikasında doğum, ginekologiya, hamiləlik patalogiyası, poliklinika şövbələrində həkim kimi fəaliyyətimi davam etdirirəm.Respublika və xaricdə dərc olunan 100-dən çox elmi yazının, o cümlədən “Mamalıq və Perenatologiyanın əsasları” adlı dərs vəsaitinin, iki mama ginekoloji tibbi lüğətin və iki metodik vəsaitin müəllifiyəm. Son 5 il ərzində 30-dan çox elmi işim çap olunub.Mən, 2019-cu ilə kimi Mamalıq və ginekologiya üzrə institutun dissertasiyalar üzrə Aprobasiya Şürasının üzvi olmuşam. Respublika və xaricdə keçirilən çoxsaylı elmi-praktik konfrans və seminarlarda iştirak etmişəm.
Akademik fəaliyyət
Dossent / AzərbaycanTibbUniversiteti * 2022 -hal-hazıradək
Təhsil
II Müalicə-profilaktika fakültəsi Azərbaycan Tibb Institutu*1981-1987
Nailiyyətlər (adlar)
Tibb elmləri namizədi alimlik dərəcəsi (1997)
Assistent vəzifəsi (1998)
Dossent vəzifəsi (2022)
Kitab
Perinatologi Mamalıq və Perinatologiyanın “ Nafta-Press“ nəşriyyatı, 2007 “ Nafta-Press“ nəşriyyatı, 2009 212 səh
Ginekoloji izahlı terminler lüğəti əsasları Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu, Azərbaycan tibb Universiteti, Bakı 2012, 2023 192 səh
Məqalə
Применение комбинированных оралъных контрацептивов после аборта “Sağlamlıq” jurnalı No 2, Bakı-2016. Səh. 195-199.
Ekzogen-konstitusional tipli piylənmə olan qadınlarda reproduktiv vəsomatik sağlamlığım qiymətləndirilməsi “Sağlamlıq” jurnalı No 1. 2017. Səh 62-69
Диагностика состояния рубца на матке и факторы влияющие на него после кесеровосечения “Müasir ginekologiya və perinatalogiyanın aktual məsələləri” Jurnal No7, 01/2020. Səh 21-23
Hamilə qadınlarda xroniki arterial hipertenziyanın müalicə taktikasının prinsipləri
Müasir ginekologiya və perinatologiyanın aktual məsələləri Jurnalı 09 No 3 2022 Səh 18-25
Qadının reproduktiv sağlamlığı və vitamin D Müasir ginekologiya və perinatologiyanın aktual məsələləri Cild 10No02 \2023