Bioqrafiya
Qaraşova Mina Arif ATU-nun I Mamalıq və ginekologiya kafedrasının əməkdaşıdır. 2002-2004 illər ərzində həmin kafedrada kliniki ordinatura keçmiş və daha sonra baş laborant olaraq iş fəaliyyətinə başlamışdır. 23 dekabr 2005-ci il tarixindən 2015-ci ilə qədər assistent, 2015-ci ildən hal-hazıradək isə həmin kafedrada dosent vəzifəsində çalışır. Kafedrada çalışdığı illər ərzində elmi-praktiki fəaliyyətində mühüm nəaliyyətlər əldə etmiş, və öz işində yüksək peşəkarlıq, məsuliyyət və təşəbbüskarlıq nümahiş etdirir. Dos. Qaraşova M.A. 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar elm xadimi, akademik Ə.T.Əmiraslanovun rəhbərliyi ilə “Клиническое значение ключевых факторов апоптоза (sFAS) и ангиогенеза (VEGF) у больных с новообразованиями яичников” mövzusunda t.ü.f.d. alimlik dərəcəsi almaq üçün dissertasiya işini başlamış və 2004-cı ildə dissertasiyanın müdafiəsini etmişdir.2014-cü ildə “Патогенетические механизмы, клиника и современные методы диагностики опухолей репродуктивных органов в постменопаузальном периоде” mövzusunda tibb elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işinin annotasiyasını təsdiq etmişdir (elmi məsləhətçilər: t.e.d. Əliyeva E.M.və t.e.d. Muradov H.K.). 24 may 2022-ci il tarixində dissertasiyanı müdafiə etmişdir.M.A.Qaraşova müəllimlik fəaliyyəti ərzində tələbələrə və gənc mütəxəssislərə praktiki bacarıqların öyrədilməsi işinə böyük töhvə verir. Onun mamalıq və ginekologiya fənni üzrə azərbaycan, rus və ingilis dillərində muhazirələr və praktik dərsləri aparma qaydası tələbələrdə böyük maraq yaradır. Dosent M.A.Qaraşova Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının I mamalıq-ginekologiya şöbəsində praktik həkim kimi çalışır, ginekoloji əməliyyatları icra edir.Hazırda M.A.Qaraşova ED 2.06 Dissertasiya Şurasının nəzdində fəaliyyət göstərən Elmi seminarın katibi vəzifəsin icra edir və I Müalicə-profilaktika fakültəsinin elmi şurasının üzvüdür, həmçinin Mamalıq və ginekologiya fənni üzrə tələbə imtahan komissiyasında ekspert kimi də fəaliyyət göstərir. Ümumilikdə Qaraşova M.A. 65-dan çox elmi iş, azərbaycan və ingilis dillərində dərs vəsaitinin müəllifidir. Aparılmış elmi tədqiqatların nəticələri yerli və beynəlxalq konfranslarda təqdim və müzakirə olunmuşdur.
Akademik fəaliyyət
Dosent / Azərbaycan Tibb Universiteti 2015 – hal-hazıradək
Assistent / Azərbaycan Tibb Universiteti 2005 – 2015
Baş laborant / Azərbaycan Tibb Universiteti 2004 – 2005
Təhsil
Klinik ordinator / Azərbaycan Tibb Universiteti, IImüalicə-profilaktika fakültəsi 2002 - 2004
Azərbaycan Tibb Universiteti 1996-2002
Nailiyyətlər (adlar)
T.ü.f.d elmi dərəcəsi diplomu 2006 Dosent attestatı 2019
Peşə və pedaqoji inkişaf
I Mamalıq və ginekologiya kafedrasının elmi işlər üzrə məsul şəxs 2015-hazırki vaxt
Mamalıq və ginekologiya fənni üzrə imtahan eksperti
I Müalicə- profilaktika fakültəsinin elmi şurasının üzvü
ATU-nun Onkologiya kafedrasında iş yerinə praktiki ezamiyyət- 2016-2017
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Klinikasının Onkoginekologiya şöbəsində praktiki təcrübə 2017-2018
ED 2.06 Dissertasiya şurasının nəzdində Elmi seminarın üzvü 2019-2023
ED 2.06 Dissertasiya şurasının nəzdində Elmi seminarın katibi 2023-hazırki vaxt
Kitab
Dərs vəsaiti:
“Ginekologiya” , Bakı 2018
“Textbook of Gynecology” , Eng., Bakı 2018