Bioqrafiya
Paşayeva Ceyran Bayram qızı 2000-ci ildə Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin məzunu olmuşdur. İnstitutu bitirəndən sonra, Kardiologiya İnstitutunda kardiologiya ixtisası üzrə internatura keçmişdir. 2001-ci ildə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda ginekologiya ixtisası üzrə ixtisaslaşma kursuna yiyələnmişdir. 2001-ci ilin dekabr ayından etibarən Azərbaycan Dəmir yolu poliklinikasında həkim mama-ginekoloq vəzifəsində çalışmışdır.
Paşayeva Ceyran Bayram qızı 2004-2013-cü illərdə Azərbaycan Tibb Universitetinin I Mamalıq və Ginekologiya kafedrasında baş laborant, 2013-ci ildən hal-hazıradək assistent vəzifəsində çalışır.
Çalışdığı müddətdə C.Paşayeva kafedranın tədris, tədris-metodik, elmi-tədqiqat işlərində yaxından iştirak etmiş, Tələbə Elmi Cəmiyyətinin işində aktiv fəaliyyət göstərmişdir.Müxtəlif elmi-tibbi məcmuələrdə nəşr olunan məqalələrin müəllifidir.
C.Paşayeva həmçinin səhiyyə orqanlarının işinə də yaxından köməklik edərək praktik-həkim kimi ATU TCK-nın poliklinik və doğum şöbəsində fəaliyyət göstərir.
Doktor C.Paşayeva işlədiyi müddətdə özünü əməksevər, təşəbbüskar, təşkilatçı bir işçi, intizamlı müəllim, zəhmətkeş həkim kimi tanıtmışdır.
Akademik fəaliyyət
Assistent
Azərbaycan Tibb Universiteti * 2013-cü ildən hal-hazıradək
Baş laborant
Azərbaycan Tibb Universiteti * 2004-2013
Təhsil
Nailiyyətlər (adlar)
Tibb üzrə fəlsəfə doktoru * 2017
Peşə və pedaqoji inkişaf
Konservativ müalicə və dölün antenatal mühafizəsi/
Ə.Əliyev adına ADHTİ *2025
Elmi araşdırma sahəsi
«Uşaqlığında anadangəlmə inkişaf qüsuru olan qadınlarda hamiləliyin, doğuşun və fetoplasentar sistemin xüsusiyyətləri»mövzusunda elmi işin müdafiəsi * 2017
Məqalə
Облепиховое масло в лечении геморраидальных узлов у беременных 2022*Azərbaycan Təbabətinin Müasir Nəaliyyətləri №4 (səh. 179-181)
Частота родоразрешения при аномальном развитии матки 2022*Azərbaycan Təbabətinin Müasir Nəaliyyətləri №4 (səh. 179-181)
Tələbə qızlarda alqodisme- noreyanın rastgəlmə tezliyi, həyat keyfiyyətinə təsiri və profilaktikası 2023* I müalicə profilaktika fakultəsi tələbə elmi cəmiyyətinin konfransının tezislər toplusu,3-5 aprel (səh.65)
Amenoreyalı qadınlarda erkən reproduktiv dövrdə horminal tədqiqatın dəyişmə xüsusiyyətləri 2021*The first international scientific–practical virtual conference «Clinical Endocrinology and Endocrine system disease: prognosis, achievement and challenges» Azerbaijan-Estonia-Georgia-Turkey ,
Hyperprolaktinemia and infertility 2021* The first international scientific –practical virtual conference «Clinical Endocrinology and Endocrine system disease: prognosis, achievement and challenges» Azerbaijan-Estonia-Georgia-Turkey
Uşaqlığında anadangəlmə inkişaf güsuru olan qadınlarda perinatal xəstələnmə və ölüm göstəricilərinin müqayisəli təhlili 2020* Azərbaycan Tibb Universitetinin yaradılmasının 90 illik yubileyi. Bakı (səh.107)r107ova
Anadangəlmə qüsurlu uşaqlığı olan qadınlarda hamiləlik və doğuşun xüsusiyyətlərinin təhlili 2019* Azərbaycan Tibb Universitetinin insan anatomiyası və tibbi terminologiya kafedrasının yaradılmasının 100 illik yubileyinə həsr olunmuş beynalxalq elmi-praktik konfrans materialları toplusu. Bakı ( səh. 81)
Təkbuynuzlu və ikibuynuzlu uşaqlığı olan qadınlarda doğuşun xüsusiyyətlrinin müqayisəli təhlili 2022* Cərrahiyyə, № 4 (səh. 55)
Uşaqlıq boynunun müxtəlif patologiyalarının müalicəsində optimal üsulların seçilməsi 2023* GYNOAZ Bakı (səh. 23)
Bakı şəhəri şəraitində təlbə qızlarda çanağın ölçülərinin xüsusiyyətləri 2023* Akademik Zərifə Əliyeva 100 (səh. 60)
Hiperprolaktinemiyası olan qız və qadınlarda qalxanabənzər vəzinin patologiyasının xüsusiyyətləri 2021* The first international scientific–practical virtual conference «Clinical Endocrinology and Endocrine system disease: prognosis, achievement and challenges» Azerbaijan-Estonia-Georgia-Turkey,
Erkən zahılıq dövründə hipotonik qanaxmaların profilaktikasında traneksam turşusunun effektivliyinin öyrənilməsi 2020*Azərbaycan Tibb Universitetinin yaradılmasının 90 illik yubileyi. Bakı(səh.125)107ova
Uşaqlığında anadangəlmə inkişaf qüsuru olan hamilələrdə hormonal fonun təhlili 2019* Tibbin Görən Gözü Bakı (səh. 146)
Ağır gedişli endometriozun müalicəsində zoladeksin rolu 2022* Təbabətin Aktual Problemləri Bakı, ( səh. 64)
Hamilə qadınlarda istmiko-servikal çatışmazlığın konservativ və cərrahi üsulla korreksiyası 2022* Cərrahiyyə, №2 (səh. 106)
Klimakterik sindromun müalicəsində əvəzedici hormon terapiyasının rolu 2023*Təbabətin Aktual Problemləri Heydər Əliyevin 100 illik yubileyi 3-6 may (səh. 79)