İradə Sultanova
Dosent
İradə Sultanova

orcidI Mamalıq-Ginekologiya kafedrası


orcid

Bioqrafiya

Sultanova İradə Ələddin qızı 1983-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.

1984-1991-ci illər ərzində ATU-nun poliklinikasında mama-ginekolog vəzifəsində çalışıb. 29.04.1991-ci ildə I Mamalıq-Ginekologiya kafedrasına baş laborant vəzifəsinə təyin olunub. 21.11.1991-15.12.2017 müddət ərzində I Mamalıq-Ginekologiya kafedrasında assistent (1,0 vahid) vəzifəsində çalışıb. 15.12.2017 ildən hal-hazırki vaxta kimi (1,0 vahid) dosent vəzifəsində çalışır. Kafedrada çalışdığı illər ərzində özünü savadlı, intizamlı, məsuliyyətli işçi olaraq tanıtmışdır. O, öz vəzifəsinin öhdəsindən bacarıqla gəlir, hərtərəfli elmi-praktik-pedaqoji fəaliyyət göstərir.

2004-cü ildə “Qeysəriyyə kəsiyi zamanı irinli-iltihab fəsadların aşağı tezlikli ultrasəsin tətbiqi ilə kompleks terapiyası” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib, tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 2022-ci ilin may ayında dosent elmi adının  diplomunu almışdı.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Doğumayardım komissiyasının işinə kömək  məqsədi ilə dəfələrlə respublikanın rayonlarındakı Doğum evlərinə müraciət edən ağır xəstələrin müayinəsinin və müalicəsinin təşkili ilə bağlı konsultasiyalarda fəal iştirak etmiş, həkimlərə zəruri metodiki və əməli köməkliklər göstərmişdir.

Rezidentlərin praktik həkim kimi yetişməsində, praktik və nəzəri biliklərinin artırılmasında, elmi məqalələr, o cümlədən konfranslara məruzələr hazırlanmasına zəruri köməklik göstərir.

 Kafedranın və universitetinin xətti ilə keçirilən müxtəlif ictimai tədbirlərin hazırlanmasında və  keçirilməsində yaxından iştirak edir. AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN “CƏRRAHLIQ” ixtisası üzrə PROBLEM KOMİSSİYASININ  Elmi Katibidir. Kafedrada YAP-ın sədridir. Kafedrada rezidentlərin rəhbəridir.

Respublika və xarici ölkələrdə keçirilən elmi-praktik konfrans və seminarlarda, tibbi proqramların işində iştirak edir. Kafedrada işlədiyi dövr ərzində təvəzökar və sadə insan kimi kollektivin, tələbələrin və şöbə əməkdaşlarının hörmətini qazanıb.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında işlədiyi dövr ərzində  ambulator xəstəyə baxmış, doğuş və cərrahiyyə əməliyyatlar aparmışdır.

Sultanova İ.Ə. respublika və xaricdə çap olunan 100-dən çox adda elmi yazının, o cümlədən 9 metodik vəsaitin  və 1 dərs vəsaitinin müəllifidir. Aparılmış elmi tədqiqatların nəticələri yerli və beynəlxalq konfranslarda təqdim və müzakirə olunmuşdur. 

Akademik fəaliyyət

Dosent  /  Azərbaycan Tibb Universiteti 2017 – hal-hazıradək

Assistent  /  Azərbaycan Tibb Universiteti  1991-2017

Baş laborant / Azərbaycan Tibb Universiteti  1991

Təhsil

İnternatura  /  Azərbaycan Tibb Universiteti, I müalicə-profilaktika fakültəsi 1982-1983

Nailiyyətlər (adlar)

T.ü.f.d elmi dərəcəsi diplomu  2006

Dosent attestatı 2022

Məqalə

Особенности воспалительных заболеваний органов репродуктивной системы при бесплодии различного генеза. Елми-практик журнал «Саğламлыг»,2009, N2, s194-197 Əliyeva E.M.,Bayramova E.B.,Əsədova Є.Є.,Axundova T.Q.

Особенности дифференци-рованного подхода к результатам стимуляции в программе ЭКО. “Saрlamlэq”, 2011, №4, səh.86-89. Алиева Э.М., Керимова. С.Н, Алиева К.К.

Особенности физического развития девушек с аменореей в раннем репродуктивном периоде. «Медицина», Казахстан, 2014, №8, с.68-71. Акперли К.Р. Алиева Э.М.

Частота встречаемости  гипертензивных нарушений при  беременности. Ж.Репродуктивное здоровье, 2014, №3, стр 53-56. Меликова У.Ф. Алиева Э.М. Асадова Ш.Ш.Эфендиева А.Г.

 

Kitab

Uşaqlığın mioması: etiopatogenez, diaqnostika, terapiya üsulları – Metodik vəsait, 2018

Qeysəriyyə kəsiyinin  problemləri və azaltma yollari – Dərs  vəsaiti,  2021

Üzv olduğu qurum

ATU-nun I Müalicə-profilalktika fakültəsinin Elmi Şurasının üzvü

ATU-nun  “Mamalıq və ginekologiya” ixtisası üzrə Attestasiya Komissiyasının  üzvü

ATU-nun  “CƏRRAHLIQ” ixtisası üzrə PROBLEM KOMİSSİYASININ  Elmi Katibidir

ATU-nun I Mamalıq və Ginekologiya kafedrasının rezidentlərin  rəhbəri