Cəfərova Tərlanə
Assistent
Cəfərova Tərlanə

orcid 0000-0002-8999-3956


orcidI Mamalıq-Ginekologiya kafedrası


orcid

Bioqrafiya

Doktor Tərlanə Cəfərova 1994-cü ildə N.Nərimanov ad.Azərbaycan Tibb İnstitutunun ll müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1994-1995-ci illərdə 5№-li Doğum evində həkim-intern işləmişdir.1996-cı ilin sentyabr ayında H.Qasımov ad.1№-li Doğum evində həkim-ginekoloq vəzifəsinə təyin olunub.

2000-ci ilin 15 dekabrında müsabiqə yolu ilə ATU-nin 1 mamalıq və ginekologiya kafedraasının aspiranturasına qəbul olunmuşdur. Aspirantura dövrü ərzində”Genital herpesin hamiləliyin gedişinə təsiri”mövzusunda namizədlik disserasiyası üzərində işləyib. 2004-cü ilin fevral ayında ATU 1 mamalıq və ginekologiya kafedrasına assistent vəzifəsinə təyin olunmuşdur.

2004-cü ilin noyabrın 20-də namizədlik dussertasiyasının müdafiyəsi olub. 2005-ci ildə ona tibb elmləri namizədi elmi dərəcəsi verilmişdir.

Cəfərova T.F.çalışdığı müddət əzində kafedranın tədris,tədris-metodik,elmi-tədqiqat işlərində aktiv fəaliyyət göstərmişdir. Respublikada və xaricdə keçirilən elmi-praktik konfranslarda və seminarlarda iştirak edir. Mamalıq və ginekologiya I  şöbəsində praktik fəaliyyət göstərir,rezident təhsili ilə də məşğuldur.

O.kafedranın YAP nümayəndələrindəndir.

100 yaxın elmi nəşrin müəllifidir.Azərbaycan,rus,ingilis və türk dillərində sərbəst danışır.                                              

Doktor T.Cəfərova işlədiyi müddətdə özünü əməksevər, təşəbbüskar, təşkilatçı işçi və intizamlı müəllim kimi tanıtmışdır.

Akademik fəaliyyət

Aspirant  - Azərbaycan Tibb Universiteti *2000-2004

Assistent - Azərbaycan Tibb Universiteti* 2004-hal-hazıradək

 

Təhsil

1müalicə-profilaktika fakültəsi

Azərbaycan Tibb Universiteti*1988-1994

Peşə və pedaqoji inkişaf

“Konservativ mamalıq və dölün antenatal mühafizəsi”(Ə.Əliyev ad.Azərbaycan

Həkimlərin Təkmilləşməsi İnstitutu, 2025).

Elmi araşdırma sahəsi

Genital herpesin hamiləliyin inkişafına və nəticələrinə təsiri (2000-2004).

Məqalə

*Hamilələrdə homosistein səviyyəsinin dölün bətndaxili inkişafına təsiri. “Azərbaycan təbabətinin müasir nailiyyətləri ”jurnalı,Bakı,”Müəllim”nəşriyyatı,2020,№4,   s.185-189.Cəfərova T.F.,Zeynalova X.P.,Qocayeva A.Ə.,Mirzəyeva X.M.

*Xronik çanaq ağrıları və adenomioz:yeni nəsil progestagenlə müalicənin nəticələri. “Azərbaycan təbabətinin müasir nailiyyətləri”jurnalı,Bakı,”Müəllim”nəşriyyatı,2021,№4, s.214-218.Cəfərova T.F.,Sultanova S.H.,Zeynalova X.P.,Mirzəyeva X.M.,Qocayeva A.Ə.,Hacıyeva A.Ə.                                                                                                  

*Uşaqlıqdaxili sinexiyaların(bitişmələrin)residivi əleyhinə müalicəsində hialuron turşusu əsasında olan gellərin terapevtik effektivliyi. “Azərbaycan təbabətinin müasir nailiyyətləri”,Bakı,”Müəllim”nəşriyyatı,2024,№4,s.215-221,Cəfərova T.F.,İsmayılova A.C.,Məmmədova L.C.,Bağırova A.M.