Aynur Rzayeva
Assistent
Aynur Rzayeva

orcid 0000-0001-5907-407X


Google Scholar =en&user=_yius7MAAAAJ


orcidI Mamalıq və Ginekologiya kafedrası


orcid

Bioqrafiya

Rzayeva (Budaqova) Aynur Vasif qızı 2001-ci ildə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakultəsinə daxil olmuş. 2007-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirib. 2007-2008-ci illərdə Bakı şəhəri Dəmiryol Xəstəxanasında cərrahiyyə şöbəsində həkim-interna  işləyib. 2008-ci ildə Ə.Əliyev adına ADHTİ-da Mamalıq-ginekologiya üzrə ixtisas dəyişmə kursu  keçib. 2012-ci ildən I Mamalıq və Ginekologiya kafedrasında baş laborant, 12.09.2022-ci ildən kafedranın assistenti vəzifəsində çalışır. İşlədiyi illər ərzində Rzayeva A.V. işgüzarlığına, nəzəri və elmi hazırlığına görə kafedranın kollektivi arasında xüsusi hörmət qazanmışdır. 05.10.2021-ci ildə kafedranın müdiri, tibb elmləri doktoru, professor, E.M.Əliyevanın rəhbərliyi altında (elmi məsləhətçi: ə.e.x., prof. R.M.Məmmədhəsənov) "Hiperprolaktinemiya olan qadınlarda reproduktiv sistemin patologiyasının xüsusiyyətləri, diaqnostikası və müasir medikamentoz korreksiya metodlarının effektivliyi" mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsialmaq üçün dissertasiya işini müdafiə edib. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 24.11.2022-ci il tarixli qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.  A.V.Rzayeva mamalıq və ginekologiya fənni üzrə praktik dərsləri IV, V kurslar müalicə-profilaktika və stomatologiya fakultəsinin azərbaycan, rus və ingilis dillərində tədris edir. Kafedranın və universitetin ictimai işlərində, kafedranın elmi işində eləcə də elmi-praktik seminarlarda, konfranslarda yaxından iştirak edir. ATU tələbələrinin, müxtəlif kurs rezidentlərinin semestr, illik və Dövlət İmtahanlarında iştirak edir. 2016-ci ildə Gürcüstanda laparoskopiya və ekstrakorporal mayalanma üzrə kurs keçmişdir. Hazırda 1-ci Mamalıq və Ginekologiya kafedrasının müdirinin tədris işləri üzrə müavinidir. Kafedra və TCK-nın Beynəlxalq əlaqələr üzrə koordinatorudur.I Müalicə-profilaktika fakültəsinin elmi şurasının üzvüdür, həmçinin Mamalıq və ginekologiya fənni üzrə tələbə imtahan komissiyasında ekspert kimi də fəaliyyət göstərir. Son illərdə 10 elmi məqalə və 11 tezis müəllifidir. 2 Beynəlxalq və 1 yerli konfransda  çıxış edib. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının I Mamalıq və Ginekologiya şöbəsində gecə növbələrində qalır, sərbəst cərrahi əməliyyatlar edir və doğuş qəbul edir, müalicə işi aparır, praktik həkim kimi təkmilləşib.

Akademik fəaliyyət

Baş laborant / Azərbaycan Tibb Universiteti  2012-2022

Mamalıq və ginekologiya fənni üzrə imtahan eksperti 

I Mamalıq və Ginekologiya kafedrasının və ATU TCK-nın Beynəlxalq Əlaqələr üzrə koordinatorudur

Assistent  /  Azərbaycan Tibb Universiteti  2022-hal hazıradək

I Mamalıq və ginekologiya kafedrasının kafedra müdirinin tədris işləri üzrə müavini 2024-hal hazıradək

 

Təhsil

Azərbaycan Tibb Universiteti 2001-2007

Nailiyyətlər (adlar)

T.ü.f.d elmi dərəcəsi diplomu  2022

Üzv olduğu qurum

I Müalicə- profilaktika fakültəsinin elmi şurasının üzvü.