Bioqrafiya
Qocayeva Aybəniz Əli qızı 1999-2012-ci illərdə Azərbaycan Tibb Universitetibib I Mamalıq və Ginekologiya kafedrasının baş laborant, 2012-ci ildən hal-hazıradək assistenti vəzifəsində çalışır.
2008-ci ildə t.e.d. E.M.Əliyevanın rəhbərliyi ilə elmi-tədqiqat işi ilə fəal məşğul olub və tibb elmləri namizədlik dərəcəsi almaq üçün «Клинико-диагностические особенности течения урогенитальных расстройств у женщин с длительным постменопаузальным периодом» adlı elmi işi müdafiəyə hazırlayıb.
A.Qocayevanın mamalıq və ginekologiya fənni üzrə praktik dərsləri azərbaycan, rus dilində tədris edir. Kafedranın və Universitetinin ictimai işlərində fəal iştirak edir.
2023-cü ildən Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin I Mamalıq və Ginekologiya kafedrasının Tələbə Elmi Cəmiyyətin sədri kimi fəaliyyət göstərir.
Kafedranın elmi işində eləcə də elmi-praktik seminarlarda, konfranslarda yaxından iştirak edir. Hesabat ili ərzində Respublika elmi-praktik kanfransların iştirakçısı olmuşdur.
İşlədiyi doğum evinin işində fəal iştirak edir, şöbələrdə çalışır, doğuşda, əməliyyatda yaxından iştirak edir. İşlədiyi ATU-nun TCK-nın poliklinik və I mama-ginekologiya şöbəsində praktik-həkim fəaliyyəti göstərir, gecə növbələrində qalır.
Son illərdə 20 elmi publikasiyanın müəllifidir
Akademik fəaliyyət
İnternatura - 1996-1997-ci illər;
Baş laborant - 1999-2012-ci illər;
Assistent - 2012-ci ilin hal-hazıradək.
Təhsil
Azərbaycan Dövlət Tibb İnstitutunun I müalicə-profilaktika fakültəsi.
1990-1996-ci illər.
Nailiyyətlər (adlar)
Tibb üzrə fəlsəfə doktoru 2014-cu il.
Peşə və pedaqoji inkişaf
Konservativ müalicə və dölün antenatal mühafizəsi Ə.Əliyev adına ADHTİ *2025