Səadət Səfərova
Dosent
Səadət Səfərova

Bioqrafiya

Səadət Səfərova 1999-cu ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdi.Universiteti bitirdikdən sonra 1999-2000-ci ildə Bakı şəhərin 1 saylı Dəmir yolu xəstəxanasında doğum və ginekologiya söbələrində internaturanı kecib.2000-2002-ci illərdə Bakı şəhərin 1 saylı Dəmir yolu xəstəxanasında doğum və ginekologiya söbələrində həkim mama-ginekoloq vəzifəsində işləmişdir.2002-ci ildə Azərbaycan Tibb Universitetinin I müalıcə-profilaktika fakultəsinin I mamalıq və ginekologiya kafedrasına baş laborant vəzifəsinə işə qəbul olunub. 2002-2005-ci illərdə baş laborant vəzifəsində, 2005-2019-cü illərdə I Mamalıq və Ginekologiya kafedrasında assistent vəzifəsində çalışıb. Dissertasiya işini müdafiə etdikdən sonra Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya Komissiyası 2006-ci ildə, S. Səfərovaya tibb elmləri namizədi alimlik dərəcəsi verilmışdir. 2019-ci ildən hazırkı vaxtadək müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin I Mamalıq və ginekologiya kafedrasında dosent vəzifəsində işləyir. 2023-cü ildə Ali Attestasiya Komissiyası Kollegiyasının qərarı ilə S. Səfərovaya dosent elmi adı verilmişdir. Çalışdığı müddətdə S.Səfərova kafedranın elmi işində, eləcə də elmi-praktik seminarlarda, konfranslarda yaxından iştirak edir.Mamalıq və ginekologiyanın aktual problemlərinə həsr olunmuş Respublikada və xaricdə elmi-praktik konfransların iştirakçısı olmuşdur. Respublika və xarici mətbuatda çap olunmuş tezis, məqalələrin, metodik vəsaitin, dərs vəsaitlərin müəllifidir. Universitetimizin əməkdaşı olduğu müddətdən özünü bacarıqlı, işgüzar, nizam-intizamlı, savadlı və qayğikeş həkim, tələbkar müəllim kimi tanıtmışdır.

Akademik fəaliyyət

Baş laborant-  Azərbaycan TibbUniversiteti  2002-2005

Assistent-  Azərbaycan Tibb Universiteti  2005-2019

Dosent-  Azərbaycan Tibb Universiteti  2019-hal-hazıradək

Təhsil

Müalicə işi AzərbaycanTibbUniversiteti 1993-1999

Nailiyyətlər (adlar)

Dosent Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya Komissiyası 2023-cu ildən

Tibb üzrə fəlsəfə doktoru Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya Komissiyası 2006-cı il

Peşə və pedaqoji inkişaf

Pedaqoji peşəkarlığın inkişafı Azərbaycan Tibb Universiteti  2024

Ginekolojı endokrinologiya Ə.Əliyev adına ADHTİ  2024

Effective curiculum sylabus design. Azərbaycan Tibb Universiteti  2023

Elmi araşdırma sahəsi

Mamalıq, perinatologiya, ginekologiya, reproduktivginekologiya

Kitab

Sonsuzluq. Sonsuz nigah.“Zirve”  MMC nəşriyyatı. Bakı-2014, 180s. Qurbanova C.F. Kamilova N.M

Estrogendefisitli vəziyyətlərin fizioloji və patoloji aspektləri 3 saylı mətbəə. Bakı-2021, 180s. Əliyeva E.M.

 

Məqalə

1. Особенности гормонального статуса при хроническом гнойном воспалении внутренних половых органов. Tibb və elm jurnalı, №03 (33) Bakı-2023, s.35-38. Aлиева Э.М., Аббасова Ф.Ю., Султанова И.А., Мурсалова С.А., Худиева А.Н.

2. Костное ремоделирование у пациенток с сахарным диабетом 1 и 2 типа в пре- и постклимактерическом периоде Ж. Акушерство, гинекология и репродукция.  Москва-2020, №5(14), с.611-618. Сафарова С.С. ISSN 2313-7347https://www.gynecology.su/jour/article/view/836 DOI:10.17749/2313-7347/ob.gyn.rep.2020.149 SCOPUS  CiteScore is 0,4 https://www.scopus.com/sourceid/21100979261

Məqalə

Нейросетевой анализ состояния костной ткани у пациентов с сахарным диабетом ИННОВАЦИОННЫЕ ТЕХНОЛОГИИ В ЭНДОКРИНОЛОГИИ. Сборник тезисов IV (XXVII) Национального конгресса эндокринологов с международным участием. Москва, 2021 Сафарова С.С.


orcid DOI