Bioqrafiya
Sultanova Səadət Həsən qızı 1987-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun II müalicə-profilaktikafakültəsini bitiribdir. 1987-88-ci ilə qədər Dəmiryol xəstəxanasında kardiologiya şöbəsində həkim-interna, Baki şəhəri 1988-91-ci illər ərzində həmin xəstəxananın terapiya şöbəsində həkim-terapevt, 1991-ci ildən hal hazıra qədər Kliniki Tibbi Mərkəzin doğum şöbəsində həkim mama-ginekoloq vəzifəsində çalışır. 2003-cü ildə ATU-nun I mamalıq-ginekologiya kaferdrasında assistent-stajor, 2004-2012-ci ilə qədər assistent, 2012-2018-ci ilə qədər dosent, 2021-ci ildən hal hazıradək professor vəzifəsində çalışır. 2004-cü ildə “Aralığın III dərəcəli cırılması və rektovaginal fistulların cərrahi müalicəsi” mövzusunda tibb elmləri namizədi dissertasiyasını, 2015-ci il 22 may tarixində isə “Anal inkontinensiya ilə ağırlaşmış aralığın doğuşdan sonrakı cırılmalarının təsnifatı və müalicəsi” mövzusunda doktorluq dissertasiyasını başa çatdırmışdır. Çalışdığı 5 il müddət ərzində 19 elmi işin, 2 dərs vəsaitinin müəllifidir. Dissertasiya işinin ayrı-ayrı aspektləri bir sıra konfranslarda dinlənilmişdir. Kafedrada işlədiyi müddətdə o özünü bacarıqlı, məqsədyönlü və öz üzərində çalışqan bir elmi işçi kimi göstərmiş və bununla da həmkarların dərin hörmətini qazanmışdır. Pedaqoji fəaliyyətində I müalicə-profilaktika fakultəsinin IV, V, VI kurs tələbələri ilə məşğələ və mühazırələr aparır. ATU-nun rezidenturasının tələbələrinin rəhbəridir. TCK-nın I Mamalıq-ginekologiya şöbəsinin müdiridir. ATU-nun Cərrahiyyə üzrə Problem komissiyasının üzvüdür. ATU-nun nəzdnində ED 2.06 Dissertasiya Şurasının 3215.01-Mamalıq-Ginekologiya ixtisası üzrə Elmi seminarın sədridir. ATU-nun ilkin sənədlərinin yoxlanılması komissiyasının üzvüdür. Respublika və xarici ölkələrdə keçirilən elmi-praktik konfrans və seminarlarda, tibbi proqramların işində iştirak edir. Kafedrada işlədiyi dövr ərzində təvəzökar və sadə insan kimi kollektivin, tələbələrin və şöbə əməkdaşlarının hörmətini qazanıb. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında işlədiyi dövr ərzində 500 ambulator xəstəyə baxmış, 153 qeysəriyyə kəsiyi əməliyyatı, 114 ginekoloji əməliyyat, 135 normal doğuş aparmışdır.
Akademik fəaliyyət
Assistent - AzərbaycanTibb Universiteti 2004-cü il
Dosent - AzərbaycanTibb Universiteti 2012-2018-ci il
professor AzərbaycanTibb Universiteti 2021 ildən hal-hazıradək
Təhsil
I müalicə-profilaktika fakültəsi AzərbaycanTibbUniversiteti 1981-1987
Peşə və pedaqoji inkişaf
Effective curuculum sylabus design. Mamalıq və ginekologiya Ə.Əliyev adına ADHTİ 2022
Kitab
1. Uşaqlığınmioması: etiologiyapatomorfogenez, klinikadiaqnostikavəmüalivəüsullarınınmüasiraspektləri. Bakı, 2017.
2. .Mamalıq və ginekologiya. Elm və təhsil. Bakı, 2022, 685 s.
Dərs vəsaiti 1.Ginekologiya kəskin qarın. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2015, Bakı, Azərbaycan Tibb Universiteti. 1-142 s.
Məqalə
1.Hestasiyanın 22 həftəsinə qədər kəskin COVİD-19 infeksiyasına yoluxan qadınlarda hamiləliyin və doğuşun gedişat xüsusiyyətləri 2023* Azərbaycan Təbabətinin Müasir Nailiyyətləri, Bakı, №2 (s.113-117)
2.Hamiləlik müddətində kəskin koronavirus-19 infeksiyası olan qadınlarda ciftin və dölyanı mayenin exoqrafik xüsusiyyətləri 2023*Müasir ginekologiya və perinatologiyanın aktual məsələləri, №2(10), s.38-43.
3.Состояние новорожденных, родившихся от беременных и рожениц с острой коронавирусной инфекцией 2023 Современная медицина: новые подходы и актуальные исследования. Москва, №6, вып.67, с.6-10(səh.20-24).
4.Особенности течения пубертатного периода у девочек с ожирением в условиях крупных индустриальных городов Азербайджана 2023*Международный научно-практический журнал «Репродуктивное здоровье. Востояная Европа», т.13, №1, с.41-49.