Bioqrafiya
Xudiyeva Aytən Nizami qızı 2000-2002-ci illərdə I Mamalıq və Ginekologiya kafedrasında klinik-ordinatura keçmişdir. 2002-ci ildən hal-hazıradək assistenti vəzifəsində çalışır. 2008-ci ildə t.e.d. H.F.Bağırovanın rəhbərliyi ilə elmi-tədqiqat işi ilə fəal məşğul olub və tibb elmləri namizədlik dərəcəsi almaq üçün «Bakı şəhərində hamilə qadınlar arasında ureaplazmozun disaqnostikası, müalicəsi və profilaktikasının müasir vəziyyəti» adlı elmi işi müdafiə etmişdir. A.Xudiyevanın mamalıq və ginekologiya fənni üzrə praktik dərsləri azərbaycan dilində tədris edir. Kafedranın və Universitetinin ictimai işlərində fəal iştirak edir. Kafedranın elmi işində eləcə də elmi-praktik seminarlarda, konfranslarda yaxından iştirak edir. Hesabat ili ərzində Respublika elmi-praktik konfransların iştirakçısı olmuşdur. İşlədiyi ATU-nun TCK-nın poliklinik və I mama-ginekologiya şöbəsində praktik-həkim fəaliyyəti göstərir,doğuşda, əməliyyatda yaxından iştirak edir, gecə növbələrində qalır. A.Xudiyeva 80-dan artıq elmi publikasiyanın müəllifidir
Akademik fəaliyyət
Klinik-ordinator 2000-2002-ci il
Assistent 2002-ci ildən hal-hazıradək.
Təhsil
Azərbaycan Dövlət Tibb İnstitutunun II müalicə-profilaktika fakültəsi 1994-2000-ci il
Nailiyyətlər (adlar)
Tibb üzrə fəlsəfə doktoru 2008-ci il.
Peşə və pedaqoji inkişaf
Konservativ müalicə və dölün antenatal mühafizəsi Ə.Əliyev adına ADHTİ 2025
Elmi araşdırma sahəsi
2008-ci ildə “Bakı şəhərində hamilə qadınlar arasında ureaplazmozun disaqnostikası, müalicəsi və profilaktikasının müasir vəziyyəti” mövzusunda elmi iş müdafiə edib
Məqalə
1. Qadınlarda urogenital mikoplazma infeksiyasının kompleks müalicəsində immun komponentin optimallaşdırılması. Tibb elmləri doktoru,professor, Surxay Heydər oğlu Axundovun anadan olmasının 120 illiyinə həsr edilmiş elmi-praktik konfransın materialları, Bakı,“Təbib” nəşriyyatı, 2017, s.84-89. Cəfərova T.F. Xudiyeva A.N. Zeynalova A.Ə.
2. Maqnezium mikroelementinin qadın orqanizmində əhəmiyyəti. Sağlamlıq. Bakı, 2018, №6, s.184-187. Cəfərova T.F. Mürsəlova S.Ə. Xudiyeva A.N.
3. Qeysəriyyə kəsiyi əməliyyatında sonra vaginal doğuşların seçim kriteriləri və nəticələri. First İnernational Congress of European Asian Association of Mamagynecologists. October 7-9, 2022, s.46-47. Sultanova S.H. Səfərova S.S. Sultanova İ.Ə. Xudiyeva A.N. Zeynalova X.P.