Bioqrafiya
Əməkdar həkim, tibb elmləri doktoru, professor Nazim Adil oğlu Pənahov 1988-ci ildə Bakı şəhəri 31 nömrəli tam orta məktəbi “Qızıl Medal” ilə bitirib.1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinə qəbul olunub. Oxuduğu müddətdə “N.Nərimanov adına təqaüd” alıb. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini “Fərqlənmə Diplomu” ilə bitirib.1993-1995-ci illərdə ATU-nun Ortopedik stomatologiya kafedrasında klinik ordinator, 1996-1999-cu illərdə aspirant, 2000-2008-ci illərdə assistent, 2008-2016-cı illərdə dosent vəzifələrində çalışıb. 2017-ci ildən kafedranın professoru və Ortopedik stomatologiya kafedrasının müdiridir.2003-cü ildə “Diş-çənə anomaliyaları zamanı parodont xəstəliklərinin ortopedik müalicəsi” mövzusunda dissertasiya işini müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adını alıb.2014-cü ildə “Azərbaycan Respublikasında yeniyetmələr arasında diş-çənə anomaliyalarının və deformasiyalarının epidemiologiyası, ortodontik və ortopedik yardıma ehtiyacın öyrənilməsi, kompleks müalicə və profilaktika tədbirlərinin əsaslandırılması” mövzusunda dissertasiya işini müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsini alıb.2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını alıb.Azərbaycan Peşəkar Ortoped Stomatoloqlar İctimai Birliyinin həmtəsisçisi və İdarə heyətinin üzvüdür.Dövlət İmtahan Mərkəzinin “Ortopedik stomatologiya” ixtisası üzrə eksperti, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Tibb və əczaçılıq elmləri üzrə ekspert şurasının” üzvüdür.Azərbaycan Respublikası Səhiyyə Nazirinin 11 mart 2019-cu il tarixli əmri ilə Səhiyyə Nazirliyinin baş stomatoloqu təyin edilib.2023-cü ilin yanvar ayından Belarus Respublikasında dərc olunan beynəlxalq “Стоматология. Эстетика. Инновации” jurnalının baş redaktorudur.Çap olunmuş 200-dən artıq elmi işin, o cümlədən Azərbaycan, ingilis və rus dillərində 11 dərslik, 1 dərs vəsaiti, 1 tədris-metodik vəsait, 3 səmərələşdirici təklifin müəllifidir. Rəhbərliyi altında 8 nəfər tibb üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə ediblər.Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2021-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar həkimi” fəxri adına layiq görülüb.07 noyabr 2016-cı ildən 11 oktyabr 2024-cü ilədək Azərbaycan Tibb Universitetinin Elmi katibi vəzifəsində çalışıb.Azərbaycan Respublikası Səhiyyə Nazirinin 12 oktyabr 2024-cü il tarixli əmri ilə Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.
Akademik fəaliyyət
1. 1993-1995 –Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasında klinik ordinator.
2. 1996-1999 –Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasında aspirant.
3. 2000-2008 – Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasında assistent.
4. 2008-2017 – Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasında dosent.
5. 2017-hal-hazıradək – Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasında professor.
6. 2017-hal-hazıradək – Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasının müdiri.
Təhsil
1988-1993 –Azərbaycan Tibb Universiteti, Stomatologiya fakültəsi
Nailiyyətlər (adlar)
2021 – Azərbaycan respublikasının əməkdar həkimi
Peşə və pedaqoji inkişaf
1.Ortodontiya. Rusiya, Moskva, 1998
2. Ortopedik stomatologiya. Rusiya, Sankt-Peterburq, 2012
3. Dental implantologiya. İsveçrə, Lenzerhayd, 2013
4.Dental implantologiya. Türkiyə, Kappodokiya, 2014
5.Dental implantologiya. Fransa, Sallanj, 2015
Kitab
1. Zöhrab Qarayev, Nazim Pənahov. Parodont xəstəliklərinin ortopedik müalicəsi. Dərs vəsaiti. Bakı, “Nurlan” nəşriyyatı, 2001, 112 s.
2. Nazim Pənahov. Diş-çənə anomaliya və deformasiyalarının müalicə xüsusiyyətləri. Tədris-metodik vəsait. Bakı, “Təbib” nəşriyyatı, 2009, 48 s.
3. Zöhrab Qarayev, Nazim Pənahov. Ortopedik stomatologiya. I nəşr. Dərslik. Bakı, “Oskar” nəşriyyatı, 2008, 362 s.
4. Zöhrab Qarayev, Nazim Pənahov. Ortopedik stomatologiya. II nəşr. Dərslik. Bakı, “Təbib” nəşriyyatı, 2018. 362 s.
5. Nazim Pənahov, Hanife Musayeva. Ortopedik stomatologiya. Dişlərin morfologiyası və oyma texnikası. Dərslik. Bakı, “MSV nəşr” nəşriyyatı, 2019, 288 s.
6. Nazim Pənahov, Səid Əhmədov. Ortopedik stomatologiya. Propedevtika. Dərslik. Bakı, “Red N line MMC” nəşriyyatı, 2020, 224 s.
7. Nazim Panahov, Said Ahmadov, Elmira Aliyeva. Prosthodontics. Propaedeutics. Dərslik. Bakı. “İndiqo” nəşriyyatı. 2020, 224 s.
8. Назим Панахов, Саид Ахмедов, Эльмира Алиева. Ортопедическая стоматология. Пропедевтика. Dərslik. Bakı.”İndiqo” nəşriyyatı. 2020, 224 s.
9. Назим Панахов, Ханифе Мусаева, Эльмира Алиева. Ортопедическая стоматология. Морфология зубов и техника вырезания. Dərslik. Bakı, “MSV nəşr” nəşriyyatı, 2021, 312 s.
10. Nazim Panahov, Hanife Musayeva, Rauf Jafarov. Prosthodontics. Dental morphology and engraving technique. Dərslik. Bakı, “MSV nəşr” nəşriyyatı, 2021, 312 s.
11. Nazim Pənahov, Rüfət Hüseynli. Ortopedik stomatologiya. İmplantüstü protezlər. Dərslik. Bakı, “MSV nəşr”, 2021, 288 s.
12. Nazim Panahov, Rufat Huseynli, Javanshir Hajiyev. Prosthodontics. İmplant prosthetics. Dərslik. Bakı, “MSV nəşr”, 2022, 288 s.
13. Панахов, Руфат Гусейнли, Эмин Мусаев. Ортопедическая стоматология. Протезы на имплантах. Dərslik. Bakı, “MSV nəşr”, 2022, 296 s.
14. Nazim Pənahov, Elmar Babayev. Ortopedik stomatologiya. Çıxmayan protezlər. Dərslik. Bakı, “MSV nəşr”, 2024, 320 s.
Üzv olduğu qurum
1. Azərbaycan Stomatoloji Assosiasiyası
2. Azərbaycan Peşəkar Ortoped Stomatoloqlar İctimai Birliyi
Elmi araşdırma sahəsi
1. Rüfət Akif oğlu Hüseynli. Dental implantasiyada tətbiq edilən cərrahi şablonun hazırlanma üsulunun təkmilləşdirilməsi. Bakı, 2017.
2. Mohammad Reza Massahi Xosrovşahi. Vita-95 və Noritake-dən hazırlanmış metal-keramika diş protezlərinin mexaniki dözümlülük dərəcələrinin müqayisəsi. Bakı, 2018.
3. Hanife Hamdi qızı Musayeva. Diş sırası qüsurlarının implantasiya üsulu ilə müalicəsi zamanı iltihabi ağırlaşmaların profilaktikasının təkmilləşdirilməsi. Bakı, 2018.
4. Püsənbər Şahin qızı Abdullayeva. Vinirlərin istifadəsi zamanı diş və ətraf toxumalarda yarana biləcək fəsadların profilaktikası. Bakı, 2021.
5. Səbinə Sabir qızı Əliyeva. Zirkon qapaqların effektivliyinin qiymətləndirilməsi. Bakı, 2022.
6. Vasif Seymur oğlu Mahmudov. İmplantüstü çıxan protezlərin istifadəsi zamanı implant və implantətrafı toxumalarda yaranan streslərin təhlili. Bakı, 2024.
7. Nərminə Rüstəm qızı Usubova. Ön dişlərin qüsurunun keramik konstruksiyalarla protezlənməsi. Bakı, 2024.
8. Qönçə İlham qızı Bayramova. Okklüziya anomaliyası və diş sırası qüsurları olan pasiyentlərdə kompleks ortopedik müalicənin effektivliyi. Bakı, 2025.
9. Günel Əlövsət qızı Niyazova. Akril bazisli çıxan protez konstruksiyaları ilə ortopedik müalicənin effektivliyinin artırılması. Bakı, 2025.