Nüşabə Əliyeva
Baş müəllim
Nüşabə Əliyeva

Bioqrafiya

1966-cı ildə Xanlar rayonunun 1 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşam. 1976-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişəm. 1977-1982-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunda oxumuşam və fərqlənmə diploma ilə bitirmişəm.1982-1987-ci illərdə Xanlar rayonu 4 saylı orta məktəbdə rus dili müəllimi vəzifəsində çalışmışam.1987-1989-cu illərdə Gəncə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında  dillər kafedrasının laborantı, 1989-1995-ci illərdə isə həmin kafedranın müəllimi vəzifəsində çalışmışam.1996-cı ildən Azərbaycan Tibb Universitetinin Rus dili kafedrasında çalışmışam. 2014-cü ildən bu günə qədər həmin universitetin Azərbaycan dili kafedrasında müəllimlik fəaliyyətimi davam etdirirəm. 2015-ci ildən baş müəllim vəzifəsində çalışıram.1998-ci ildən YAP-ın üzvüyəm. 1 dərs vəsaitim, 1 dedaktik materiallar vəsaitim, 40 –a yaxın elmi məqalələrin müəllifiyəm.

Akademik fəaliyyət

1987-1989 -   Gəncə şəhəri,   Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında  dillər kafedrasında baş laborant.

1989-1995 - həmin kafedrada müəllim.

1996-2014  Azərbaycan Tibb Universitetinin Rus dili kafedrasında müəllim.

2014 - Azərbaycan dili kafedrasında müəllim.

2015-ci ildən bu günə qədər baş müəllim.

Təhsil

1966-1976 -  Xanlar rayonunun 1 saylı orta məktəb.

1977-1982 -  M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu.

Kitab

Учебное пособие по русскому языку. Для студентов стоматологического факультета. Издание 2-ое. “Elm və təhsil” Bakı, 2016. 174 səhifə. (Həmmüəllif: Ə.C.Əlizadə, N.H.Hacıyeva, N.Ə.Əliyeva)

Məqalə

1. İsmayıl Şıxlının “Dəli kür” romanında atalar sözləri və zərb-məsəllərdən istifadə Elm və Təhsil. Filologiya məsələləri №3, Bakı – 2020, səh. 228-237;

2. Nizami Gəncəvi və təbabət. səh. Bakı Slavyan Universitetinin Elmi əsərləri. Dil və ədəbiyyat seriyasə №2, 2021-ci il, səh. 146-153;

3. Ölkəşünaslığa aid bilgilərdən təlimin başlanğıc mərhələsində istifadə imkanları Azərbaycanşünaslığın aktual problemləri. XIII Beynəlxalq elmi-praktik konfransın materialları. 4-5 may 2022-ci il, səh. 203-205;

4. İsi Məlikzadənin “Dədə Palıd” əsərinin dil və üslub xüsusiyyətləri. Filologiya məsələləri № 7 Bakı – 2022, səh. 183-190;

5. Funksional üslubda bədii eslubun yeri. Filologiya məsələləri № 4, 2022, səh.10-18;

6. Dilin və bədiiliyin vəhdəti. Filologiya məsələləri № 13, “Elm və təhsil” 2022, səh. 89-95;

7. Vidadi Babanlının “Vicdan susanda” romanında dövrün ictimai mühitin təsviri. Dil və Ədəbiyyat Beynəlxalq elmi-nəzəri jurnal №3, Bakı 2022, səh. 427-431;

8. Kommunikativ prosesdə müraciət və rəylərin önəmi. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri №4, Bakı 2022, səh. 68-74;

9. Mirzə İbrahimovun “Böyük dayaq” romanında dil və üslub xüsusiyyətləri Tədqiqlər №3-4, AMEA Nəsimi adın Dilçilik İnstitutu, səh. 3-9;

10. Mirzə İbrahimovun “Böyük dayaq” romanında obrazlar sistemi. Elm və Təhsil. Filologiya məsələləri №2 Bakı 2022, səh. 357-365;

11.Обучение профессиональной лексике на уроках русского языка медицинского вуза. Filologiya məsələlərinə dair tematik toplu № 1-2 (13-14), Bakı, 2022, s.58-60;

12. Kommunikasiya və xoşbəxt yaşamanın yolları. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri №2, Bakı 2023, səh. 376-382;

13. Kommunikativ prosesdə pozitiv söz. Elmi iş, AEM Beynəlxalq elmi jurnal. İmpakt faktor: 2.255. Cild:17, Sayı:5. Bakı 2023, səh. 67-72;

14. Kommunikativ prosesdə uğursuz olmanın səbəbləri Elmi iş, AEM Beynəlxalq elmi jurnal. İmpakt faktor: 2.255. Cild:17, Sayı:6. Bakı 2023, səh. 22-27;

15. Ünsiyyət və sözün gücü. Elmi iş, AEM Beynəlxalq elmi jurnal. İmpakt faktor: 2.255. Cild 17:, Sayı:11. Bakı 2023, səh. 90-95;

16. Трудности при обучении иностранному языку студентов медицинского университета и пути их преодоления. Slovak international scientific journal, № 80, 2024, səh. 47-48;

17. Комплексное обучение выражению семантико-синтаксических отношений синонимическими конструкциями. Сборник статей по итогам работы Межд. Науч. Форума Москва, 2024. DOİ 10.34660/UVF, 2024. 11.83.048, səh. 37-41

18. Heydər Əliyev Nitqində frazeoloji feillər. Elmi Əsərlər, Bakı Qızlar Universiteti.DOİ: 10.62706. Cild: 18 №1, 2024 (57). Bakı 2024, səh. 209-215;

19. Nəbi Xəzri lirikasında romantik motivlər. Elm və Təhsil. Filologiya məsələləri №8, Bakı 2024, səh.443-450;

20. İşgüzar kommunikasiya və risk etməyin faydaları. Dil və ədəbiyyat. Beynəlxalq Elmi-nəzəri jurnal 2(125), Bakı – 2024, səh.307-311.

21. İlham Əliyevin nitqində frazeoloji feillər. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Bakı 2/2024 №2, səh. 52-57;

22. Akademik kommunikasiya və özünə inam. “Tədqiqlər” № 3-4. Bakı, 2024, səh. 49-54;

23. Hüseyn Abbaszadənin nəsrində müharibə mövzusu. Dil və ədəbiyyat Beynlxalq Elmi-nəzəri jurnal №1(127), “Füyuzat”,  Bakı, 2025, səh. 219-222.

Üzv olduğu qurum

Yeni Azərbaycan Partiyası