Bioqrafiya
Mən İmanova İradə İsa qızı 1960-cı ildə Qərbi Azərbaycanın Vedibasar royonunun Şirazlı kəndində anadan olmuşam. 1967-ci ildə orada orta məktəbin 1-ci sinfinə getmişəm. 1977-ci ildə həmin məktəbi bitirmişəm. 1977-ci ildən 1983-cü ilə qədər N.Nərimanova adına Tikiş fabrikində tikişçi vəzifəsində işləmişəm. 1983-cü ildə Bakı Dövlət Universitetinin 1-ci kursuna daxil olmuşam. 1988-ci ildə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası alaraq, ali təhsilimi başa vurmuşam. 1992-2005-ci ilə qədər N saylı hərbi bazada kitabxana müdiri vəzifəsində çalışmışam. 2005-ci ildən 2009-cu ilə qədər Azərbaycan Tibb Universitetinin Kliniki histologiya və immunologiya laboratoriyasında bçalışmışam. 2009-cu ildən 2013-cü ilə qədər həmin universitetin Azərbaycan dili kafedrasında laborant, 2013-cü ildən bu günə qədər müəllim vəzifəsində çalışıram. 2009-cu ildə Azərbaycan ədəbiyyatı ixtisası üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün “C.Cabbarlı və Cümhuriyyət ədəbiyyatşünaslığı” adlı dissertasiya mövzusu üzərində işləyirəm.
Akademik fəaliyyət
2009-2013 – Azərbaycan Tibb Universitetinin Azərbaycan dili kafedrasında laborant.
2013-cü ildən bu günə qədər müəllim.
Təhsil
1967-1977 - Qərbi Azərbaycanın Vedibasar royonunun Şirazlı
kəndində tam orta məktəb.
1983-1988 - Bakı Dövlət Universitetinin filologiya fakültəsi.
Məqalə
1.Ləqəblərin leksik-semantik və qrammatik xüsusiyyətləri. AMEA Nəsimi adına Dilçilik İnstitutu, Tədqiqlər. Bakı 2022, səh. 10-13;
2. Ləqəblərin ad sistemində yeri. “Elm və təhsil” Filologiya məsələləri №14, Bakı 2022, səh. 160-166;
3. Mahmud Kaşqarinin “Divani- lüğət-it türk əsərində feilin şəkilləri”. “Elm və təhsil” Filologiya məsələləri №4, Bakı 2023, səh. 42-48;
4. Heydər Əliyev Azərbaycan dilinin inkişafı üçün gördüyü işlər. “Elm və təhsil”. Filologiya məsələləri №8, Bakı 2023, səh. 138-144;
5. Ləqəblərin quruluşca növləri. Humanitar Elmlərin öyrənilməsinin Aktual Problemləri № 1/ 2023, səh. 65-69;
6. Tabeli mürəkkəb cümlələrin qurulmasında ədatların rolu. Elm və təhsil” Filologiya məsələləri №9, Bakı 2023, səh. 228-236;
7. Ləqəblərin qoyulma səbəbinə və məzmununa görə təsnifi. Elm və təhsil” Filologiya məsələləri №12, Bakı 2023, səh. 58-63;
8. Xalq təbabətində termin səciyyəli sözlər. Elm və təhsil” Filologiya məsələləri №13, Bakı 2023, səh. 219-225;
9. Azərbaycanda natiqlik sənətinin inkişaf tarixi. Elm və təhsil” Filologiya məsələləri №13, Bakı 2023, səh. 37-44;
10. Mürəkkəb quruluşlu toponimik vahidlərdə parametrlik. Elm və təhsil” Filologiya məsələləri №14, Bakı 2023, səh. 225-230;
11. Şəxsiyyətin formalaşmasında nitqin rolu. Dil və Ədəbiyyat Beynəlxalq Elmi-nəzəri jurnal 3(123). Bakı – 2023, səh. 165-168;
12. Azərbaycan inanclar sistemində xalq təbabəti biliklərinə dair. Elm və təhsil” Filologiya
məsələləri №14, Bakı 2023, səh.
13. Frazeoloji vahidlərin leksik-semantik xüsusiyyətləri. “Elm və təhsil” Filologiya məsələləri №1, Bakı 2024, səh. 191-197;
14. Qloballaşan dünya və Azərbaycan mədəniyyəti. Filologiya məsələləri№3, Bakı 2025, səh. 370-375;
15. Bir dünyada min səs: Qloballaşma və multikulturalizm. Filologiya məsələləri№3, Bakı 2025, səh. 289-293;
16. Heydər Əliyev və Azərbaycan dilinin saflığının qorunması. “Tədqiqlər”, Cild:79 Say:1. Bakı, 2025, səh. 38-42.