İradə Əliyeva
Baş müəllim
İradə Əliyeva

Bioqrafiya

Mən, Əliyeva İradə Bəbir qızı 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olmuşam. 1978-ci ildə universiteti bitirib, filoloq, rus dili və ədəbiyyatı ixtisasını almışam. 1978-ci ildən 1983-cü ilə qədər D.Bünyatov adına Azərbaycan Xalq təsərrüfatı İnstitutunun (indiki Azərbaycan İqtisad Universiteti - UNEC). Xarici tələbələr üçün rus dili kafedrasında laborant vəzifəsində çalışmışam 1983-1986-cı illərdə həmin kafedrada müəllim kimi işləmişəm.1986-cı ildən N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indi Azərbaycan Tibb Universiteti) xarici tələbələr üçün rus dili kafedrasında müəllim kimi fəaliyyət göstərmişəm. 1995 – 2014-cü illərdə həmin kafedranın baş müəllimi vəzifəsində çalışmışam. 2015-ci ildən Azərbaycan Tibb Universitetinin Azərbaycan dili kafedrasında baş müəllim vəzifəsində iş fəaliyyətimi davam etdirirəm.Tədris proqramı, dərs və metodiki vəsaitlərin, lüğət və 60-dan çox elmi məqalənin müəllifiyəm.

Akademik fəaliyyət

1978-ci ildən 1983-cü ilə qədər D.Bünyatzadə adına Azərbaycan Xalq təsərrüfatı İnstitutunun (indiki Azərbaycan İqtisad Universiteti - UNEC). xarici tələbələr üçün rus dili kafedrası laborant.1983-1986-cı illərdə həmin kafedrada müəllim.1986-cı ildən N.Nərimanov adınaAzərbaycan Tibbİnstitutunun (indiAzərbaycan TibbUniversiteti) xarici tələbələr üçün rus dili kafedrasında müəllim.  1995 – 2014-cü illərdə həmin kafedranın baş müəllimi.2015-ci ildən Azərbaycan Tibb Universitetinin Azərbaycan dilikafedrasında baş müəllim.

Təhsil

1973-1978 - S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti)

Peşə və pedaqoji inkişaf

Əcnəbi tələbələrə tədris edən müəllimlər üçün kurs.

M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti).

 

Kitab

Русский язык. Учебное пособие для изучающих русский язык. (элементарный курс). Бакı – 2022, 195 səhifə.

Məqalə

1.Predikativlik kateqoriyasının Azərbaycan və ingilis dilindəki müqaisəli xarakteristikası. “Elm və Təhsil” Filologiya məsələləri №1, Bakı – 2021, səh.134-140;

2. Ünsiyyət və onun ifadə vasitələri. Dil və ədəbiyyat Beynəlxalq elmi-nəzəri jurnal №1 (118), Bakı – 2022, səh. 32-36;

3. Mikayil Müşfiq poeziyasının dil özəllikləri. Terminologiya məsələləri №2, Bakı – 2022, səh.105-109;

4. Mirzə İbrahimovun “Böyük dayaq” romanının dil və üslub xüsusiyyətləri. Tədqiqlər №3-4, Bakı – 2022, səh. 3-9;

5. Cəlil Məmmədquluzadənin bədii nəsrində təhkiyə. Elm və Təhsil. Filologiya məsələləri №4, Bakı – 2023, səh. 232-238;

6. İnsanlararası münasibətlərində söz dinləmənin önəmi. “Elmi İş”, cild:17, sayı 10, Bakı – 2023, səh.19-23;

7. Комплексное обучение выражению семантико-синтаксических отношений синонимическими конструкциями. Наука и инновации –современные концепции. Сб. научных статей по итогам работы Международного научного формула. Moskva, 2024, səh.37-41;

8. Ünsiyyət və sözün gücü. “Elmi iş”. AEM. Beynəlxalq elmi jurnal. İmpakt faktor: 2 255, sayı 11, Bakı – 2023, səh. 90-95;

9. İnsanlararası münasibətlərdə söz dinləmənin önəmi. Elmi İş Beynəlxalq Elmi jurnal. İmpakt Faktor:2.255. Cild:17 Sayı:10. Bakı 2023, səh. 19-24;

10. Nəbi Xəzrinin lirikasında romantik motivlər (“Günəşin bacısı” poeması əsasında). Elm və Təhsil. Filologiya məsələləri № 8, Bakı – 2024, səh. 443-450;

11. Tibbi etika Elm və Təhsil. Filologiya məsələləri №2, Bakı – 2024, səh.365-371;

12. Qeyri-verbal kommunikasiya vasitələri. Eım və Təhsil. Filologiya məsələləri №4, Bakı – 2024, səh. 138-146;

13. İşgüzar kommunikasiya və risk etməyin faydaları. Dil və ədəbiyyat. Beynəlxal elmi-nəzəri jurnal 2(125), Bakı – 2024, səh. 307-311;

14. Rəsul Rzanın “Rənglər” silsiləsində fəlsəfi  motivlər. Elm və Təhsil. Filologiya məsələləri №4, Bakı – 2024, səh.354-360;

15. Kütlə qarşısında çıxışın ümumi qaydaları, vasitələri və xüsusiyyətləri. Elm və Təhsil. Filologiya məsələləri №8, Bakı – 2024, səh. 289-295;

16. Hüseyn Abbaszadənin nəsrində müharibə mövzusu. Dil və ədəbiyyat Beynlxalq Elmi-nəzəri jurnal №1(127), “Füyuzat”,  Bakı, 2025, səh. 219-222.

17. Əcnəbi dilin öyrənilməsində leksika və onun tədrisi. Filologiya məsələləri №3. Bakı, 2025, səh. 294-298.

Üzv olduğu qurum

Yeni Azərbaycan Partiyası