Bioqrafiya
1978-ci ildə Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olmuşam. 1983-cü ildə həmin universiteti bitirmişəm. 1977-1979-cu illərdə Lənkəran pionerlər evində dərnək rəhbəri işləmişəm. 1979-1980-ci illərdə Lənkəran Komsomol Komitəsində statistik, 1980-1985-ci illər ərzində Lənkəran Komsomol Komitəsinin uçot və maliyyə bölməsində bölmə müdiri vəzifəsində çalışmışam.1987-1993-cü illərdə Bakı Sovet Ticarəti texnikumunda tədris ustası vəzifəsində işləmişəm. 1993-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Hərbi kafedrasında tədris ustası vəzifəsində çalışmışam. 1995-2004-cü illərdə ATU-nun Azərbaycan dili kafedrasında baş laborant, 2004-cü ilin martından indiyə kimi Azərbaycan dili kafedrasında müəllim vəzifəsində işləyirəm.
Akademik fəaliyyət
1995-2004-cü illərdə ATU-nun Azərbaycan dili kafedrasında baş laborant.
2004-cü ildən bu günə kimi Azərbaycan dili kafedrasında müəllim vəzifəsində işləyirəm
Təhsil
1967-1977 - ildə Lənkəran şəhəri 2 saylı orta məktəb.
1978-1983 Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsi.
Məqalə
1. Şərtilik anlayışı və “isə” ədatı. Filalogiya məsələləri №10. Elm və təhsil, Bakı – 2020, səh.104-110
2. Uyuşma idiomların yaranma yolları. Beynəlxalq elmi-nəzəri jurnal 3 (117). Bakı – 2021, səh.481-484,
3. Azərbaycan dilində “Həyat” konsepti və onun mikrokonseptləri. Filalogiya məsələləri №2. Elm və təhsil, Bakı-2021,səh.142-147;
4.“Tibbnamə” və Azərbaycan dilinin tarixi fonetikası. Filalogiya məsələləri №7. Elm və təhsil, Bakı – 2021, səh. 10-17;
5. Müasir dilçilikdə keyfiyyət bildirən sifətlərin semantik xüsusiyyətləri. Filalogiya məsələləri №10. Elm və təhsil, Bakı – 2021, səh. 157, 164;
6. Azərbaycan dilində feili idiomların struktur tipləri. Filalogiya məsələləri №11. Elm və təhsil, Bakı – 2021, səh.128-138;
7. Xarici dil dərslərində oxu bacarıqlarının tədrisi zamanı istifadə olunan metodlar və onların təhlili. Filalogiya məsələləri №12. Elm və təhsil, Bakı – 2021, səh.217-223;
8. Azərbaycan dastanlarında feili idiomlar. Beynəlxalq elmi-nəzəri jurnal 3 (117). Bakı – 2021, səh. 520-523;
9. İlə qoşmasının iştirakı ilə yaranan idiomların struktur tipləri. Filalogiya məsələləri №13. Elm və təhsil, Bakı – 2021, səh. 175-182;
10. Azərbaycan dilində birləşmə idiomların yaranma yolları. Filalogiya məsələləri №14. Elm və təhsil, Bakı – 2021, səh. 59-65;
11. Qoşmalarla ifadə olunan feili idiomlar. Elmi iş beynəlxalq elmi jurnal. İmpakt Faktor 1.518. Bakı – Baku – 2021, səh.48-52;
12. Azərbaycan dilində ismi qovuşma idiomlar. İmpakt Faktor 1.518. Cild – 15, Say – 11. Bakı – Baku – 2021, səh. 59-65;
12. Nidalarla ifadə olunan idiomların yaranma yolları. Elmi iş beynəlxalq elmi jurnal. İmpakt Faktor 1.518. Cild – 15, Say – 12. Bakı – Baku – 2021, səh. 33-38;
13. Sayların iştirakı ilə yaranan idiomlar. Filalogiya məsələləri №13. Elm və təhsil, Bakı – 2021, səh.146-152;
14. Azərbaycan dilinin qloballaşma şəraitində inkişafı. Filalogiya məsələləri №2. Elm və təhsil, Bakı – 2022, səh. 94-104;
15. İngilis və Azərbaycan dillərində məcazi məna və konseptuallaşma. Filalogiya məsələləri №3. Elm və təhsil, Bakı – 2022, səh.144-148;
16. Azərbaycan dili dərslərində leksik yolla söz yaradıcılığının tədrisi məsələləri. Filalogiya məsələləri №4. Elm və təhsil, Bakı – 2022, səh. 49-54;
17. Antonim frazeologizmlərin tərkib komponentlərinə görə təhlili. Filalogiya məsələləri №5. Elm və təhsil, Bakı-2022, səh.141-147;
18. Rəvayətlər əsasında yaranan idiomlar. Filalogiya məsələləri №6. Elm və təhsil, Bakı – 2022, səh. 120-126;
19. Təyini söz birləşmələri ilə ifadə olunan ismi idiomlar. Elmi iş beynəlxalq elmi jurnal. İmpakt Faktor 1.790. Bakı – Baku – 2022, səh. 7-11;
20. Mirzə Fətəli Axundzadənin dramaturgiyasının dil-üslub semantikası. Filalogiya məsələləri №7. Elm və təhsil, Bakı – 2022, 136-143;
21. Qeyri-səlis dilçilik, sinonim yayğınlığı və qərarsızlıq. Filalogiya məsələləri №8. Elm və təhsil, Bakı – 2022, səh. 131-138;
22. Bədən dilimiz nələr danışır?! Elmi iş beynəlxalq elmi jurnal. İmpakt Faktor 1.790. Cild – 16, Say- 5. Bakı-Baku-2022, səh. 38-43;
23. Tərkibində dinlə bağlı sözlər olan frazeoloji vahidlər. Filalogiya məsələləri №9. Elm və təhsil, Bakı – 2022, səh. 21-30.
Üzv olduğu qurum
Yeni Azərbaycan Partiyası