Validə Vəliyeva
Baş müəllim
Validə Vəliyeva

Bioqrafiya

 Vəliyeva Validə Əlihadi qızə 1959-cu ildə Bakı şəhərində 175 saylı məktəbin 1-ci sinfinə daxil olmuş, 1969-cu ildə həmin məktəbi bitirmişəm.1969-cu ildə S.Kirov adına Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olmuşam, 1974-cü ildə həmin fakültəni bitirmişəm. Eyni ildə Azərbaycan Dövlət Neft Sənayesi Universitetinə baş laborant vəzifəsində işə başlamışam.1975-ci ildən 1991-ci ilə qədər müəllim, baş müəllim vəzifəsində işləmişəm.1988-ci ildə filologiya üzrə elmlər namizədi alimlik dərəcəsi almışam. 1991-ci ildən Azərbaycan Tibb Universitetində baş müəllim vəzifəsində çalışıram.

Akademik fəaliyyət

1974-cü ildə Azərbaycan Dövlət Neft Sənayesi Universitetinə baş laborant.

1975 – 1991 -  müəllim, baş müəllim.

1991-ci ildən Azərbaycan Tibb Universitetində baş müəllim.

Təhsil

1969-1974 – filoloq, S.Kirov adına Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti).

1981-1984 - aspirantura M.F.Axundov adına Azərbaycan rus dili və ədəbiyyatı İnstitutu (indiki Slavyan Universiteti).

Kitab

 Фонетический материал по русскому языку для иностранных студентов начального этапа обучения. Баку – «Табиб» -2020, 26 səhifə

Məqalə

1. Peşə hazırlığı və sosial kommunikasiya prosesində nitq mədəniyyəti. Azərbaycan Dili və ədəbiyyatı Tədrisi (Elmi-metodik jurnal). №3, Bakı, 2019, səh.56-65;

2. İngilis ədəbiyyatının tarixi. Filologiya məsələləri №8, Bakı 2019, səh. 341-345;

3. Termin anlayışı və Azərbaycan dilçiliyində terminlərin yaranma yolları. Filologiya məsələləri №14, Bakı 2019, Səh. 44-50;

4. Dillərin tədrisində kommunikativ səriştənin formalaşdırılmasında audio və video materialların rolu. Filologiya məsələləri №16, Bakı 2019, səh. 14-18;

5. Azərbaycan ədəbi dili və nitq inkişafı məsələsi. Filologiya məsələləri №8, Bakı 2020, Səh. 31-36;

6. Müxtəlifsistemli dillərdə sifətlər dilçilik tədqiqatlarında. Filologiya məsələləri №9, Bakı 2020, səh. 23-27;

7. Azərbaycan dilində lüğət fondunun zənginləşməsi və yeni söz yaradıcılığı. Filologiya məsələləri №14, Bakı 2021, səh. 278-283;

8. Tibb təmayüllü ali təhsil müəssisələrində Azərbaycan dilində bəzi fonetik hadisələrin tədrisi prosesində qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları. Filologiya məsələləri №15, Bakı 2022, səh. 8-12;

9. Oğuz etnonimlərinin toponimlərdə izi. AMEA Nəsimi adına Dilçilik İnstitutu. Tədqiqlər №1-2, Bakı – 2023, səh 23-27;

10. Kommunikativ prosesdə neqativ söz və neqativ davranış. Elmi İş Beynəlxalq elmi jurnal. İmpakt Faktor:2.255. Cild:17 Sayı:9. Bakı 2023, səh. 22-27;

11. Totem anlayışlı toponimlərin paralelliyi. Filologiya məsələləri №8, “Elm və təhsil”  Bakı 2023, səh. 89-94;

12. Mətnin linqvistik təhlilinin nəzəri-praktik əsasları. Filologiya məsələləri №8, “Elm və təhsil”  Bakı 2023, səh. 204-211;

13. Mətn anlayışı. Filologiya məsələləri №9, “Elm və təhsil”  Bakı 2023, səh. 22-28;

14. İnsanlararası münasibətlərdə söz dinləmənin önəmi. Elmi İş Beynəlxalq Elmi jurnal. İmpakt Faktor:2.255. Cild:17 Sayı:10. Bakı 2023, səh. 19-24

15. N.Vəzirovun pyeslərinin fizioloji xüsusiyyətləri. Bakı Slavyan Universiteti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri №2 2023, səh. 82-86;

16. Nitq inkişafının mexanizmləri. Dil və Ədəbiyyat Beynəlxalq elmi-nəzəri jurnal. Bakı 2023, səh. 352-354;

17. Azərbaycan dili və nitq mədəniyyəti. AMEA Nəsimi adına Dilçilik İnstitutu. Tədqiqlər № 3-4, “Zəngəzurda” Çap evi,  Bakı – 2023, səh. 22-27;

18. Nitq mədəniyyətinin ictimai əhəmiyyəti. Bakı Slavyan Universiteti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri №3 2023,  səh. 74-77.

Üzv olduğu qurum

Yeni Azərbaycan Partiyası