Bioqrafiya

Dosent Hidayətova Lalə 1999-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsinin məzunu olmuşdur. İnstitutu bitirdikdən sonra 1999-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının ordinatoru olmuşdu. 2001-2004-cü illərdə həmin kafedranın aspirantı vəzifəsində çalışmışdı. 2004-cü ildə “Uşaqlarda qastroduodenal patologiya zamanı H.Pylorinin rolu” adlı dissertasiya işini müdafiyə etmişdi. 2005-ci  ilin mart ayında ATU-nun II Uşaq xəstəlikləri kafedrasına assistent vəzifəsinə qəbul edilmişdi. 2014-cü ildən isə həmin kafedrada dosent vəzifəsində calışır.

Calışdığı müddətdə A.Cəfərova kafedranın tədris, tədris-metodik, elmi-tədqiqat, səhiyyə orqanlarına kömək etmiş və Tələbə Elmi Cəmiyyətinin işində aktiv fəaliyyət göstərmişdir. O, eyni zamanda Azərbaycan Tibb Universitetinin Lokal Etik Komitəsinin elmi katibidir. Müxtəlif elmi-tibbi məcmuələrdə nəşr olunan məqalələrin müəllifidir. L.Hidayətova 85-dən çox elmi işi (məqalə və  tezis)  elmi jurnallarda və konfrans materiallarında dərc olunmuş, bir neçə beynəlxalq yerli və xarici  konfranslarda  məruzələrlə çixiş etmişdir.

Dosent L.Hidayətova işlədiyi müddətdə özünü əməksever, təşəbbüskar, təşkilatcı bir işci və intizamlı müəllim kimi tanıtmışdır.

Akademik fəaliyyət

Dosent - Azərbaycan Tibb universiteti  / 2014-hal hazıradək

Assistent - Azərbaycan Tibb Universiteti / 2005-2014

Aspirant - Azərbaycan Tibb Universiteti / 2001-2004

Ordinator - Azərbaycan Tibb Universiteti / 1999-2001

Təhsil

Pediatriya  fakültəsi

Azərbaycan Tibb Universiteti Pediatriya fakultəsi / 1993-1999

Peşə və pedaqoji inkişaf

1)“Dietologiya” kursu. НИИ Питания. Москва / 2015

2)Tempus Mumuna Performs in medical education challenges and achierecments” ATU Bakı / 2013

3)” Uşaqlarda qastrointestinal funksuinal pozulmalar”. Pediatriya və neonatologiyada yeniliklər.Bakı, 6 may 2023 Oral prezentasiya və moderator.

4) “Uşaqlarda diareya sindromu:nəzəriyyədən təcrübəyyə doğru” Azərbaycan Pediatrlar Assosiyasının 41-ci Milli Qurultayı.Bakı 22-25 iyun. Oral prezentasiya və moderator.

5) «Vaxtından əvvəl doğulan uşaqlarda qastrointestinal sistemin funksional pozulmaları» II Azərbaycan-Türkiyə günləri. 3-5 may 2024. Oral prezentasiya+ moderator.

6)”Uşaqlarda qastroezofagal reflyuks: nəzəriyyədən təcrübəyyə doğru” . XI Avrasiya uşaq həkimlərinin kongressi”. 9-11 oktyabr 2024. Oral prezentasiya+ moderator.

Kitab

1. “Dietologiya”. Dərs vəsaiti. Bakı, 2013

2. “Uşaqlarda öd kisəsi və öd yollarının xəstəlikləri”. Dərs vəsaiti. Bakı, 2015

3. “Qaraciyər xəstəlikləri”. Dərs vəsaiti. Bakı, 2015

4. “Uşaqlarda mədə və onikibarmaq bağırsağın xora xəstəliyi”. Metodik vəsait.Baki,2017

5. “Peşə xəstəlikləri”.Dərslik.  Bаkı,2022

6.  ”Qastroenterologiya.” Dərslik.  Bаkı,2023

Məqalə

The significance of inteqrating  Bioethics into Medical Education. BMJ Paediatrics Open.2024. Suppl 5.

Hipermobilliyi olan uşaqlarda sol mədəciyin diastolik disfunksiyası.  Azərbaycan Pediatriya Jurnalı.N1,2023,səh 2. 

”Uşaqlarda helikobakter pylori və qastroezofaqal reflyuks xəstəliyinin endoskopik əlamətləri” .October 2018,Journal of Theoretical Clinical and Experimental Morphology 1(3)

«Yuvenil romatoid artritli uşaqlarda mədə-bağırsaq simptomları və onların həyat keyfiyyəti ilə əlaqəsi .Azərbaycan Pediatriya Jurnalı N3, Bakı 2023, səh1-3

Məqalə

Müasir dövrdə uşaqlarda qızılca xəstəliyi və onun profilaktikasının vacibliyinin əsasları.

Azərbaycan Pediatriya Jurnalı ,December 2023,səh 1-5


orcid DOI

Məqalə

“Həkim-pediatrın təcrübəsində probiotiklərin rolu” Azərbaycan Pediatriya Jurnalı,07.2023 N12023, səh 1-5.


orcid DOI

Məqalə

Uşaqlarda post COVİD dövründə ürəkdə inkişaf edən dəyişikliklər”. Azərbaycan Pediatriya Jurnalı, December 2023, ,səh 1-5


orcid DOI

Üzv olduğu qurum

Yeni Azərbaycan Partiyası

Azərbaycan Pediatriya Assosasiyasının üzvi