Bioqrafiya
Həkim Nəcəfova Gülnarə 1977-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1983-cü ildə 3 saylı Uşaq Klinik Xəstəxanasında bir illik internatura keçib. Göndərişlə 4 il Sumqayıt şəhər uşaq xəstəxanasında həkim-endokrinoloq vəzifəsində çalışıb. 1989-cu ildə 10 saylı poliklinikada məktəb həkimi işləyib. 1991-ci ildə Semaşko adına 1 saylı şəhər klinik xəstəxanasında həkim-pediatr işləmiş və oradan 1992-ci ildə N.Nərimanov adına ATU-nun Neonatologiya kafedrasına baş laborant vəzifəsinə keçirilmişdir. 1994-cü ildə müsabiqə yolu ilə assistent vəzifəsinə keçib. 2001-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 2005-ci ildə Neonatologiya kafedrasının bağlanması ilə əlaqədar Uşaq Xəstəlikləri II kafedrasına assistent vəzifəsinə keçirilmişdir. Doktor Nəcəfova G. əmək fəaliyyəti dövründə kafedranın tədris-metodiki, elmi-tədqiqat və tibbi işlərində fəal iştirak etmişdir. Tələbə Elmi Cəmiyyətində tələbələrin hazırlanmasında iştirak etmiş, rezidentlərin rəhbəri olmuşdur. Bir sıra elmi məqalələrin müəllifidir və konfranslarda iştirak etmişdir. Doktor G.Nəcəfova işlədiyi müddətdə özünü zəhmətkeş, təcrübəli həkim və müəllim kimi təsdiq etmişdir. O, mütəşəkkil işçi və intizamlı müəllimdir.
Təhsil
N.Nərimanov adına ATİ-nin pediatriya fakultəsinin 1977-1983 məzunu olub.
3 saylı Uşaq klinik xəstəxanasında pediatriya ixtisası üzrə internaturanı bitirib.
Akademik fəaliyyət
1992-ci ildə N.Nərimanov adına ATU-nun Neonatologiya kafedrasına baş laborant vəzifəsinə keçirilmişdir.
1994-cü ildə müsabiqə yolu ilə assistent vəzifəsinə keçib.
2001-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
Peşə və pedaqoji inkişaf
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu. Dövr: "Pediatriya" 1991.
Avstriyanın Zalsburq şəhərində Neotologiya üzrə seminar. Aprel, 2004-ci il.
Türkiyənin İstanbul Tıp Fakultəsinin Neonatoloji bölməsində (Çapada) Yenidoğulmuşların reanimasiyası” kursu. 2006-2007-ci ildə (3 ay).
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu. Kursun adı:”Azərbaycanda qan problemləri ilə bağlı genetik xəstəliklər” Ixtisas: “Pediatriya”. 2023-cü il.
Akademik V.İ.Kulakov adına Milli Tibbi Tədqiqat Mamalıq, Ginekologiya və Perinotologiya Mərkəzi (Moskva ş.). “Ana və uşaq ölümlərinin azaldılması yolları” mövzusunda elmi-praktik seminar. 2023-cü il.
Rezident və magistrantların 11-ci elmi-təcrübi konfransı. ATUREK-11.Konfrans manerialları.2023
Cəmi: 41 sertifikat alıb. Bunlardan 26-sı Pediatriya və neonatologiya üzrə.
Kitab
N. Tağıyev “Neonatologiya”, 2007-ci il
Fəsil
II fəsil - Doğum evində yenidoğulmuşlara qulluq. Nəcəfova GT.
Məqalə
1. Порядок проведения неонатального скрининга в родовспомогательных учреждениях. Sağlamlıq elmi-praktiki jurnal 2021, cild 27,№2. Г.Д.Алиева. Г.Т. Наджафова.
2. Neonatal Skrininqin doğum müəssisələrində aparılmasının əhəmiyyəti // Sağlamlıq, 2022, Cilid 29 N2, səh. 129-132. Nəcəfova G.T., Məmmədova N.M., Adılova A.İ.
3. Ранняя анемия недоношенных с очень низкой массой тела и экстремально низкой массой тела // Современные достижения Азербайджанской Медицины, N3/2022, cтр. 237-243. Г.Д.Алиева. Г.Т. Наджафова.
4. Наследственные заболевания обмена веществ // Современные достижения Азербайджанской Медицины, N2/2023, cтр. 254-258. Г.Д.Алиева. Г.Т. Наджафова, Р.М.Мамедова.
5. Современные подходы к диагностике и лечению негемолитических желтух у детей в периоде новорожденности // Медицинские новости, Беларусь 5 Май/2023, cтр. 44-46. Н.Г. Султанова. Г.Т. Наджафова.
6. Грибковые инфекции у недоношенных новорожденных с очень низкой и с экстремально низкой массой тела // Sağlamlıq, 2024, Cilid 32 N2, стр. 143-147. Г.Т. Наджафоva.
7. Младенческая колика: распространенность, принципы дифференциальной диагностки, алгоритм выбора диетотерапия // Sağlamlıq, 2024, Cilid 32 N2, стр. 143-147. Г.Т. Наджафова
Üzv olduğu qurum
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü
2024-cü ildən Azərbaycan Pediatriya Cəmiyyətinin həqiqi üzvüdür.