Bioqrafiya
Doktor Səfərova İradə 1990-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1990–1994-cü illərdə ATU-nun I Uşaq xəstəlikləri kafedrasında klinik ordinator, 1994–1997-ci illərdə həmin kafedrada aspirant olmuşdur. 2004-cü ildə “Erkən yaşlı uşaqlarda kəskin bağırsaq infeksiyaları zamanı miokardın funksional vəziyyəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və 2005-ci ildə tibb elmləri namizədi adı almağa layiq görülmüşdür. 1997-2016-ci illər ərzində Pediatriya fakultəsinin I Uşaq xəstəlikləri kafedrasında, 2016-2017-cı illərdə ATU-nun II Müalicə Profilaktika fakultəsinin III Uşaq xəstəlikləri, 2017-ci ildən II Müalicə Profilaktika fakultəsinin II Uşaq xəstəlikləri kafedrasının assistenti vəzifəsində çalışır. Calışdığı müddətdə İ.Səfərova kafedranın tədris, tədris-metodik, elmi-tədqiqat, müalicə işləri ilə məşğul olmuş və Tələbə Elmi Cəmiyyətinin işində aktiv fəaliyyət göstərmişdir. Pediatriya ixtisası üzrə rezidentlərin kuratorudur. 2004-2006-cu illərdə Pediatriya üzrə Problem Komissiyasının katibi olmuşdur. Müxtəlif elmi-tibbi məcmuələrdə nəşr olunan məqalələrin müəllifidir. Doktor İ. Səfərova yüksək ixtisaslı, əməksevər, tərbiyəli, nizam-intizamlı mütəxəssisdir, kollektivin hörmətini qazanmışdır, iş yoldaşlarına qarşı həssasdır, elmi-tədqiqat və tədris fəaliyyətini müvəffəqiyyət və məsuliyyətlə yerinə yetirir, həmçinin pedoqoji fəaliyyətini daim təkmilləşdirmək, biliyini artırmaq üçün özü üzərində işləyir, tələbələr ilə tələbkarlıqla məşğul olur.
Akademik fəaliyyət
Təhsil
Pediatriya fakültəsi Azərbaycan Tibb Universiteti 1984-1990
Peşə və pedaqoji inkişaf
Məqalə
Резервные возможности миокарда левого желудочка при острых кишечных инфекциях у детей грудного возраста . Биомедицина.2003. №3.c.27-28. Сафарова И.A.
Uşaqlarda respirator sindromla gedən qastroezofaqal reflüks xəstəliyi. Azərbaycan təbabətinin müasir nailiyyətləri,2016,4,səh.124-128.İ.A.Səfərova
Uşaqlarda sol mədəciyin qeyri-kompakt miokardı-nadir kardiomiopati- yalardandır. Azərbaycan Tibb Jurnalı, 2017, №1 səh.109-113. Həsənov Ə.Q., Səfərova İ .A. Məmmədova F.X. Hacıyeva Ü.K.
Uşaqlarda İdiopatik hipertrofik kardiomiopatiyalar zamanı ürəyin remodelləşməsində matriks metalproteinazaların rolu. Sağlamlıq jurnalı, Bakı 2017, səh.90-93. Həsənov Ə.Q.,Səfərova İ.A.,Həsənova N.S.,Hacıyeva Ü.K.
Uşaqlarda İdiopatik hipertrofik kardiomiopatiyalar zamanı matriks metal-proteinazaların dəyişiklikləri. Azərbaycan təbabətinin müasir nailiyyətləri, Bakı 2017 3 səh.231-232.Həsənov Ə.Q., Səfərova İ.A.,Həsənova N.S, Haciyeva Ü.K.
Polisiklik gedişliVissler - Fankoni subsepsisi klinik təcrübədə. Azərbaycan təbabətinin müasir nailiyyətləri,2023,N.3.s.244-246.Həsənova N.S, Məmmədova F.M.,Səfərova İ.A., Mircavadlı R.M., Bədəlova İ.N.
Pediatrik praktikada yuvenil idiopatik artritlərin diaqnostikasında çətinliklər və səhvlər. Azərbaycan allerqologiya və klinik immunologiya jurnalı, 2024,cild 12,N.1.,s.21-24. Həsənova N.S. , Hidayətova L.Ə., Məmmədova F.M.,Səfərova İ.A.,Mircavadlı R.M.
Məqalə
Həkim-pediatrın təcrübəsində probiotiklərin rolu.Azərbaycan Pediatriya jurnalı 2023 . cild1 ,N.2,s6 Hidayətova L.Ə,Tağızadə T.Q , Məmmədova F.M, Haciyeva Ü.K, Həsənova N.S, Səfərova İ.A.
Диастолическая дисфункция левого желудочка при гипермобильности суставов у детей . Azərbaycan Pediatriya jurnalı 2023. cild1 N.2 10 Мамедова Ф.М.Тагизаде T.Г.Гидаятова Л.А.,ГаджиеваУ.К.Гасанов А.Г.Гасанова Н.С.Сафарова И.А.
Məqalə
Kavasaki xəstəliyinin natamam formasının diaqnostik çətinlikləri. Azərbaycan Pediatriya jurnalı 2023.cild1, N.2. Həsənova N.S., TağızadəT.Q, Həsənov Ə.Q., Səfərova İ.A.
Üzv olduğu qurum